Change (Lana Del Rey mahnısı)

Change (tərcümədə ing. — "Dəyişiklik") — amerikalı müğənni-bəstəkar Lana Del Reyin Lust for Life studiya albomundan mahnı.

"Change"
İfaçı Lana Del Rey
Albom Lust for Life
Yayımlanıb 21 iyul 2017
Yazılma tarixi 2017
Janr ballada
Dil İngilis dili
Müddət 5:21
Bəstəkarlar Del Rey, Rik Nouels
Prodüser Del Rey, Rik Nouels, Kiron Menzis
Leybl Interscope, Polydor

Yaradılma tarixi

[redaktə | mənbəni redaktə et]

Prodüser Rik Nouels bildirmişdi ki, "Change" albomun tamamlanmasından bir gün qalmış səsyazması bitirilmişdi və leybla göndərilmişdi. Onlar axşam saat 20:00-da başlayıb gecə saat 2:00-da bütün səsyazmanı tamamlamışdılar. Belə qısa müddətə görə mahnı yalnız vokalpianodan ibarət ola bilərdi.[1] İsveçin Bon jurnalına verdiyi müsahibədə mahnının nə haqqında olduğunu soruşulanda, Del Rey izah etdi ki, mahnı “özünüzü müxtəlif səviyyələrdə dəyişməli olduğunuz hissi haqqındadır. İlk növbədə dünyada nəsə dəyişməlidir, sonra isə sizin daxilinizdə”.[2] Nəqaratı təşkil edən dörd söz: "Dürüst, bacarıqlı, gözəl və sabit" onun olmaq istədiyi insan obrazını formalaşdırır.

2017-ci ilin 26 dekabrında Del Rey Instagramda "Change" mahnısının demo versiyasını yazan zaman çəkdiyi beş videonu paylaşmışdı.[3][4][5][6][7]

Quruluşu və tənqidçilərin rəyi

[redaktə | mənbəni redaktə et]

"Change" açıq səs və piano balladası ilə ifa olunur, sürəti dəqiqədə 85 zərbə təxmin edir və düz 5 dəqiqə 21 saniyə davam edir, bununla da albomun ən uzun mahnılarından biri sayılır.

PopCrush-dan olan E.R.Pulqar mahnını "müğənnin ən güclü və ürək ağrıdan" adlandırıb, "çünki qeyri-sabitlik şəraitində dürüst, bacarıqlı və gözəl olmağa çalışır".[8] Pitchfork-dan olan Meqan Qarvi mahnını "Get Free" ilə birlikdə "ən heyrətamiz və tematik cəhətdən əhəmiyyətli" mahnı adlandırıb.[9]

  1. "Mench, Chris (July 21, 2017). "Songwriter & Producer Rick Nowels Explains How Lana Del Rey's 'Lust For Life' Came Together". Genius". 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
  2. "Björk, Annah (July 26, 2017). "Lana Del Reys lust för förändring". Bon.se. (in Swedish)". 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
  3. Lana Del Rey on Instagram: "Posting this record's writing sessions incase I lose my phone again".
  4. "Lana Del Rey on Instagram: "Part 2 of writing 'change'"". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-06.
  5. "Lana Del Rey on Instagram: "Part 3"". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-06.
  6. "Lana Del Rey on Instagram: "Part 4 of writing demo for 'change'"". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-06.
  7. Lana Del Rey on Instagram: "Fast forwarding to the end".
  8. "Pulgar, E.R. (July 21, 2017) "Lana Del Rey's 'Lust For Life': A Track-by-Track Breakdown". PopCrush". 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
  9. "Garvey, Meaghan (July 25, 2017). "Lana Del Rey: Lust for Life Album Review". Pitchfork". 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.