Ciliophora

İnfuzorlar ya kirpiklilər (lat. Ciliophora) — İbtidailərin Alveolata tipüstünə aid olan tipdir.

İnfuzorlar
Elmi təsnifat
Yarımaləm:
İnfraaləm:
Tipüstü:
???:
İnfuzorlar
Beynəlxalq elmi adı

Tipin xarakterik əlaməti

[redaktə | mənbəni redaktə et]

Hərəkət orqanoidi olan kirpik aparatının mövcudluğudur. İnfuzorların ikinci mühüm əlaməti – onların bədənində keyfiyyətcə müxtəlif ən azı iki nüvənin olmasıdır. Bunlardan biri – iri vegetativ nüvə olan makronukleus, ikincisi isə ondan xeyli kiçik olan mikronukleusdur. İnfuzorların böyük əksəriyyəti kirpiklərə (Ciliata), xeyli kiçik qrupu isə soruculara (Suctoria) aiddir. Sorucu infuzorlar ancaq müəyyən həyat mərhələlərində kirpiklərlə təchiz olunurlar, qalan vaxtlar isə hərəkət orqanoidindən məhrum olurlar.[3]

İnfuzorlar – birhüceyrəli orqanizmlər yarımaləmində ən böyük tipdir (8000-dən artıq növü var). Onlar Yer kürəsində geniş yayılaraq həm su, həm də quru ekosistemlərinin tərkibinə daxildirlər. Hazırda infuzorlar 20-dən artıq dəstədə, 160-dan çox fəsilədə birləşirlər. Hazırda Azərbaycanda (Xəzər dənizi də daxil olmaqla) 18 dəstəyə aid olan 800 növ infuzor məlumdur. Onlardan 469-u Xəzər dənizində, 300-ü şirinsu hövzələrində, 32-si Azərbaycan torpaqlarında yaşayır. Parazit formalarının ümumi sayı 101-ə çatır. Xəzər dənizində 15 dəstənin nümayəndələri tapılmışdır: Karyorelictida, Prostomatida, Haptorida, Pleurostomatida, Trichostomatida, Colpodida, Synhymeniida, Nassulida, Cyrtophorida, Hymenostomatida, Scuticociliatida, Perurichida, Heterotrichida, Oligotrichida, Hypotrichida.

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İnfuzorlarda sitoplazma həmişə aydın şəkildə iki qata ayrılır – xarici (ektoplazma və ya korteks) və daxili (ektoplazma). Ektoplazmanın xarici qatı möhkəm elastik pellikula əmələ gətirir. Elektron mikroskopiyası göstərir ki, pellikula xarici ikiqat membrandan, daxili ikiqat membrandan və onların arasındakı boşluqdan ibarətdir. Xaricdən infuzorların bədəni kirpikciklərlə örtülüdür ki, bunlar da öz başlanğıcını ektoplazmada kinetosomlardan (bazal cisimciklərdən) götürür. Kirpikciklərin sayı çox böyük ola bilər (tərlikdə 10–15 min). Kirpikciklərin ultrastrukturu qamçılarla tamamilə eynidir (Kirpikciyin mərkəzində 9 fibril yerləşir, 9 cüt fibril isə periferiyadan keçir). Bəzi infuzorların ektoplazmasında yığıcı liflər – mionemlər vardır. Bunun sayəsində bəzi növlər (Stentor, Spirostomum, və b.) kəskin yığılma qabiliyyətinə malikdir. Bir çox infuzorlarda ektoplazmada xüsusi müdafiə aparatı – trixosistalar vardır. Bunlar bədən səthinə şaquli yerləşmiş qısa çöpcükdən ibarətdir. Heyvanın qıcıqlandırılması zamanı trixosistalar açılaraq, ova güclü iflicedici təsir göstərən uzun bərk sapa çevrilir. Qidanı bütün bədən səthi ilə qəbul edən bəzi endoparazit formalardan başqa, bütün infuzorların ağız dəliyi vardır. İnfuzorların böyük əksəriyyətində ekto və endoplazma arasındakı sərhəddə yığılıb-açılan vakuollar vardır. Ən sadə hallarda o, amöblərdə və qamçılılarda müşahidə edilən mütəmadi döyünən qovuq şəklində olur. Ancaq bir çox infuzorlarda yığılıb-açılan vakuolların quruluşu mürəkkəbləşir. Məsələn, infuzor tərlikdə o, mərkəzi rezervuardan və tac şəklində yerləşmiş 5–7 gətirici kanaldan ibarətdir. Onların əsas funksiyası – osmotik tənzimləmədir. İnfuzorların endoplazmasında nüvə aparatı yerləşir. İri makronusleus xromatinlə xromatinlə zəngindir və müxtəlif formalarda, əsasən kürəşəkilli, yumurtaşəkilli, bəzən lentşəkilli və təsbehşəkilli olur. Bəzi infuzorlarda makronukleus müxtəlif böyüklükdə ayrı-ayrı fraqmentlərə parçalanmışdır. Makronukleusda DNT- nin miqdarı mikronukleusdakından onlarla, çox vaxt isə yüzlərlə və minlərlə dəfə artıq olur. Bu, əksər infuzorlar üçün səciyyəvidir. Bunun sayəsində vegetativ nüvə bütün və ya bir qisim xromosomlar üzrə yüksək poliploidliyə malik olur. Mikronukleus (bir və ya bir neçə ola bilər) kürə və ya yumurtaşəkilli formada olur. O, vegetativ funksiyaları yerinə yetirmir. Onda transkripsiya (RNT-nin sintezi) baş vermir, ancaq xromosomları ikiləşmə qabiliyyətinə (replasiya) malikdir ki, bu da hər bölünmə qabağı (meyozdan öncə) olur. Mikronukleus, bir növ nəsildən nəslə ötürülən irsi informasiyanın deposudur. Infuzorlar üçün eninə bölünmə yolu ilə baş verən qeyri-cinsi çoxalma səciyyəvidir. Çox zaman bu, sərbəst hərəkət vəziyyətində baş verir. Qeyri-cinsi çoxalma bir-birinin ardınca dəfələrlə təkrar olunur. Ancaq zaman-zaman infuzorların həyat tsiklində konyuqasiya xarakterli cinsi proses də baş verir. Konyuqasiyadan başqa, infuzorlarda nüvə aparatının yenidən qurulmasının bir forması da avtoqamiyadır. Avtoqamiya Paramecium aurelia-da tez-tez müşahidə edilir. Konyuqasiyadan fərqli olaraq avtoqamiya zamanı iki fərdin müvəqqəti birləşməsi baş vermir, bütün proseslər bir fərddə gedir. Bir çox xırda kirpikli infuzorlar (Colpoda, Colpodium, və b.) torpaqda həm fəal, həm də sista vəziyyətində yaşayırlar.[4]

