Charlie Hebdo qətliamı

Charlie Hebdo qətliamı (fr. Fusillade au siège de Charlie Hebdo) - Fransanın paytaxtı Paris şəhərində yerləşən Charlie Hebdo satirik qəzetinə edilən silahlı hücum və hücum nəticəsində 12 nəfərin həlak olması ilə nəticələnən qətliam hadisəsi.[1][2][3][4][5] Öldürülən şəxslərdən iki nəfəri Fransa Milli Polisinin əməkdaşı, qalan şəxslər isə qəzetin redaksiya heyətinin üzvləridir. Bir nəfərin vəziyyəti ağır olmaqla 11 nəfər isə yaralanmışdır.[6][7]

Charlie Hebdo qətliamı
Hadisədən dərhal sonra hadisə yerinə gəlmiş polis və təcili tibbi yardım maşınları (7 yanvar 2015)
Hücum yeri XI dairə, Paris, Fransa
Hücum hədəfi Charlie Hebdo qəzetinin redaksiyası
Vaxt 7 yanvar 2015
təx. 11:20 (UTC+1)
Hücum üsulu atışma
Silah Kalaşnikov avtomatları, qumbaraatan
Həlak olanlar 12
Yaralılar 11
Terrorçu sayı 3
Təşkilatçılar Yəmən Əl-Qaidəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadisə şahidlərinin sözlərinə əsasən silahlılar binaya əllərində AK-74 Kalaşnikov silahları ilə daxil olaraq Allahu Əkbər ifadəsini ucadan təkrar etməklə ətrafa atəş açmağa başlayıblar.[8] Silahlardan toplamda 50 dəfə atəş açılıb.[9] Bir qrup redaksiya işçisi isə gülləbarandan xilas olmaq üçün binanın damına sığınmağı bacarıb. Charlie Hebdo qətliamı Fransa yaxın tarixində baş vermiş ən çox insan itkisi ilə nəticələnən ikinci terror aktıdır. Buna qədər isə Fransada ən çox insan itkisi ilə nəticələnmiş hadisə Vitry-Le-François terror hadisəsi hesab olunurdu. 1961-ci ilin 18 iyun tarixində Strasburq-Paris xətti ilə hərəkət edən qatarın partladılması nəticəsində 28 nəfər həlak olmuşdu.

Baş verən qətliama baxmayaraq Charlie Hebdo fəaliyyətini davam etdirmək qərarı alınmışdır. Silahlı hücumdan sonra qəzetin çap ediləcək xüsusi bıraxılışının 1 milyon tirajla çap ediləcəyi açıqlandı. Fransa hökuməti isə Charlie Hebdoya 1 milyon avro maliyyə yardımı göstərəcəyini bəyan etmişdir.

border=none Əsas məqalə: Charlie Hebdo

Charlie Hebdo həftəlik olmaqla Paris şəhərində nəşr edilən karikatura dərgisidir. Qəzet kimi fəaliyyət göstərən Charlie Hebdo 1969-1982-ci illərdə yayımlanmış, 1992-ci ildə isə dayandırılmış fəaliyyətini yenidən bərpa etmişdir. Çərşənbə günləri işıq üzü görən qəzet sol-anarxist görüşü ilə tanınır. 2009-cu ildən etibarən Charlie Hebdonun redaktorluğunu Stefan Şarbonye həyata keçirdirdi. Şarbonyeyə qədər isə Fransua Kavanna (1969-1981) və Filip Val (1992-2009) baş redaktor vəzifəsini yerinə yetirmişdir. 40.000 tirajla nəşr edilən Charlie Hebdo nəşr etdiyi qalmaqallı karikaturaları ilə məşhurdur.

