Cezqazqan

JezqazğanQazaxıstanın mərkəzi hissəsində, Qarağandı vilayətində şəhər.[2]

şəhər
Jezqazğan
qaz. Жезқазған
Gerb
Gerb
47°47′ şm. e. 67°42′ ş. u.HGYO
Ölkə  Qazaxıstan
Tabesində Qarağandı vilayəti
Tarixi və coğrafiyası
Əsası qoyulub 1938
Sahəsi
  • 47 km²
Mərkəzin hündürlüyü 300 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 100.000 nəf. (2018)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 7102
Poçt indeksi 100600
Digər
jezkazgan.gov.kz
Xəritəni göstər/gizlə
Jezqazğan xəritədə
Jezqazğan
Jezqazğan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 84,6 min (2013) nəfərdir.[2]

Kengir su anbarının (Qara Kengir çayında) sahilində yerləşir. Dəmiryol stansiyası. Avtomobil yolları qovşağı. Beynəlxalq aeroport.[2]

Jezqazğanın tarixi qədimdən mis filizləri yataqlarının işlənilməsi ilə bağlıdır. 1920–30-cu illərdə bu yataqların fəal istismarına başlanılmış, 1937-ci ildə Türküstan-Sibir dəmiryolunun xətti çəkilmişdir. 1938-ci ildə Yeni Jezqazğan (1941-ci ildən Böyük Jezqazğan) qəsəbəsinin əsası qoyulmuşdur. 1940–43-cü illərdə qəsəbə Jezqazğan islah-əmək düşərgəsinin (məhbusları Jezqazğan mis kombinatını tikirdilər), 1948–56-cı illərdə Çöl düşərgəsinin (1954-cü ilədək 4 nömrəli Xüsusi düşərgə; məhbusları kombinatda, sənaye və yaşayış obyektlərinin tikintisində çalışırdılar) mərkəzi idi. Cinayət maddələri üzrə məhkum olunanların Çöl düşərgəsinə köçürülməsi səbəbindən 1954-cü il mayın 17-dən iyunun 26-dək məhbusların Kengir üsyanı baş vermişdi (hərbi hissələrin dəstəyi ilə yatırılmışdı). 1954-cü ildən şəhər statusunu almışdır. 1973–97-ci illərdə Jezqazğan vilayətinin mərkəzi olmuşdur.[2]

Müqəddəs Andrey məbədi (1990-cı illər) var. Abidələri: “İlk quruculara” (1978), “Kosmosu fəth edənlərə”; “Kosmos” monumenti. O. Baykonurov adına Uiversitet (1956), Pedaqoji institut var. Kosmonavtika, tarix-arxeologiya muzeyləri, S. Kojamkulov adına Musiqili Dram Teatrı fəaliyyət göstərir.[2]

Böyük əlvan metallurgiya (zənginləşdirici fabriklər, mistökmə zavodu və s.) mərkəzidir. Tikinti materialları (dəmir-beton məmulatları, asfalt-beton zavodları), yüngül  (trikotaj fabriki) və yeyinti (ət kombinatı, süd zavodu) sənayesi müəssisələri fəaliyyət göstərir. Jezqazğanın yaxınlığında qədim metallurgiya və metal emalının öyrənilməsi üçün əhəmiyyətli olan bir sıra arxeoloji abidə yerləşir. Jezqazğan və onun ətrafında mis filizinin çıxarılması, ehtimal ki, e.ə. 3-cü minillikdə Uralyanı Quyu qəbirləri mədəniyyəti və Sayan-Altay Afanasyev mədəniyyəti daşıyıcılarına yaxın olan köçəri qruplarla bağlıdır. İlk mədənçilər daş lövhələrlə hasar lanmış qəbirlərdə, arxası üstə dəfn edil mişlər; baş və ayaq tərəflərinə mis mineralları qalağı və mis filizi parçaları, yan larına mədən qazıma işində istifadə olunan əmək alətləri (mədən külüngülər, kiçik linglər, kərkilər) qoyulmuşdu. Son Tunc dövründə bu ərazi Avrasiya çöl metallurgiya əyalətinin ən iri mədən-metallurgiya mərkəzlərindən biri idi. Mədən işçilərinin və metallurqların məskənləri (Andronovo mədəniyyəti, Köbəli keramika mədəniyyəti) və onların məzarlıqları bir-birindən 3–8 km məsafədə olmaqla Kengir və Jezda çayları boyu zəncirvarı yerləşir. İrimiqyaslı qədim mədən işlərinin, Tunc dövrünə aid metaləritmə prosesinin və əridilmiş metalın izləri açıq mədən yerləri və “karxanalar”, posa, suaşıran hovuz, bənd, kanal, su quyusu, misəridən kürələr və s. kimi tapıntılarla təmsil olunur. Orta əsrlərdə Milıquduk şəhər yerində iri əlvan metal emalı mərkəzi yerləşirdi, dulusçuluq, daşyonma, saxsı qablar, kaşı istehsalı və digər sənət sahələri inkişaf etmişdi. Jezqazğandan 45–60 km şiamlda, Qara Kengir çayı sahilində Alaş xan, Cuçi xan, Can seit, Kelintam, Bestam və b.-nın mavi günbəzli sərdabaları (12–13-cü əsrlər), Dombaul və Duzen Sandıbayulının (1833–66) türbələri yerləşir.[2]

  1. http://stat.gov.kz/getImg?id=ESTAT274380.
  2. 1 2 3 4 5 6 Cezqazqan// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 232. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]