Qaz kamerası edamın icra üçün istifadə olunan bir üsuldur. Bağlı bir otaqdan və içinə qoyulmuş zəhərli və ya asfiksiyalı (boğucu) qazlardan ibarətdir. Bu otaq üçün ən çox istifadə olunan qaz hidrogen siyaniddir; karbon qazı və karbonmonoksit də istifadə edilə bilər.
1789-cu ildə Böyük Fransa inqilabının əvvəlində istifadəyə verilmişdi, lakin təsiri İkinci Dünya Müharibəsi əsnasında artan məhkumların dar otaqlarda zəhərli CO qazı ilə öldürülməsi ilə üzə çıxdı. Qaz kameralarının əsas istifadəsi müharibənin sonunda döyüşdən qaçan əsgərləri cəzalandırmaq və ya müharibədə əsir düşən düşmən qüvvələrini zərərsizləşdirmək olmuşdur. Bununla birlikdə, 1939-1943-cü illərdə yəhudi soyqırımı kimi tanınan qırğınlarda və əsir düşmüş qaraçıların öldürülməsində qanunsuz olaraq istifadə edilmişdir.
Bu zəhərli qazların kəşfi, qaz kameralarının kəşfindən təxminən 122 il sonra, 1911-ci ildə məşhur fizik Albert Eynşteyn tərəfindən universitet tezis mövzusu olaraq hazırlanmışdır. Almaniya və Fransadan başqa, qaz kameraları da Böyük Britaniya Hərbi Akademiyasında verilən əmrə itaətsizlik cinayəti zamanı ciddi olmamaq təqdirində tələbənin huşunu itirməsi üçün istifadə olunurdu. Ancaq onun ləğvi 1982-ci ildə baş tutmuşdur. Nəhayət, sonuncu dəfə 1942-ci ildə İkinci Dünya Müharibəsindən qaçmış Kaly France adlı şəxsin öldürülməsi üçün istifadə edildi, ancaq riskli olduğu üçün yalnız cinayətkarlara tətbiq edilirdi, ancaq sonradan yalnız ağır cinayətlər edən insanlar üçün istifadə edilmişdi. Vətən cinayətini törədənlər üçün qismən istifadə edilmişdir (dövlətin sirrini açmaq, dövləti, milləti, bayrağı təhqir etmək). Bu cəza növü Avropa Senatı tərəfindən 17 noyabr 1982-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən “istifadə məqsədini aşması” səbəbi ilə ləğv edilmişdir.
1920-ci illərin əvvəllərində ABŞ-də ölüm hökmləri almış məhbuslar üçün qaz kameralarından istifadə edilirdi. Yəhudi qırğınları zamanı almanlar genosid proqramının bir hissəsi olaraq kütləvi edam üçün genişmiqyaslı qaz kameralarından istifadə etmişdirlər. Qaz kameralarının Şimali Koreyada da istifadə edildiyi haqqında söz-söhbətlər dolaşır.
Qaz kameraları heyvan evtanaziyası üçün istifadə olunur, bunun üçün onlara ölümcül bir karbon qazı verilir. Bəzən kiçik heyvanları bunlarla anesteziya edirlər.