Ceyhun Yusif oğlu Əliyev və ya Ceyhun Əli (16 fevral 1984, Salyan rayonu) — azərbaycanlı aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis.[8][9]
Ceyhun Əli | |
---|---|
Ceyhun Yusif oğlu Əliyev | |
Doğum tarixi | [1] |
Doğum yeri | Salyan, Azərbaycan SSR[2] |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | filoloq[3] |
Təhsili | Bakı Slavyan Universiteti[4] |
Fəaliyyəti | aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis[5] |
Fəaliyyət illəri | 2004 – indiyədək[6] |
Tanınır | aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis[7] |
Ceyhun Əli 1984-cü ildə fevralın 16-da Salyan rayonunda anadan olub. 1991–1995-ci illərdə Bakı şəhərinin 20 saylı liseydə, 1995–2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasında Səhnə danışığı — Nitq mədəniyyəti ixtisası üzrə təhsil alıb. Ali təhsilini 2001–2006-cı illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində alıb.[10][11][12] Rus, ingilis, türk dillərində sərbəst danışır. 2009-cu ildə Almaniyanın Deutsche Welle Akademie / akademiyasının "Konflikt-sensetiv jurnalistika" üzrə beynəlxalq sertifikatını alıb.[13]
Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb.[14]
2004–2006-cı illərdə ANS Müstəqil Teleradio Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir vəzifələrində çalışıb. 2006-cı ildən Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir, İctimai-Siyasi Proqramlar Departamentinin redaktor assistenti, redaktoru vəzifələrində çalışmağa başlayıb. Televiziya sahəsində biliklərini artırmaq məqsədi ilə xarici telekanallarda (RTR, Ekspert TV) təcrübə keçmək üçün 2008-ci ildə əmək fəaliyyətinə ara verib. 2008-ci ilin sonunda ANTENN Müstəqil Teleradio Şirkətində İctimai — Siyasi Proqramlar Departamentinin direktoru vəzifəsinə işə başlayıb. 2009–2010-cu illərdə RTV Bakı studiyasının rəhbəri vəzifəsini icra edib.[15]
2010–2018-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində İctimai-Siyasi Proqramlar Departamentinin redaktoru, ATV Xəbər proqramının aparıcısı, "Həftə Sonu" Analitik — İnformasiya Proqramında xüsusi müxbir, redaktor vəzifələrində çalışıb. Həmin ildən ATV kanalını Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında akkreditasiya olunan telejurnalist qismində təmsil edib.[16][17][18]
2018–2019-cu illərdə "AzerTelecom" şirkətində İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri vəzifəsində çalışıb.[19][20]
2020–2021-ci illərdə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.[21][22][23][24][25]
2018-ci ildən İctimai Televiziyada teleaparıcı, redaktor vəzifəsində fəaliyyət göstərir.[26][27][28][29]
Ceyhun Əli hazırda müxtəlif beynəlxalq və yerli təşkilatların, dövlət qurumlarının, özəl şirkətlərin həyata keçirdiyi layihələr, konfrans, simpozium, forum, qurultay və marafonlarda aparıcı, eyni zamanda moderator qismində fəaliyyət göstərir.[30][31][32]