Charlie Hebdo qətliamı ilə bağlı beynəlxalq münasibət

Charlie Hebdo qətliamı ilə bağlı beynəlxalq münasibət (ing. International reactions to the Charlie Hebdo shooting) - 2015-ci ilin 7 yanvar tarixində Fransanın Paris şəhərində yerləşən Charlie Hebdo karikatura qəzetinə edilən silahlı basqın və hadisə nəticəsində 12 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına müstəqil dövlətlərin və xarici təşkilatların verdiyi reaksiya və başsağlığı mesajları. Ümumiyyətlə baş vermiş qətliam ilə bağlı 60 dan çox dövlət hadisəyə öz münasibətini bildirmişdir.

Azərbaycan Azərbaycan - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransalı həmkarı Fransua Ollanda baş vermiş terror aktı ilə bağlı başsağlı verib və yaşanmış hadisəni qınayıb. Göndərilən məktubda deyilir: Hörmətli cənab Prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti. Bakı, 7 yanvar 2015-ci il.[1]

ABŞ ABŞ - Ağ evdən edilən açıqlama ilə baş vermiş silahlı instident pisləndi. Barak Obamanın yaydığı bəyanatda deyilir: Fransa ABŞ-nin ən qədim mütəffiqlərindən biridir və biz dünyamızı təhdid edən terror olaylarına qarşı hər zaman çiyin-çiyinə mübarizə aparmışıq. Zaman bizim birlikdə bizim üçün bəşəri xarakter daşıyan dəyərlərin qorunması və müdafiə olunmasıdır. Fransanın mərkəzi Paris kimi böyük bir şəhərdə belə bir dəhşətli olayın yaşanması qatillərin simasını bir daha ortaya qoyur.[2]

Avstraliya Avstraliya - Avstraliyanın Baş Naziri Toni Abot yaydığı bəyanatda deyilir: Hökumətimiz Paris şəhərində yaşanan dəhşətli olayı qınayır. Bütün Avstraliyalıların düşüncələri bu gecə bu hadisədən həyatlarının itirmiş cəsur insanların ailələrinin yanındadır. Söz azadlığı cəmiyyət üçün əvəz olunmaz bir təməl daşıdır.[3]

Argentina Argentina - Xarici İşlər Naziriliyi tərəfindən yayımlanan bəyanatda deyilir: Hökumət və Argentina xalqı Fransanın paytaxtı Paris şəhərində gercəkləşdirilmiş terror aktını yekdil bir dillə pisləyir. Biz xüsusi ilə qurbanların ailələrinə və Fransa xalqına öz başsağlığı diləklərimizi çatdırmaq istəyirik. Eyni zamanda Argentina beynəlxalq güclərin terrora qarşı kompleks şəkildə fəaliyyət göstərməsini, terrorun qarşısının alınmasında daha faydalı olacağına inanır.[4]

Kanada Kanada - Kanada Baş Naziri Stiven Harper baş vermiş hadisəni şiddətli şəkildə qınadığını bildirərək demişdir: Kanada və müttəfiqlərinə qarşı təhdid, terror kimi halların baş verməsi yol verilməzdir. Bir hər zaman baş verən belə hadisələrin qarşısında birlikdə dayanmışıq və bundan sonra da birlikdə dayanmaqda davam edəcəyik. Kanada, bu qaranlıq gündə Fransanın yanındadır.[5]

Çin ÇXR - Xarici İşlər Nazirliyinin sözçüsü Honq Li tərəfindən yayılan bəyanatda deyilir: Biz baş verən terror aktını şiddətli şəkildə qınayırıq. Çin dövləti terrorun bütün növlərinə qarşı olduğunu bildirir və Fransanın daxili təhlükəsizlik məsələsinin qorunmasında öz dəstəyini ifadə edir.[6]

Hizbullah - Hizbullah təşkilatının lideri Həsən Nəsrullah hadisəni pisləyərək belə deyib: Hücumu reallaşdıranlar, Allahın Peyğəmbərinə, kitab yazıb, alçaldıcı filmlər çəkənlərdən daha ağır təhqir etdilər.[7]

  1. "Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda - president.az". 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  2. "World Expresses Shock at Attack on Charlie Hebdo Newspaper - abcnews.go.com". 2015-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  3. "Charlie Hebdo shooting: Tony Abbott condemns 'barbaric' Paris terrorist attack - smh.com.au". 2015-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  4. "- Cristina condenó "enérgicamente el bárbaro ataque terrorista"". 2015-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  5. "Harper condemns 'barbaric' attack on Paris paper that killed 12". 2015-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  6. "China strongly condemns Paris attack - globaltimes.cn". 2015-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  7. Elmidar Əliyev. "İslam belə təhqir edilməmişdi" (az.)). 2015-01-09. 2015-01-16 tarixində arxivləşdirilib.