Charlie Hebdo qəzetinin əsası Parisdə nəşr edilən bir digər karikatura dərgisi olan Hara-Kirinin fəaliyyəti ilə bağlıdır. 1960-cı illərdə nəşr edilən Hara-Kiri General Şarl de Qoll barəsində çıxardığı karikaturalar səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Karikaturistlər bağlanan karikatura dərgisinin əvəzinə Charlie Hebdo adlı qəzet ilə yola davam etməyə qərar verirlər. Charlie Hebdonun ilk sayı 1970-ci ildə nəşr edilir və qəzetin ilk baş redaktoru Fransua Kavanna seçilir. Fəaliyyəti ərzində əsasən dini məzmunlu karikaturalar yayımlayan qəzet Xristian, İslamYəhudilik kimi səmavi dinlər başda olmaqla bir çox dinin müqəddəs hesab edilən inancları ilə bağlı silsilə karikaturalar yayımlamağa başlayır. Yayımladığı karikaturalar ilə tez-tez qalmaqallar yaşayan qəzet bu səbəbdən bir necə dəfə məhkəməyə verilmişdir. Charlie Hebdo satirik qəzetini ən çox məhkməyə verənlərdən biri isə Katolik kilsəsi olmuşdur. Belə ki, Vatikanİsa Məsih barədə müxtəlif məzmunlu karikaturaları ilə qəzet xristian dünyasının böyük etirazına səbəb olur. Charlie Hebdo sözü fransız dilindən tərcümədə Həftəlik Şəriət anlamını daşıyır.

"Fransada dindarlar çoxdur. Ölkəmizdə din düşüncə formasıdır. Biz Karl Marksın karikaturasını çəkdiyimiz kimi Məhəmməd, İsa peyğəmbərin də (s.a.v) karikaturasını çəkməyimizdə heç bir problem yoxdur. Heç kim bizə nəyi necə edəcəyimiz barədə göstəriş verə bilməz. Mənə edilən heç bir təhdiddən, hədədən qorxmuram. Mənim nə ailəm, nə uşaqlarım var. Heç banka kreditim də yoxdur. Ola bilər, bu pafoslu səslənsin, amma ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır"
Stefan Şarbonye hadisədən bir müddət əvvəlverdiyi müsahibədən parça.

Charlie Hebdo bu günə qədər Parisdə 40 minlik tirajla yayın həyatında davam etməkdə olan karikatura qəzeti kimi fəaliyyət göstərimişdir. Son illərdə dini məzmunlu karikaturalar ilə FransadaAvropada yaşayan dindar kəsimin etirazları ilə qarşılaşmaqda idi. 2006-cı ildə Danimarkada Məhəmməd Peyğəmbərlə bağlı karikaturaların dərc edilməsindən sonra yaşanan etirazlar dalğası Charlie Hebdo əməkdaşlarının Danimarkalı məsləkdaşlarına dəstək olması ilə nəticələnir. 2011-ci ildə qəzetin bir nömrəsi Şəriət Hebdo başlığı ilə yayımlanır və İslam peyğəmbəri Məhəmməd peyğəmbərin təsviri əks etdirilən karikatura əsas səhifəyə yerləşdirilir. Qəzetin həmin nömrəsi satışa çıxdıqdan sonra, səhərisi gün baş ofisə bir qrup şəxsiyyəti müəyyən olmayan şəxslər tərəfindən molotov kokteyli atılır və dərginin internet saytı xakker hücumuna məruz qalır.

Növbəti il İslam dünyasında böyük narazılığa səbəb olan (ing. Innocence of Muslims) müsəlmanların məsumiyyəti adlı film yayımlanır və filmin nümayişinin ardından FransaAvropanın bir necə ölkəsində radikal müsəlmanlar tərəfindən səfirlik, mədəniyyət mərkəzləri və bir sıra iş yerlərinə hücumlar təşkil edilir. Baş verənlərdən kənarda qalmayan Charlie Hebdo filmi tənqid edən karikaturalar ilə yanaşı İslam peyğəmbərinin lüt təsvir edildiyi bir necə karikaturadan ibarət yeni bir karikatura seriyası çap edir.[10][11] Karikaturaların dərc edilməsinin ardından Fransız polisi mümkün bir terror hücumuna qarşı qəzetin yerləşdiyi redaksiyanın ətrafında mühafizə yerləşdirir.

