Logistika – məhsulun, əmtəənin, servisin müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar, materialların komplektləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də məşğul olur[1].
Bütün texnologiya xəttinin modelləşdirilməsi, analiz edilməsi, optimal yolunun tapılması da diqqətdə saxlanılır..[2]
Logistika sözünün etimalogiyası bir mənalı deyil. Beləki qədim yunan dilində logos-idrak, log-təffəkür, logismos-fikir hesablama planı, loqo-müzakirə etmək, logistika-hesablamaların praktik aparılma mədəniyyəti kimi mənalarını bildirir. Antik dövrdə logistika ərzaqları, təchizatçıları nəqletmə və yerdəyişmə mənasını daşıyırdı və o dövr üçün riyaziyyat hesablama alqoritmləri məcmusu başa düşülürdü. Qədim Romada logistiklər legionerlərin yemək və yatacaq yerlərinin təşkili ilə məşğul olurdular. Qədim Yunanıstanda Afinanın maliyyə işlərini aparan dövlət qulluqçularının idarələri logisteriya adlanırdı. Arximed yaşadığı dövrdə cəmi 10 nəfər logistik olduğunu öz əsərlərində qeyd edirdi. Napoleon Bonapart öz ordusunun hərəkəti zamanı hərbi sursat, ərzaq və ordunun yaşayış yeri ilə təmin edilməsində logistik yanaşmalardan istifadə etmişdir. XX əsrin əvvələrində müharibə aparan və yarımmüharibəyə hazırlaşan hərbi hissələrin təchizatı nəticəsində hərbi sursat, nəqliyyat və ehtiyat hissələrinin göndərilməsi, planlaşdırılmasi, idarə edilməsi, təminatı kimi məsələlərdə logistik metodlardan geniş istifadə olunurdu.
Bir elm sahəsi kimi logistika 1950-ci illərin əvvələrində ilk dəfə olaraq ABŞ da mülki sahədə formalaşmağa başladı. Logistikanın təkamülü baxımından XX əsrdə yaranmaqla onu bir neçə tarixi inkişaf mərhələlərinə bölmək olar.
Konseptual baxımdan logistikanın və logistik menecmentin müasir nəzəriyyələri aşağıdakı metodologiyalara əsaslanır:
Logistik sistemlərin təhlili və sintezi zamanı yaranan konkret problemlərin həlli üçün müxtəlif iqtisadi səviyyələrdə proqram-məqsədli planlaşdırma, funksional sistemli təhlil, proqnozlaşdırma, modelləndirmə və s. kimi idarəetmə metodlarından müfəssəl bir formada istifadə olunur. Logistik menecment praktikasında metodologiya və nəzəri tədqiqatın nəticələrindən istifadə etməklə qərb dövlətlərində alim və mütəxəssislərin əməli fəaliyyətlərini əlaqələndirə bilən çoxlu sayda logistik cəmiyyətlər, təşkilatlar və assosasiyalar yaradılmışdır. ABŞ-də isə logistik problemlərlə məşğul olan "Amerika cəmiyyəti" , "Menecment problemləri üzrə Amerika Şurası" , Britaniyada "Logistika institutu və bölüşdürmənin idarə edilməsi" , İspaniyada "Logistika mərkəzi" , Fransada "İstehsal logistika mərkəzi" kimi təşkilatlar yaranmışdır.
Logistikanın ümumi vəzifələri dedikdə — logistikanın qarşısında duran məqsədlərə çatmaq üçün hansı işlərin, hansı ardıcıllıqla, nə vaxt və harada icra edilməsi nəzərdə tutulur. Hər hansı bir təsərrüfat subyekti material axınlarının idarə edilməsi sahəsində özünün ümumi və xüsusi xarakterli logistik vəzifələrinin müəyyənləşdirilməsidir ki, onlar da aşağıdakılardan ibarətdir:
artırılması və rəqiblər üzərində iqtisadi üstünlüklərə nail olmaqdan ibarətdir.
Logistika aşağıdakı yarımbölmələrə bölünür :
Ekoloji logistika hər hansı bir istehsal prosesində materialın bazara çıxarılan məhsula və daha sonra tullantıya çevrilməsinə qədər hərəkətini təmin edir, sonra tullantıların ətraf mühitdə utilizasiyasına və ya təhlükəsiz saxlanmasına qədər idarə olunmasını təmin edir [3][4]. Ekoloji logistika həmçinin kommersiya məhsullarının istehlakı nəticəsində yaranan tullantıların yığılmasını və çeşidlənməsini, onların daşınmasını, utilizasiyasını və ya ətraf mühitdə təhlükəsiz saxlanmasını təmin edir. O, icazəsiz tullantılarla çirklənmiş böyük əraziləri kökündən təmizləməyə imkan verir[5].
Retrieved from "http://en.wikipedia.org/wiki/Logistics"