Cenoa FK

Cenoa FK (it. Genoa CFC) — Italiyanın Liquriya bölgəsindəki Genuya şəhərini təmsil edən peşəkar futbol klubu. İtaliyanın ən yaşlı və ən titullu klublarından biri olan "Cenoa", 9 dəfə İtaliya çempionluğunu qazanıb. Klub 1898–1900-cü illərdə İtaliya çempionatının ilk üç mövsumunun qalibi olublar.

Cenoa FK
Genoa Cricket and Football Club
Loqonun şəkli
Ölkə
Rəng(lər) qırmızı, göy
Yaranma tarixi 7 sentyabr 1893
Stadionu Luici Ferraris stadionu
Liqa İtaliya A Seriyası
2021-2022 19
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Cenoa" klubunun tarixi 1893-cü ildən başlayır. Rəsmi olaraq 7 sentyabr 1893-cü ildə kriket klubu kimi təsis edilmişdir. Əvvəlcə "Genoa Atletika və Kriket Klubu" adlanırdı. Bu idman cəmiyyətinin ilk illərində onun üzvləri yalnız kriket və atletika üzrə yarışırdılar. Həmin vaxt klubu xaricdən gələn ingilislər təmsil edirdi. Klubun futbol komandası 4 il sonra, 1897-ci ildə yaranır. 10 aprel 1897-ci ildə Ceyms Riçardson Spensli Genuya klubunun futbol bölməsini açır.

Futbol klubu 1898-ci ildə ilk İtaliya çempionatında iştirak edib. İlk oyun Turinin Torino klubuna qarşı keçirilib, klub bu qələbə ilə kuboklar yoluna başlayıb.[1] Bu turnir, "Cenoa"nın qalibiyyəti ilə bitir və klub ilk çempionluğunu qazanır. Klub 1899 və 1900-cü illərdə də çempion olur.

1908-ci ildə klub tarixində ilk dəfə olaraq, xarici oyunçulara məhdudiyyət qoyan "legioner limiti" ilə üzləşir. Komandanın əsas oyunçularının xaricilər olması səbəbindən, bu limit komandaya ağır zərbə olur.[2] Buna görədə klub çempionatda iştirakdan imtina edir. Növbəti mövsümdə futbol federasiyası əcnəbi futbolçularla bağlı limitdə dəyişiklik edir və "Cenua" çempionata geri dönur.[3]

Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra komanda şətin keçən bərpa dövrü baş verir. Çünki cəbhədə gedən qanlı döyüşlərdə bir çox komanda üzvləri həlak olur.

Müharibədən sonra ilk kubok 1922/23 mövsümündə qazanılır. Klub növbəti mövsümu birinci yerdə bitirir. Ardınca 1923/24 mövsümundədə çempion olur. Bu çempionluqdan sonra komanda uzun müddət çempionluğa yaxınlaşa bilmir. Yalnız 1929 və 1930-cu illərdə komanda çempionatda gümüş medalları qazana bilir. Daha sonra komanda B Seriyasına düşur.[3]

İkinci Dünya Müharibəsidə "Cenoa"ya çox güclü zərbə vurur. Zərbə o qədər ciddi oldu ki, artıq əvvəlki şöhrətini və kuboklarını qaytarmaq mümkün olmur.

1950 və 60-cı illərdə B Seriyasına düşməkdən başqa, klubun tarixində əhəmiyyətli heç nə baş vermiri.

Komanda 1970-ci ildə C Seriyasına düşur. Ancaq ir neçə ildən sonra, 1973/74 mövsümundə A Seriyasına kimi yüksəlir.

Komandada yeni dövr, 2006-cı ildə "Cenoa"nın baş məşqçisi təyin edilən və klubu A Seriyasına yüksəldən Can Pyero Qasperinin gəlişi ilə başlayır.

2008/09 mövsümündə komanda A Seriyasını 5-ci pillədə başa vurur. Klub medallar və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparsa da, çempionatın sonunda BolonyaLatsio ilə göruşlərdə məğlub olmasına görə sonda ancaq beşinci yeri tutur. Klubun həlledici məqamda inamlı oynamaq üçün kifayət qədər təcrübəsi olmur.

Nisbətən uğurlu mövsüm başa çatdıqdan sonra komandanın lideri Dieqo Milito klubdan ayrılaraq, sonralar bir mövsümdə "qızıl het-trik" etdiyi İnter klubuna keçir. Növbəti mövsümlərdə klub çox da uğurlu ola bilmir və İtaliya çempionatının ortabab komandalarından birinə çevrilir.

Derbi və azarkeşləri

[redaktə | mənbəni redaktə et]

"Cenoa" klubunun iştirak etdiyi bir əsas derbisi var, bu Genuya şəhərinin digər komandası olan Sampdoriya klubu ilə oyunlarır (bu qarşıdurma "Fənər derbisi" adlanır).

Klub azarkeşlərinin dostları, aşağıdakı komandaların azarkeşləri hesab olunur: Napoli, Alessandria, Ankona, Vigor Lamezia və Real Ovyedo .