7 yanvar, 2015-ci il tarixində saat 15:30 (10:30 UTC) radələrində üç nəfər silahlı şəxs Charlie Hebdo satirik qəzetinin Parisdə yerləşən nümayəndəliklərinin birinə Kalaşnikov avtomatları və qumbaraatanlarla hücum etdi. Silahlı hücumdan əvvəl silahlılar qəzetin arxiv materiallarının saxlanıldığı Nikolas Appert küçəsi 6 ünvanında yerləşən binaya gəldilər. Hadisə şahidlərinin ifadələrinə əsasən binaya yaxınlaşan silahlılar bura Charlie Hebdodurmu? deyə qışqırdılar. Daha sonra səhv yerə gəldiklərini anlayıb, dərhal həmin yerdən uzaqlaşıdlar. Silahlıların həmin küçənin üzərində yerləşən 10 nömrəli binaya gəlməkləri bir necə dəqiqə vaxt apardı.[12]

Silahlılar Charlie Hebdonun əsas ofisinin yerini müəyyənləşdirdikdə qapının şifrəli olduğunu gördülər. Qapı ağzında silahlılar tərəfindən saxlanılan və qəzet ilə əlaqəsi olan karikaturist Korin Reydən qapının şifrəsinin açılması tələb edildi, əks halda silahlılar Reyin az yaşlı qızınını öldümrəklə təhdid edirdilər.[13] Korin Rey əlacsız qalıb şifrəni daxil etdi və qapı açılan kimi silahlılar iti şəkildə Charlie Hebdo çalışanlarının əyləşdiyi ikinci mərtəbəyə doğru yönəldilər. Bu an Charlie Hebdo qəzetinin 15 nəfərə yaxın əməkdaşı daxili iclas keçirdirdi.[14] Silahlıların binaya daxil olmasından, otaqda olan şəxslərin xəbəri yox idi. Silahlılar ofisə daxil olaraq bir masa arxasında əyləşmiş redaksiya üzvlərinə atəş açmağa başladılar. Atəş səsləri 4-5 dəqiqə aramsız davam etdi. Sonra digər otaqlarda ola biləcək şəxslərin öldürülməsi üçün silahlar cəld qonşu otaqlarada nəzər salmağa başladı. Öldürülən şəxslərin demək olar ki, hamısı başından vurulmuşdu.[15]

Hadisə şahidlərinin ifadəsinə əsasən maskalı şəxslər bəzi karikaturistləri öldürmək üçün adları ilə axtarırdı. Ofisdən çıxarkən qara rəngli avtomobillərinə minən silahlılar Charlie Hebdo ofisinin 180 m şərqində yerləşən qəzetin mühafizə xidmətinin müqaviməti ilə qarşılaşdı. İnternetə yüklənən videolardanda göründüyü kimi avtomobildən düşərək polislə atışmaya girən silahlılar xəsarət almadan Əhməd Merabat və Frank Brinsolaro adlı iki polis əməkdaşını öldürdü. Ehtimal ilk öncə Stefan Şarbonyenin şəxsi mühafizəçisi olan 49 yaşlı Frank Brinsolaronun öldürlməsi ilə bağlıdır. Daha sonra isə Ricard bulvarı ilə Moufle küçəsinin kəsişməsində baş verən silahlı atışmada Əhməd Merabat adlı polis yaralandı. Merabat ilk öncə öldürülməmişdi, yerə uzanmış vəziyyətdə sola-sağa qıvrılan halda videosu görüntüsü sonradan internetdə paylaşıldı. Həmin videoda maskalı silahlılardan birinin qaçaraq Əhməd Merabata tərəf gəldiyi və onun başının üstündə dayanadığını polisə fransızca Məni, öldürməkmi istədin? deyə bağırması görünür. Polis isə əlini başının üstündə dayanmış şəxsə uzadaraq Yox, şef hər şey qaydasındadır cavabını verir.[16] Silahlı şəxs tək əl atəş ilə polisi öldürür və silahlılar gəldikləri avtomobilə minərək hadisə yerindən uzaqlaşırlar.

Silahlılar hadisə yerindən uzaqlaşarkən bir polis maşının ön şüşəsini hədəf aldı və qarşıdan gələn bir qadını maşınla vuraraq sürətlə Charlie Hebdo qəzetinin yerləşdiyi küçədən uzaqlaşdılar.

