Ceyms O'Brayn

Ceyms O'BraynABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışan amerikalı hüquqşünas və diplomat. O, 14 aprel 2022-ci ildən 5 oktyabr 2023-cü ilədək Bayden administrasiyasında Sanksiyaların Koordinasiyası İdarəsinin rəhbəri və 28 avqust 2015-ci ildən 20 yanvar 2017-ci ilədək girovlarla bağlı xüsusi nümayəndə vəzifələrində çalışıb.

Ceyms O'Brayn
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi
Vəzifədədir
5 oktyabe 2023-cü ildən
Sanksiyaların Koordinasiyası İdarəsinin rəhbəri
22 aprel 2022 – 5 oktyabr 2023
Girov Məsələləri üzrə Xüsusi Nümayəndə
28 avqust 2015 – 20 yanvar 2017
Şəxsi məlumatlar
Təhsili
Fəaliyyəti diplomat, vəkil

1978-ci ildə Nebraska ştatının Omaha şəhərindəki Kreyton Hazırlıq Məktəbini bitirib.[1] Makalister Kollecində İncəsənət üzrə Bakalavr dərəcəsi, Pittsburq Universitetində İncəsənət üzrə magistr və Yale Hüquq Məktəbində hüquq elmləri doktoru dərəcəsi qazanmışdır.

O'Brayen 1989-cu ildə ABŞ Dövlət Departamentində vəkil və diplomatik məsləhətçi kimi işə başlayıb. Daha sonra o, prezidentin Balkan üzrə xüsusi nümayəndəsi, Dövlət Departamentinin Siyasət Planlaşdırma İdarəsinin direktor müavini, BMT səfiri və dövlət katibi Madlen Olbraytın baş məsləhətçisi vəzifələrində çalışıb. O'Brayen həmçinin Bosniya, Xorvatiya və Serbiya arasında sülh müqaviləsi olan Deyton sazişində rol oynayıb.[2]

28 avqust 2015-ci ildən 2017-ci il yanvarın 20-dək Obama administrasiyasında Girov Məsələləri üzrə Xüsusi Nümayəndə vəzifəsində çalışıb.[3] Vəzifəsini tərk etdikdən sonra Albright Stonebridge Group-da həmtəsisçi və direktor vəzifəsində çalışıb.[4]

Bayden administrasiyası

[redaktə | mənbəni redaktə et]

2021-ci ilin oktyabrında Bayden administrasiyasında, səfir səviyyəsində bir vəzifə olan Sanksiyaların Koordinasiyası İdarəsinin rəhbəri vəzifəsinə təyin edildi.[5] Onun namizədliyi ilə bağlı dinləmələr 12 yanvar 2022-ci ildə Senatın Xarici Əlaqələr Komitəsində keçirilib. Komitə onun namizədliyi barədə 8 mart 2022-ci ildə müsbət məlumat verib. 6 aprel 2022-ci ildə onun namizədliyi ABŞ Senatında 71-26 səs çoxluğu ilə təsdiqlənib.[6][7] 14 aprel 2022-ci ildə andiçməsi keçirildi.[8]

19 may 2023-cü ildə prezident Co Bayden O'Brayeni Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsinə namizəd göstərdi.[9] 4 oktyabr 2023-cü ildə onun namizədliyi Senatda 67-31 səslə təsdiq edildi.[10]

  1. "James C. O'Brien '78 Appointed Special Presidential Envoy". creightonprep.creighton.edu. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
  2. "O'Brien, James". U.S. Department of State. 2020-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
  3. "Obama Appoints First Special Envoy for Hostage Affairs". NBC News (ingilis). August 29, 2015. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
  4. "About Us | Albright Stonebridge Group". www.albrightstonebridge.com. 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-26.
  5. "President Biden Announces Key Nominations". The White House (ingilis). 2021-10-06. 2021-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  6. "PN1284 — James C. O'Brien — Department of State 117th Congress (2021-2022)". US Congress. 6 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2023.
  7. "On the Nomination (Confirmation: James C. O'Brien, of Nebraska, to be Head of the Office of Sanctions Coordination, with the rank of Ambassador)". US Senate. 20 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2022.
  8. "Head of the Office of Sanctions Coordination". United States Department of State (ingilis). 2023-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  9. "President Biden Announces Key Nominees". The White House. 19 May 2023. 4 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2023.
  10. "PN676 — James C. O'Brien — Department of State 118th Congress (2023-2024)". US Congress. 6 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]