VI Corc (ing. George VI, əsl adı Albert Frederik Artur Georq, 14 dekabr 1895[1][2][…], Norfolk qraflığı – 6 fevral 1952[1][2][…], Sandrinqem sarayı[d], Norfolk qraflığı) — Böyük Britaniyanın və onun dominionları olan Kanada, Avstraliya və Cənubi Afrikanın 11 dekabr 1936-cı ildən vəfatına qədər kralı. Vindzorlar sülaləsindəndir.
VI Corc | |
---|---|
ing. George VI | |
| |
11 dekabr 1936 – 29 dekabr 1937 | |
Əvvəlki | VIII Eduard |
Böyük Britaniya monarxı[d] | |
11 dekabr 1936 – 6 fevral 1952 | |
Əvvəlki | VIII Eduard |
Sonrakı | II Elizabet |
3 iyun 1920 – 11 dekabr 1936 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Prince Albert Frederick Arthur George of York |
Doğum tarixi | 14 dekabr 1895[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 fevral 1952[1][2][…] (56 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər xərçəngi |
Təhsili |
|
Atası | V Georq[3] |
Anası | Mariya Tek[3] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Hərbi xidmət | |
Qoşun növü | Krallıq donanması, Kral Hərbi Hava Qüvvələri, Britaniya Ordusu[d] |
Rütbəsi | Ali Baş Komandan |
Döyüşlər | |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
O Hindistanın sonuncu imperatoru (22 iyun 1948-ci ilədək), İrlandiyanın sonuncu kralı (18 aprel 1949-cu ilədək) və Millətlər Birliyinin birinci sədri olmuşdur.
Kral V Corcun ikinci oğlu kimi o həmişə böyük qardaşı Eduardın kölgəsində olmuş və taxt-taca sahib olmağı heç düşünməmişdir. Birinci dünya müharibəsində kral hərbi donanmasında xidmət etmiş, müharibədən sonra isə kral evinin ictimai fəaliyyətlərində iştirak etmişdir.
1923-cü ildə o Elizabet Bouz-Layonla evlənmiş, bu evlilikdən iki qızı dünyaya gəlmişdir – gələcək kraliça Elizabet və şahzadə Marqaret.
1936-cı ildə atası V Corcun vəfatından sonra böyük qardaşı Uels şahzadəsi Devid VIII Eduard adı ilə yeni varis elan edildi. Bir il keçməmiş o amerikalı və iki dəfə ərdə olmuş Uollis Simpsonla ailə həyatı qurmaq istədiyini bildirdi. Lakin, baş nazir Stenli Bolduin buna etiraz edərək, kralın Anqlikan kilsəsinin başçısı olduğu üçün boşanmış qadınla evlənə bilməyəcəyini xatırlatdı. Bu halda Britaniya monarxiyasının böhranı başlaya bilərdi. Bu halda o, ya bu izdivacdan əl çəkməli, ya da krallıqdan imtina etməli idi. Eduard taxt-tacdan imtina etmək qərarına gəlir və kiçik qardaşı Corc VI Corc adı ilə kral elan edilir. Bununla da o, Vindzorlar sülaləsinin taxtda əyləşən üçüncü nümayəndəsi olur.
Onun kral elan edilməsindən 24 saat sonra İrlandiya parlamenti xarici əlaqələr haqqında qanun qəbul etdi. Bu qanuna görə İrlandiya Azad Dövlətində kralın rolu əsaslı şəkildə azaldılırdı. Bundan başqa, Böyük Britaniyanın faşist Almaniyası ilə müharibə vəziyyətində olması, İtaliya və Yaponiya ilə müharibə etməsi də monarxiyanın vəziyyətini xeyli çətinləşdirirdi. Böyük Britaniya və onun müttəfiqlərinin İkinci dünya müharibəsində qələbəsinə baxmayaraq, ölkənin dünya proseslərinə təsiri xeyli azalmışdı. 1947-ci ildə Hindistan və Pakistanın müstəqillik qazanması və 1949-cu ildə İrlandiyanın respublika elan edilməsi ingilis imperiyasının dağılmasını sürətləndirdi və Millətlər Birliyi adlı yeni təsir formatı yaradıldı.
İkinci dünya müharibəsinin gərginliyi VI Corcun sağlamlığına ciddi təsir edir.[5] Həmçinin, ağır tütün növlərindən istifadə etməsi onda bir sıra xəstəliklərin, o cümlədən ağciyər xərçənginin yaranmasına səbəb olur. Qızı, vəliəhd Elizabet tez-tez onu monarx kimi əvəz etməli olur. Avstraliya və Yeni Zellandiyaya nəzərdə tutulan səfər onun 1949-cu ilin martında sağ ayağında aparılan cərrahi əməliyyata görə təxirə salınır.[6]
Kralın və kraliçanın təxirə salınmış səfərinin yerinə şahzadə Elizabet və onun həyat yoldaşı hersoq Filipin səfəri təşkil edilir. 1951-ci ilin mayında kral yaxşı əhvali-ruhiyyə ilə Böyük Britaniya Festivalını açır, ancaq 23 sentyabr 1951-ci ildə onun ağciyərindən bədxassəli şiş götürülür.[7] Noyabr ayında parlamentin ilk iclasında kralın yerinə təbrik məktubunu lord-kansler Gevin Simonds təqdim edir.[8] 31 yanvar 1952-ci ildə yaxınlarının etirazına baxmayaraq o, qızı Elizabeti Keniyaya yola salmaq üçün hava limanına gəlir. 6 fevralda VI Corc Norfolkdakı evində 56 yaşında ürək damarında trombdan yuxuda ikən keçinir.[9] Şahzadə Elizabet Keniyadan Böyük Britaniyaya kraliça II Elizabet kimi qayıdır.
O, 15 fevralda Vestminster-Hollda, tanınmış dövlət xadimlərinin dəfn edildiyi kilsə qəbiristanlığında dəfn edilmişdir.[10] 2002-ci ildə vəfat etmiş həyat yoldaşı ana-kraliça Elizabet Bouz-Layon və qızı Marqaret onunla yanaşı dəfn edilmişlər.
VI Corc indiyədək ölkəsində hörmətlə yad edilir. Onun heykəli qoyulmuş və bir çox filmlərdə obrazı yaradılmışdır.