Öldürülən jurnalist və karikaturistlər

[redaktə | mənbəni redaktə et]

Silahlılar tərəfindən öldürülən Charlie Hebdo redaksiyasının işçiləri arasında müxtəlif ölkələrdə doğulmuş, fərqli millətlərdən və inanclara mənsub insanlar vardı. Redaksiyanın mühafizəsinin təmin edən və silahlılar tərəfindən öldürülən Fransa Polis Təşkilatının iki əməkdaşından biri müsəlman bir ailəyə mənsub idi. Hadisə nəticəsində 12 nəfər öldürülüb, 11 nəfər isə yaralanmışdır. Öldürülənlər arasında Fransanın ən nüfuzlu karikaturistlərindən Jan Kabü, Stefan Şarbonye, Bernar VerlakJorj Volinski kimi simalarda var.

Öldürülən şəxslər

[redaktə | mənbəni redaktə et]
  • Fredrik Boiseu - Sodexo adlı alətin təmiri üçün redaksiyaya getmişdi, koridorda öldürüldü. (42 yaş)
  • Frank Brinsolaro - Stefan Şarbonyenin şəxsi mühafizəçisi..[17] (49 yaş)
  • Jan Kabü - fransız karikaturist. (76 yaş)
  • Elza Kayat - Psixoanalist və köşə yazarı. Hadisə nəticəsində öldürülən yeganə qadın. (54 yaş)
  • Stefan Şarbonye - Qəzetin baş redaktoru. (47 yaş)
  • Filip Honore - karikaturist. (74 yaş)
  • Əhməd Merabat - Polis məmuru. Silahlı şəxs tərəfindən yerdə yaralı vəziyyətdə uzandığı bir halda öldürülüb. (42 yaş)
  • Mustafa Ourrad - Redaktor, tezliklə Fransa vətəndaşlığı almağa hazırlaşırdı.
  • Maykl Renaud - Təşkilatçı, qonaq kimi iştirak edirdi. (69 yaş)
  • Bernar Verlak - fransız karikaturist. (57 yaş)
  • Jorj Volinski - fransız karikaturist[18][19][20][21]. (80 yaş)

Yaralanan şəxslər

[redaktə | mənbəni redaktə et]
  • Simon Fileşçi - vebmaster, çiynindən vuruldu. (31 yaş)
  • Fillip Lançon - jurnalist, sifətindən vuruldu və durumu ağırdır.
  • Fabrise Nikolino - jurnalist, ayağından yaralandı (59 yaş)
  • Laurent Sourisseau - karikaturist, çiynindən vuruldu (48 yaş)

Təşkilatçılar

[redaktə | mənbəni redaktə et]
Səid Kauşi

Hadisə üç nəfər üzü maskalı silahlı şəxs tərəfindən törədilib. Həmin şəxslərin şəxsiyyəti hadisə törədilən zaman müəyyənləşməsədə Fransa Polis Təşkilatı tərəfindən aparılan oparativ araşdırmalardan sonra silahlıların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Silahlı hücumun mərkəzində Şərif KuaşiSəid Kuaşi adlı iki qardaş dayanır. Gennevilliers adlı bölgədə yaşamaqda olan qardaşların Əlcəzair əsilli olduqları müəyyən edilib. Şərif Kuaşi, Fransadan İraqa silahlı terrorçu göndərməkdə ittiham edilərək 2008-ci ildə üç il müddətində azadlıqdan məhrum edilib.[22] Qardaşlardan əlavə hadisə yerində görünən və üçüncü silahlı şəxs kimi təqdim edilən gəncin isə 18 yaşı olduğu və baş verən hadisədə ki, əsas rolunun avtomobil qaçırmaq olduğu müəyyən edilib.[22]

Hadisədən dərhal sonra qara rəngli avtomobilə minərək hadisə yerindən uzaqlaşan Kuaşi qardaşların ilkin olaraq hansı istiqamətdə hərəkət etdiyi müəyyənləşdirilə bilmədi. 8 yanvar 9.30 civarında qardaşların Aisne bölgəsində görüldüyü müəyyən edildi. Silahlı qüvvələr və xüsusi təyinatlar əsas şübhəliləri axtarmaq üçün bölgəyə göndərildi. Növbəti gün Villers-Cotterets yaxınlığında yerləşən benzin doldurma məntəqəsinin 2 silahlı şəxs tərəfindən soyulması xəbəri yayıldı. Məntəqədə yerləşən dükkandan içki və ərzaq götürən silahlılar dərhal hadisə yerindən uzaqlaşdılar. Polis qardaşların Picardy bölgəsində olduğunu müəyyənləşdirmişdi. Xüsusi ilə qardaşların Villers-CotteretsLongpont şəhərçikləri arasında olan bölgədə olduqları ehtimal edilirdi.[23] Axtarış işləri Fransanın ən böyük meşələrindən biri olan Forêt de Retz ətrafında da davam etdirilməkdə idi.