Avropa titulları

[redaktə | mənbəni redaktə et]
  • Mitropa Kuboku
    • Finalçı (1): 1989/90
  • Alp Kuboku
    • Qalib (2): 1961/62, 1963/64
      "Cenoa" 1962 Alp Kubokunda qələbəni qeyd edir
  • İngiltərə-İtaliya Kuboku
    • Qalib (2): 1994/95
  • UEFA kuboku
    • Yarımfinalçı : 1991/92

16 yanvar 2022-ci il tarixinə. Mənbə: transfermarkt.com saytındakı oyunçuların siyahısı

Oyunçu Ölkə Keçmiş klubu
Qapıçılar
1 Adrian Şimper Xorvatiya İtaliya Kyevo FK
22 Federiko Marketti İtaliya İtaliya Latsio FK
35 Lorenzo Andrenaççi İtaliya İtaliya Breşia FK
57 Salvatore Sirigu İtaliya İtaliya Torino FK
Müdafiəçilər
3 Zinyo Vahnuesden Belçika İcarə İtaliya İnter Milan FK
4 Domeniko Krişito İdman kapitanı İtaliya Rusiya Zenit
5 Andrea Masyello İtaliya İtaliya Atalanta
13 Mattia Bani İtaliya İtaliya Bolonya
14 Davide Biraski İtaliya İtaliya Avellino FK
15 Xoan Vaskes Meksika İcarə Meksika UNAM Pumas
16 Rikkardi Kalafyori İtaliya İcarə İtaliya Roma
36 Silvan Hefti İsveçrə İsveçrə Yanq Boyz
52 Nikola Maksimoviç Serbiya İtaliya Napoli
55 Leo Ostirqard Norveç İcarə İngiltərə Brayton
66 Laurens Serpe İtaliya Klubun yeritməsi
Yarımüdafiəçilər
8 Fransesko Kassata İtaliya İtaliya Sassuolo
10 Filippo Meleqoni İtaliya İcarə İtaliya Atalanta
11 Valon Behrami İsveçrə İsveçrə Syon FK
18 Paolo Gilyone İtaliya İtaliya Milan FK
27 Stefano Sturaro İtaliya İtaliya Yuventus FK
33 Ernani Braziliya İcarə İtaliya Parma FK
47 Milan Badel Xorvatiya İtaliya Latsio FK
65 Nikolo Rovella İtaliya İcarə İtaliya Yuventus FK
90 Manolo Portanova İtaliya İtaliya Yuventus FK
93 Mohamed Fares Əlcəzair İcarə İtaliya Latsio FK
94 Abdullay Ture Fransa Fransa Nant
99 Pablo Qaldames Çili Argentina Veles Sarsfild
Hücumçular
9 Felipe Kaysedo Ekvador İtaliya Latsio FK
19 Qoran Pandev Şimali Makedoniya Türkiyə Qalatasaray FK
20 Kaleb Ekuban Qana Türkiyə Trabzonspor
23 Mattia Destro İtaliya İtaliya Bolonya
24 Flavio Byanki İtaliya Klubun yetirməsi
44 Aleksander Buksa Polşa Polşa Visla Krakov
45 Kelvin Yeboa İtaliya Avstriya Şturm
91 Yaya Kallon Syerra-Leone İtaliya Savona
Baş məşqçi
Aleksandr Blessin

Liqalara görə mövsümlərin sayı

[redaktə | mənbəni redaktə et]
Dvuzion Mövsümlərin sayı Debüt Son mövsüm
A 81 1898 2019/20
B 33 1934/35 2006/07
C 2 1970/71 2005/06

Görkəmli oyunçular

[redaktə | mənbəni redaktə et]

"Cenoa" oyunçuları böyük beynəlxalq turnirlərdə

[redaktə | mənbəni redaktə et]
Turnir Oyunçu
Dünya Kuboku 1938 Mario Genta

Mario Perazzolo

Dünya Kuboku 1990 Karlos Aqulyera

Ruben Paz Xose Perdomo

Dünya çempionatı 1994 Dan Petresku
Dünya çempionatı 2002 Rauf Buzayen

Hassen Qabsi İmed Medebi

Dünya çempionatı 2006 Dante Lopez
Dünya çempionatı 2010 David Suaso

Sokratis Papastatopoulos Salvatore Bokketti Domeniko Krişito

Amerika Kuboku 2015 Fakundo Ronkalla

Tomas Rinkon

Amerika Kuboku 2016 Tomas Rinkon

Dieqo Laksalt

Dünya çempionatı 2014 Yoannis Fetfatzidis

Mattia Perin Sime Vrsaljko

Dünya Kuboku 2018 Dieqo Laksalt

Oskar Hillemark

Avropa çempionatı 2020 Qoran Pandev

Milan Badel

  1. "История Дженоа". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-24.
  2. "ИСТОРИЯ И ДОСТИЖЕНИЯ". 2019-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-24.
  3. 1 2 (#empty_citation)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]