Ceyhun Həsən oğlu Abbasov (4 iyul 1972, Naxçıvan) — "Avrora Qrup" unun prezidenti , Ölkənin iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə "Tərəqqi" medalına[1] layiq görülüb.
Ceyhun Abbasov | |
---|---|
Ceyhun Həsən oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Dini | islam |
İxtisası | Mühəndis-elektronik konstruktor |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Fəaliyyəti | biznesmen |
Mükafatları |
1972-ci il iyulun 4-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olub. Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini "Mühəndis-elektronik-konstruktor" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Avropa, ABŞ, Böyük Britaniya, Mərakeş və digər ölkələrdə biznes görüşləri, konfransları seminarlarında iştirak edib. Ceyhun Abbasov 1992-ci ildən etibarən bizneslə məşğuldur. Hazırda fəaliiyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un[2] prezidenti kimi davam etdirir.[3] Şirkət distribütor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir.
Ailəlidir, iki övladı var.
Avrora Qrup"un əsas istehsal xətləri Abşeron yarımadasında – Hökməli Sənaye Mərkəzində yerləşir. Bu istehsal olunan məhsulların ölkənin bütün nöqtələrinə çatdırılması və logistika proseslərinin maksimal effektli olmasını təmin edir. Məhsulların keyfiyyətini istehsalda dünyanın aparıcı texnologiyaların istifadəsi təmin edir. Sənaye Mərkəzində fəaliyyət göstərən zavodlarda İsveçrənin "Buhler", İtaliyanın "İmaforni", "CFT" avadanlıqları qurulmuşdur. Ceyhun Abbasov bundan başqa makaron fabrikində İtaliyanın "Favo", vafli zavodunda Avstriyanın "Frans Haaz" şirkətinə məxsus avadanlıqlar qurulmuşdur. Ceyhun Abbasov 2017-ci ildə dəyirman kompleksini ölkəmizə gətirərərk istismara vermişdir. Bu kompleksdə Avstriyanın Buhler avadanlıqları quraşdırılıb. Bu kompleks yeni makaron zavodu və biskvit zavodu üçün un istehsal etməklə yanaşı, digər partnyor şirkətlərin istehsal müəssisələrini xammalla təmin edir. Dəyirmanın aylıq un istehsal gücü 6500 tondur. Zavodda əhalinin tələbatını ödəmək üçün 1, 2 və 5 kiloluq paketlənmiş un istehsal olunur.[4]
Ölkə qarşısında göstərdiyi xidmətlərinə görə 2 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalına layiq görülüb.[5]