Axtarışlar şüphəlilərin Dammartin-en-Goële bölgəsində mühasirəyə alınması ilə zəiflədildi. Kuaşi qardaşlar gizləndikləri fabrikdə polislə aralarında yaşanan silahlı atışmada öldürüldülər. Axtarış aparılan bölgələrdə yerləşən yollar bağlandı və 1 günlük komendant saatı elan edildi. Səhər dərsə gedən uşaqların isə axtarış-əməliyyatı başa çatmayana qədər məktəbdən çıxmasına və valideynlərinin gəlib onları götürməsinə icazə verilmədi.

Hadisənin təşkilatçıları barədə dəqiq informasiya hələlik məlum deyil. Əsas məlum olan məlumatlar Səid Kuaşinin 2011-ci ildə Yəmənə getməsi və burada yerləşən Əl-Qaidə terror təşkilatının düşərgələrində silahla davaranma dərsləri aldığıdır. Daha sonra yenidən Fransaya qayıdan Səid Parisdə Əl-Qaidə ilə əlaqəsi olan insanlarla münasibətini saxlayıb. Qardaşların Əl-Qaidə ilə əlaqəli olmaqları səbəbindən hadisə sifarişçisinin Yəmən Əl-Qaidəsi olduğu ehtimal edilir. İŞİD tərəfindən yayımlanan bəyanatda isə hadisəni törədən Kauşi qardaşları qəhrəman olaraq adlandırılıblar.

Əlaqədar olaylar

[redaktə | mənbəni redaktə et]

Montrouge hücumu - 8 yanvar tarixində Amedy Kolibali adlı şəxs Parisin cənubunda yerləşən Montrouge bələdiyyəsinin işçisi Clarissa Jean-Philippe adlı qadın polisi silahla vuraraq öldürdü. Adı müəyyənləşməyən bir şəxs isə ağır formada yaralandı. Fransa mətbuatı Kolibalinin Charlie Hebdo qəzetinin redaksiyasına hücum edən Kuaşi qardaşlarla koordinasiyalı şəkildə fəaliyyət göstərdiklərini iddia edirdilər. Fransız bir jurnalist isə etdiyi açıqlamada Amedy Kolibalinin hadisəni törətməmişdən əvvəl ona zəng etdiyini və Kuaşi qardaşlarını dəstəklədiyini dediyini bildirmişdir. Başqa bir şahid isə ifadəsində Amedy Kolibali və Kuaşi qardaşların dost olduğunu və hər üç şəxsin Buttes Choumont adlı qrupun üzvü olduqlarını iddia etmişdir.[24]

Porte de Vincennes girov olayı - 9 yanvar günü Kolibali olduğu təxmin edilən silahlı bir şəxs Parisin şərqində yerləşən Porte de Vincennes səmtindəki etnik yəhudilərə məxsus super marketə daxil olaraq, mağazının içində olan şəxsləri girov götürdü.[25][26] Fransa Polis Təşkilatı girovların azad edilməsi üçün xüsusi əməliyyat hazırladı. Kolibali Kuaşi qardaşların təqib edilməməsini tələb edirdi, əks halda əlində olan 20 nəfərə yaxın girovu öldürəcəyi ilə hədələməkdə idi. Tərəflər arasında baş verən atışmada Kolibali 4 nəfər girovu öldürdü, özü isə dükkandan çıxmağa çalışarkən polislər tərəfindən öldürüldü. Əməliyyat nəticəsində 15 nəfər xilas edildi, Kolibalidə daxil olmaqla 5 nəfər öldürüldü.[27][28] Porte de Vincennes girov olayında Kolibaliyə kömək edən Hayat Boumeddiene adlı qadının, Kolibalinin həyat yoldaşı olduğu ehtimal edilir. Qadın dükkana polis tərəfindən edilən basqın zamanı oradan qaçmağı bacarmışdır.

