Ceyms Breddok(ing. James Walter Braddock) eləcə də Cim Breddok kimi tanınırdı (ing. James J. Braddock, 7 iyun 1905[1], Hells Kitçen[d], Nyu-York ştatı – 29 noyabr 1974[1]) — amerika boksçusu, dünya çempionu.
Ceyms Breddok | |
---|---|
ing. James J. Braddock | |
Şəxsi məlumatlar | |
Doğum adı | James Walter Braddoc |
Vətəndaşlığı | |
Doğum tarixi | 7 iyun 1905[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 29 noyabr 1974[1] (69 yaşında) |
Dəfn yeri | |
Boyu | 189 sm |
İdman növü | boks |
Karyera illəri | 13 aprel 1926–h. h. |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən İrlandiyalıdır. Ulu babaları ordan mühacirət etmişdilər.
13 oktyabr 1935-ci il. "Medison Skver Qarden" arenasında iynə atsan, yerə düşməzdi. Tribunalar tam dolmuşdu. Bu anda diktorun səsi eşidildi: "Cənablar və xanımlar, Nyu-Yorka xoş gəlmisiniz. Bu gün ağır çəki dərəcəsində tarixi görüş keçirilir. Hazırkı çempion Maks Beri öz titulunu qorumaq üçün həmyerlimiz Ceyms Breddokla döyüşəcək".
Zal uğuldadı. Maks Berinin qalib olacağına heç kimin şübhəsi yox idi. Bukmekerlər Breddokun şansını 1-ə 10 nisbətində qiymətləndirirdilər. Hazırkı çempion rəqibindən bir baş hündür, daha cüssəli, daha cavan idi. Xalq kütlələri isə Breddokun qələbəsi üçün dua edirdiər. Hətta möcüzəyə inanmasalar belə…
Həmin vaxt dünyada çempionluğa iddialı digər ağır çəkili və daha titullu boksçular vardı. Ci Luis və Maks Şmelinq kimi. Ancaq şans Breddoka düşmüşdü. O, bu şansı 35-ci ilin martında Art Leskini 15 raundluq döyüşdə məğlub etdikdən sonra qazanmışdı. Halbuki bu yaxınlaradək hamı Ceyms Breddokun boksla tamam vidalaşdığını düşünürdü.
Breddok başqa ağır çəkili boksçulara nisbətən cüssəsiz idi. Hətta karyerasına orta çəki dərəcəsindən başlamışdı. Ancaq tanrı onun sağ əlini elə qüvvətli yaratmışdı ki, zərbəsindən ayılan olmurdu. Mənfi cəhəti o idi ki, döyüş zamanı yalnız sağ əlindən istifadə edirdi. Sol əlini yaddan çıxarırdı. Rəqibləri bilirdi ki o, "birəllidir".
Titul uğrunda Tommi Loqranla döyüşdə Ceyms "çörək ağacı" saydığı sağ əlini zədələdi. Həmin döyüşü də uduzdu. Rəqibi bütün komponentlərdə ondan üstün oldu.
Zədə onda xroniki xəstəlik yaratdı. Üstəlik, ağır zamanlar başlamışdı. Amerika "böyük depressiya dövrü"nü yaşayırdı. Bir çox amerikalılar kimi, Breddok da banklardakı bütün əmanətlərini itirib müflis oldu. Bir yandan da zədə… 4 il ərzində 20 dəfə məğlub oldu. Bundan sonra onu siyahıdan sildilər. Yarışlara dəvət almadı. Yaşı da keçirdi. Ailəni isə saxlamaq lazım idi. 3 uşağı vardı. Dəniz limanında fəhlə işləməyə başladı. Ancaq qazandığı qəpik-quruş güclə yeməyə çatırdı. Bir müddət işıq pulunu verə bilmədiyinə görə evində elektrik enerjisi də kəsilmişdi. Breddokda irlandiyalılara xas olan qürur vardı. Ancaq uşaqlarının ac olmasına dözə bilmədi. Çoxları kimi dövlətdən sosial müavinət almağa məcbur oldu.
Hər işdə bir xeyir var deyirlər. Breddokun sağ əli yaxşı işləmirdi. Fəhləlik edərkən o, sol əlini daha çox işlətməyə başladı. İşdən sonra da ancaq sol əllə məşq etməyə başladı. Düzdür, onu döyüşə çağıran yox idi. Bu uğursuz boksçunu unutmuşdular. Ancaq 1934-cü ildə tanrı ona sanki ikinci şansı verdi.
Korno Qriffinlə döyüşə çıxmalı olan boksçu qəfil xəstələndi. Promoterlər yerli boksçulardan birini çağırmaq qərarına gəldilər. Bu, titul döyüşü idi. Qələbə qazanan şəxs çempionluq kəməri uğrunda Maks Beri ilə döyüşəcəkdi.
Bu zaman Breddok yada düşdü. Eybi yox, çağıraq qoy gəlsin vuruşsun. Onsuz da hamı Qriffinin qalib gələcəyinə əmin idi.
Karlo özü də Breddoku ilk raunddaca nokauta salacağına inanırdı. Ancaq belə olmadı. Breddok ona verilən şansı əldən vermək istəmirdi. Fəhlə işləməklə qəpik quruş qazanmaqdansa, qalib gəlib əməlli qazanmaq olardı. Ailə-uşaq xətrinə Karlo Qriffini məhv etməyə hazır idi. Döyüş cəmi 3 raund davam etdi. Breddok rəqibini qüvvətli zərbə ilə nokauta göndərdi.
