Ceyms Omura

Ceyms Matsumoto Omura (ing. James Matsumoto Omura; 17 noyabr 1912, Beynbric-Aylend[d], Vaşinqton20 iyun 1994, Denver) – yaponəsilli ABŞ jurnalisti. O, İkinci dünya müharibəsi zamanı internasiyada olan ABŞ yaponlarının sədaqət sübutu kimi məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olmasına görə tanınır.

Ceyms Omura
Doğum tarixi 17 noyabr 1912(1912-11-17)
Doğum yeri
Vəfat tarixi 20 iyun 1994(1994-06-20) (82 yaşında)
Vəfat yeri
Fəaliyyəti jurnalist, landşaft dizayneri[d]

Müharibə dövrü

[redaktə | mənbəni redaktə et]

Ceyms Omura 17 noyabr 1912-ci ildə Vaşinqton ştatının Beynbric-Aylend şəhərində doğulmuşdur.[1] O, 1940-cı ildə həyat yoldaşı Fumi Okumanın köməyi ilə və yığdığı pullarla "Current Life" adlı ilk nəşrini yaratmışdır.[1] Yaponəsilli şəxslərin ABŞ cəmiyyətinə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyan bu nəşrdə ABŞ yaponları haqqında yazılar və xəbərlər yer almışdır.[1] Lakin İkinci dünya müharibəsi səbəbilə "Current Life" cəmi 15 ay nəşr oluna bilmişdir.[2]

Omura Denver bölgəsində internasiya düşərgələrinə göndərilmiş ABŞ yaponlarına kömək emək üçün iş agentliyi yaratmışdır.[2] Özü isə internasiyadan qurtulmaq üçün Koloradoya qaçmışdır.[2] Omura yapon icmasının və hökumətin siyasətinə qarşı olduğu üçün onlarla münaqişə yaşamışdır.[2] Belə ki, ABŞ Yaponları Vətəndaşlar Liqası hesab edirdi ki, ABŞ hökumətinin təxliyəsinə qarşı olmaq sədaqətsizlik göstəricisi hesab oluna bilər və ABŞ-yə sədaqətliliyi nümayiş etdirmək üçün təxliyə ilə razılaşmaq ən təhlükəsiz yoldur.[2]

Tolan komitəsi üçün şahidlik edən Omura bu siyasətə qarşı çıxmış və təxliyənin yapon sadaqəti sualının həllinə kömək etməyəcəyini bildirmişdir.[2] Omura Denverdə "Rocky Shimpo" adlı yapon qəzeti yaratmış və ABŞ yaponlarının məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olan Hart Dağı Feyr-Pley Komitəsini dəstəkləyən yazılar yazmağa başlamışdır.[2] Rəqib "The Heart Mountain Sentinel" qəzeti Omuranı "müharibədən sonra yaponların assimilasiyası üçün bir nömrəli təhlükə" adlandırmış və onu "mətbuat azadlığından pis məqsədlər üçün istifadə etməklə" ittiham etmişdir.[2] 1944-cü ildə Omura və komitənin yeddi lideri saxlanılmışdır. Omura günahsız hesab edilsə də, digər yeddi şəxs həbs edilmişdir.[2]

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Omura müharibədən sonra Kolorado ştatında landşaft dizayneri kimi işləməyə başlamış və iki dəfə Kolorado Landşaft Qurumunun prezidenti seçilmişdir.[2] 1994-cü ildə Denver şəhərində ölmüşdür.[2]

  • Ling, Huping; Austin, Allan. Asian American: History and Culture - An Encyclopedia (ingiliscə). Routledge. 2010. səh. 449–450. ISBN 978-0-7656-8077-8. İstifadə tarixi: 8 noyabr 2022.