Dəstək mitinqləri

[redaktə | mənbəni redaktə et]

Charlie Hebdo qəzetinə edilən silahlı hücum Fransa başda olmaqla bütün Avropa ölkələrində şok effekti yaratdı. Hadisə günün axşamı 35 min nəfərə yaxın Parisli mərkəzi Place de la République meydanına gələrək öz dəstəklərini ifadə etdilər. Tuluza, Nis, Lyon, MarselRen kimi böyük şəhərlərdə də əsasən hadisənin səhərisi günü dəstək mitinqləri təşkil edildi.[29] Fransa prezidenti Fransua Olland 8 yanvar tarixini ümummilli matəm günü elan etdi.[30] Sosial media üzərindən Je Suis Charlie (azərb. Mən Şarliyəm‎) adlı kompaniya başladıldı. Mitinq yerlərinə əllərində Je Suis Charlie yazılmış pankartlar tutan dəstəkçilər, twitter mikro-bloqu üzərindən başladıqları #jesuischarlie haştaqı ilə böyük dəstək topladılar. Fransa mətbuatı isə yaşanmış olayı təkcə Charlie Hebdoya qarşı işlənmiş bir cinayət kimi yox Fransa xalqının mənəviyyatına və demokratik dəyərlərinə qarşı işlənmiş bir cinayət kimi dəyərləndirdi. Bu səbəbdən əsas qəzetlər 8 yanvar saylarında 'Je Suis Charlie sloqanı ilə yanaşı Fransa mətbuatı sui-qəsdə məruz qaldı başlığından da istifadə etdilər.

Hadisədən sonra Paris şəhərində 35.000, LyonRen şəhərlərində 15.000, TuluzaNis şəhərlərində isə 10.000 nəfərin iştirakı ilə dəstək mitinqləri keçirildi. Fransanın bütün departamentlərində təşkil edilən dəstək mitinqlərində ümumən 100.000 dən çox şəxs iştirak etdi. Dəstək mitinqləri təkcə Fransa daxilində yox eyni zamanda Avropanın və Şimali Amerikanın bir necə şəhərində də keçirildi. Amsterdam, London, Barselona, Madrid, Berlin, KopenhagenVaşinqton kimi şəhərlərdə nümayişçilər dəstək mitinqləri təşkil etdilər. İştirakçılar əllərində hadisə nəticəsində öldürülmüş şəxslərin şəkilləri, şamlar və Je Suis Charlie şuarı ilə bir necə saat öz dəstəklərini ifadə etdilər. Monreal şəhərində isə −21 °C dərəcə soyuğun olmasına baxmayaraq, 1.000 civarında şəxs Fransa konsulluğunun qarşısında Azadlıq !Chalie ! şüuarları ilə toplandı.

Beynəlxalq münasibət

[redaktə | mənbəni redaktə et]

10 yanvar, 2015-ci il tarixinə olan məlumata əsasən Charlie Hebdo redaksiyasına edilən 12 nəfərin ölümü, 11 nəfərin isə yaralanması ilə nəticələnən terror hadisəsi ilə bağlı 70-dən çox dövlətin hökumət başçıları və 5 beynəlxalq təşkilatın rəhbəri Fransa hökumətinə başsağlığı teleqramı göndərib.

Azərbaycan Azərbaycan - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransalı həmkarı Fransua Ollanda baş vermiş terror aktı ilə bağlı başsağlı verib və yaşanmış hadisəni qınayıb. Göndərilən məktubda deyilir: Hörmətli cənab Prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti. Bakı, 7 yanvar 2015-ci il.[31]

ABŞ ABŞ - Ağ evdən edilən açıqlama ilə baş vermiş silahlı instident pisləndi. Barak Obamanın yaydığı bəyanatda deyilir: Fransa ABŞ-nin ən qədim mütəffiqlərindən biridir və biz dünyamızı təhdid edən terror olaylarına qarşı hər zaman çiyin-çiyinə mübarizə aparmışıq. Zaman bizim birlikdə bizim üçün bəşəri xarakter daşıyan dəyərlərin qorunması və müdafiə olunmasıdır. Fransanın mərkəzi Paris kimi böyük bir şəhərdə belə bir dəhşətli olayın yaşanması qatillərin simasını bir daha ortaya qoyur.[32]

