Ciddi olmağın əhəmiyyəti (komediya)

Ciddi olmağın əhəmiyyəti və ya Ciddi olmaq nə qədər vacibdir (ing. The Importance of Being Earnest) — Oskar Vayldın komediyasıdır. Komediyanın adı kalamburdan ibarətdir. İngilis dilində "ciddi" mənasını verən Earnest sözü Ernest adı ilə eyni səslənir. Bu ad pyesdə iki obrazı təmsil edir. Onların heç bir ciddi insan deyillər[1].

Ciddi olmağın əhəmiyyəti

Yazılışı və sonrakı taleyi[redaktə | mənbəni redaktə et]

Əsər Vayldın 1890-cı illərin birinci yarısında "aşağı təbəqənin zövqləri naminə" yazdığı "yüksək təbəqə komediyaları" qrupuna aiddir"[2]. Əsərdəki hadisələr və personajlar dialoqun inkişafından əvvəl arxa plana keçirdi[3].

Tamaşanın əsas hadisəsi— iki eqoist, Cek Uorting və Alcernon Monkrifin iki qızla izdivacından bəhs edir. Süjet fars və melodramatik elementlərlə doludur — məsələn, hər iki qəhrəman sevdiyi qıza özünü bəyəndirmək üçün Ernest adlı şəxs olduqlarını iddia edirlər, lakin ifşa edilirlər. Finalda Cek və Aljernonun qardaş olduğu ortaya çıxdı, üstəlik onlardan birinin adı həqiqətən də Ernest imiş.

İlk baxışda Vayld bu tamaşada heç bir ciddi məsələyə toxunmur, amma əslində ədəbsizlik və riyakarlıq mövzuları mühüm yer tutur. Həmçinin siyasi mövzulardan da çəkinmir[4]. K. Çukovski, "qıt həyatın poetik ifadəsi" ilə məşğul olan Sesili (Cekin şagirdi) obrazının əhəmiyyətini xüsusilə qeyd etmişdir[2].

Oyun 1894-cü ildə düşünülmüş və 14 fevral 1895-ci ildə Sent-Ceyms Teatrında (London) səhnəyə qoyulmuşdur.

Tamaşa az qalsın qalmaqalla başa çatacaqdı — Kuinsberri, Vayldın onun oğlu Alfredi yoldan çıxarmasından şübhələndiyindən tamaşanı pozmaq istəyir, amma dramaturq vaxtında polisi xəbərdar edir. Tamaşa tamaşaçılar və tənqidçilər tərəfindən hərarətlə qarşılandı.

Bernard Şou tamaşanı "son dərəcə gülməli", Herbert Uells "təzə", Uisten Oden "şifahi opera" adlandırdı. 1946-cı ildə Kral VI Georgi tərəfindən tamaşaya baxış, Vayldın həbsindən sonra əsəri üzərində uzun müddət qalan "rüsvayçılığa" son qoydu.

Mədəni təsiri[redaktə | mənbəni redaktə et]

Komediya Tom Stoppardın "Travesti" (1974) pyesinin əsasını təşkil etmişdir.

Müzikl[redaktə | mənbəni redaktə et]

"Ciddi olmağın əhəmiyyəti" komediyası əsasında bəstəkar Vladimir Baskin və librettoçu Yevgeni Muravyov "Evlilik sənəti" müziklini yazmışdılar. Dzerjinsk Dram Teatrında (2016), Sverdlovsk Musiqili Komediya Teatrında (2017), A. Raykin ad. Sankt-Peterburq Estrada Teatrında (2017) səhnələşdirilmişdir.

Ekranlaşdırılması[redaktə | mənbəni redaktə et]

Komediya dəfələrlə ekranlaşdırılmışdır, ən məşhurları:

  • "Ciddi olmağın əhəmiyyəti" (1952), Antoni Asquitin çəkdiyi britaniya filmi. Venesiya Film Festivalı (1952) mükafatı almışdır.
  • "Ciddi olmağın əhəmiyyəti" (1976), Sovet filmi — tamaşa.
  • "Ciddi olmağın əhəmiyyəti" (2002), Oliver Parkerin çəkdiyi britaniya filmi. (rollarda: Kolin Fört, Rupert Everett)

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]