Boks dünyası yenidən Ceyms haqqında danışmağa başladı.
Döyüşdən 250 dollar qazanmışdı. Pul ona çatan kimi dövlətdən aldığı müavinəti geri qaytardı. Deyirdi ki, işsizlər çoxdur. Bu müavinət bir başqa işsizin ailəsinin dolanışığına kömək olacaq. Bu, vicdanlı hərəkət idi. Breddok sadə amerikalıların sevimlisinə, idealına çevrildi. Mübariz insan kimi o, ancaq hörmətə layiq idi.
Qarşıda isə ağır döyüş vardı. Maks Beri o dövrün ən istedadlı boksçusu idi. Yekəpər idi, ağır qaya parçası kimi yumruqları vardı. Axırıncı döyüşü Frenk Kempellə keçirmişdi. Maksın zərbələri elə güclü oldu ki, Frenk rinqdəcə öldü.
Maks Beri, Breddoka rəğbət bəsləyirdi. Zarafatla ona təklif etdi ki, rinqə çıxmasın. Onun da ölməsini arzulamır.
Düzdür, həmin vaxt Beri alman boksçusu Maks Şmelinqə qarşı döyüşə bilərdi. Ancaq damarlarında yəhudi qanı axan Beri hitlerçilərin çempionu ilə vuruşmaq istəmədi.
Breddoka qalib gələcəyinə isə əmin idi. Heç düz-əməlli məşq də etmirdi. Yekəpər Berinin yanında Breddok cüllütə oxşayırdı.
Breddok isə var gücü ilə hazırlaşırdı. Hər gün səhər tezdən durub qaçır, dayanmadan məşq edirdi.
Nəhayət, matç günü gəlib çatdı. Beri publikaya özünü göstərmək istəyirdi. Birinci raunddaca xalqın sevimlisini yerə sərmək lazım idi. Axı kütlə Breddoka azarkeşlik edirdi. Rinqə çıxan Breddoku özlərindən hesab edirdilər — o da fəhlə idi.
Beri təəcübləndi. Breddoka zərbə endirə bilmirdi. O, həddən artıq cəld idi, rinqdə daim hərəkət edirdi. Üstəlik, gizli silahını işə salmışdı. Fəhlə olduğu zaman məşq elətdirdiyi sol əlilə də güclü zərbə vururdu. İndi o, daha əvvəlki kimi "birəlli" deyldi.
6-cı, 7-ci raund başa çatırdı. Beri ard-arda güclü zərbələr endirirdi. Breddokun çənəsi isə sanki poladdan idi. Nokauta düşmürdü. Bu, Berini özündən çıxarırdı. Axı başqaları onun zərbəsindən həyatını itirmişdilər.
Arenaya bilet tapmayanlar küçələrdə quraşdırılmış radiolarla oyunu izləyirdilər. Minlərlə kasıb kilsəyə gedərək Bredok üçün dua edirdilər. Təki o bu yekəpər Berinin zərbəsindən ölməsin. Bredokun isə ölmək fikri yox idi. Ona şans verilmişdi. Ailəsinin ac qalmasını, ağır günləri arxada qoymalıydı.
12-ci raundda Beriyə elə zərbə vurdu ki, çempion səndələdi. O, hesabda irəli idi. Nəhayət, matç bitdi. Hakimlərin yekdil qərarı ilə Breddok çempion elan olundu.
Dünənin fəhləsi, uğursuz boksçusu bir anda ulduz oldu. "Amerikan arzusu"nun bariz nümunəsi… Çempionluqdan sonra iki il müddətində bütün ölkəni gəzdi, tamaçaçılar qarşısında məşqlər keçirdi. Artıq yaşlanmışdı. Çempionluq uğrunda növbəti görüşdə isə qaradərili Co Lusə məğlub oldu. Ancaq bu məğlubiyyətə baxmayaraq, onu yenə sevirdilər. Co Luis isə xatirələrində Breddoku tarixin ən cəsur boksçusu adlandırırdı.
Uduzmağına baxmayaraq, Luslə döyüşdən 250 min dollar qazanmışdı. İndiki pulla 2 milyon dollar. Daha varlı idi. Ancaq karyerasını major notda bitirmək istəyirdi.
1938-ci ildə Breddok Böyük Britaniyanın tarixi boyunca ən güclü boksçusu olan Tommi Farra ilə döyüşə çıxdı və xal hesabı ilə ona qalib gəldi. İkinci dünya müharibəsi zamanı Breddok ordu sıralarına qatıldı. Cəbhədə əsgərlərə özünümüdafiə məşqləri keçirdi.
Müharibədən sonra müxtəlif işlərlə məşğul oldu. Varlı idi. İşləməyə bilərdi. Ancaq Breddok milyonçu həyatına alışmamışdı. Sadə insan idi. Ömrü boyu çalışdı. Nyu-Yorkdakı Verizano körpüsünün tikintisində iştirak etdi.
1974-cü ildə, 69 yaşında vəfat etdi. O, boks tarixinin ən istedadlı və yaddaqalan şəxslərindən idi.
2005-ci ildə isə Hollivudda Ceyms Breddokun həyatından bəhs edən "Nokdaun" adlı bədii film çəkildi. Filmdə Breddok obrazını məşhur Hollivud ulduzu Rassel Krou canlandırdı.