Avstraliya Avstraliya - Avstraliyanın Baş Naziri Toni Abot yaydığı bəyanatda deyilir: Hökümətimiz Paris şəhərində yaşanan dəhşətli olayı qınayır. Bütün Avstraliyalıların düşüncələri bu gecə bu hadisədən həyatlarının itirmiş cəsur insanların ailələrinin yanındadır. Söz azadlığı cəmiyyət üçün əvəz olunmaz bir təməl daşıdır.[33]

  1. "Paris Charlie Hebdo attack - telegraph.co.uk". 2015-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  2. "12 dead in 'terrorist' attack at Paris paper news.yahoo.com". 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  3. "Four Victims of Charlie Hebdo Attack Identified - newsweek.com". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  4. "Charlie Hebdo attack: Thousands join vigils in Paris, London, Berlin and around the world - independent.co.uk/". 2015-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  5. "Charlie Hebdo: Major manhunt for Paris gunmen - bbc.com". 2015-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  6. "Gunmen attack Paris magazine Charlie Hebdo's offices killing at least twelve - theguardian.com". 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  7. "Charlie Hebdo attack: Man turns himself in, agency reports - Cnn.com". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  8. "Les deux hommes criaient «Allah akbar» en tirant - lessentiel.lu". 2015-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  9. "As it happened: Charlie Hebdo attack This page automatically updates -bbc.com". 2015-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  10. "Charlie Hebdo Mohammed Cartoons: France Ups Embassy Security After Prophet Cartoons - .huffingtonpost.com". 2015-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  11. "Magazine's nude Mohammad cartoons prompt France to shut embassies, schools in 20 countries http://news.nationalpost.com". 2013-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  12. "Charlie Hebdo shooting: 12 people killed, 11 injured, in attack on Paris offices of satirical newspaper abc.net.au". 2015-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
  13. "Charlie Hebdo : Le témoignage de la dessinatrice Coco - humanite.fr". 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
  14. "Charlie Hebdo attacks: 'It's carnage, a bloodbath. Everyone is dead' - theguardian.com". 2015-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
  15. "Youngest Suspect in Charlie Hebdo Attack Turns Himself In, 2 Others Sought - http://abcnews.go.com/". 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
  16. "Attentat à Charlie Hebdo : le scénario de la tuerie - lci.tf1.fr". 2015-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
  17. "Attentat de Charlie Hebdo, l'un des policiers tués demeurait en Normandie - tendanceouest.com". 2018-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  18. "Jewish cartoonist Georges Wolinski among the dead in Paris terrorist attack". 2015-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  19. "Jewish cartoonist among victims of Paris terror attack - ynetnews.com". 2017-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  20. "Fearless: Murdered French cartoonists welcomed controversy - foxnews.com". 2015-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  21. "Jewish cartoonist Georges Wolinski among 12 dead in Paris shooting". 2015-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  22. 1 2 "Two Brothers Suspected in Killings Were Known to French Intelligence Services - nytimes.com". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  23. "Buttes Chaumont' network behind Paris attacks - channel4.com". 2015-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  24. "'Buttes Chaumont' network behind Paris attacks - channel4.com". 2015-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  25. "Paris shooting updates / French PM acknowledges 'failings' in preventing attack - haaretz.com". 2015-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
  26. "Porte de Vincennes : Coulibaly a demandé à ses proches d'attaquer des commissariats - midilibre.fr". 2015-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
  27. "Amedy Coulibaly Dead: 5 Fast Facts You Need to Know - http://heavy.com/". 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
  28. "Paris hostage situation ends with gunman dead - cbsnews.com". 2015-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
  29. ""Je suis Charlie": Hitzige Debatten auf Twitter - dailymail.co.uk". 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  30. "Je suis Charlie! The cry of defiance: Vast crowds rally across the world to condemn the gun massacre as Francoise Hollande declares tomorrow a day of mourning - dailymail.co.uk". 2015-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
  31. "Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda - president.az". 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  32. "World Expresses Shock at Attack on Charlie Hebdo Newspaper - abcnews.go.com". 2015-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-27.
  33. "Charlie Hebdo shooting: Tony Abbott condemns 'barbaric' Paris terrorist attack - smh.com.au". 2015-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-27.