Ceylan Ağça Cupolo

Ceylan Ağça Cupolo (1986, Hazro, Diyarbəkir ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Ceylan Ağça Cupolo
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023Diyarbəkir
Şəxsi məlumatlar
Doğum tarixi 1986
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceylan Ağça Cupolo 1986-cı ildə Diyarbəkir ilinin Hazro ilçəsində anadan olub. Doqquz Eylül Universiteti ABŞ Mədəniyyəti və Ədəbiyyatı Bölməsindən məzun olub. Həmin universitetdə magistr dərəcəsi alır.[1]

Ankara Universitetində xarici dil müəllimi olaraq çalışıb. Qadınların, qaçqınların və ətraf mühitin qorunması, mətbuat azadlığı, siyasi motivli həbslər, həbsdə işgəncə və pis rəftar mövzularında hesabatların hazırlanması, insan hüquqları sahəsində tədqiqatların aparılması ilə məşğul olub.[1]

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici Əlaqələr Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

Kürdcə, ingiliscəitalyanca bilir. Evli və 1 uşaq anasıdır.[1]

  1. 1 2 3 4 5 TBMM. "Ceylan AKÇA CUPOLO". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.