Təsnifatı 2 yarımtipə (Postciliodesmatophora Gerassimova, Seravin, 1976 və İntramacronucleata Lynn, 1996) ayrılır. Postciliodesmatophora yarımtipi 2 sinfə (Karyorelictea Corliss, 1974 və Heterotrichea Stein, 1859) və 5 dəstəyə bölünür.

  • I. Yarımtip: Postciliodesmatophora Gerassimova, Seravin, 1976
    • 1. Sinif: Karyorelictea Corliss, 1974
      • Dəstə: Protostomatida Small, Lynn, 1985
      • Dəstə: Loxodida Jankowski, 1978
      • Dəstə. Protoheterotrichida Nouzarede, 1977
    • 2. Sinif: Heterotrichea Stein, 1859
      • Dəstə: Heterotrichida Stein, 1859
      • Dəstə: Licnophorida Corliss, 1957
  • II. Yarımtip: Intramacronucleata Lynn, 1996
    • 1. Sinif: Spirotrichea Butschli, 1889
    • 1. Yarımsinif: Protocruziidia Puytorac et al., 1984
      • Dəstə: Protocruziida Jankowski in Small, Lynn, 1985
      • Dəstə: Hypotrichia Stein, 1859
      • Dəstə: Kiitrichida Nozawa, 1941
      • Dəstə: Euplotida Small, Lynn, 1985
    • 2. Yarımsinif: Choreotrichia Small, Lynn, 1985
      • Dəstə: Tintinnida Kofoid, Champbell, 1929
      • Dəstə: Choreotrichida Small, Lynn, 1985
    • 3. Yarımsinif: Stichotrichia Small, Lynn, 1985
      • Dəstə: Plagiotimida Albaret, 1974
      • Dəstə: Stichotrichida Faure-Fremiet, 1961
      • Dəstə: Urostylida Jankowski, 1979
      • Dəstə: Sporadotrichida Faure-Fremiet, 1961
    • 3. Yarımsinif: Oligotrichia Butschli, 1887
      • Dəstə: Halteriida Petz, Foissner, 1992 dəstəsi
      • Dəstə: Strombidiida Petz, Foisner, 1992 dəstəsi
    • 4. Yarımsinif: Phacadiniidia Small, Lynn in Shin et al., 2000
      • Dəstə: Phacadiniida Small, Lynn, 1985
    • 2. Sinif: Litostomatea Small, Lynn, 1981
    • 1. Yarımsinif: Haptoria Corliss, 1974
      • Dəstə: Haptoria Corliss, 1974
      • Dəstə: Pleurostomatida Schewiakoff, 1896
      • Dəstə: Cyclotrichida Jankowski,1980
    • 2. Yarımsinif: Trichostomatia Butschli, 1889
      • Dəstə: Vestibuliferida Puytorac et al., 1974
      • Dəstə: Entodiniomorphida Reichenow in Doflein & Reichenow, 1929
    • 3. Sinif: Armophoridae Jankowski, 1964
      • Dəstə: Armophorida Jankowski, 1964
      • Dəstə: Clevelandellida Puytorac, Grain, 1976
      • Dəstə: Odontostomatida Sawaya,1940
    • 4. Sinif: Phyllopharyngea Puytorac et al., 1974
    • 1. Yarımsinif: Phyllopharyngia Puytorac et al., 1974
      • Dəstə: Chlamydodontida Deroux, 1976
      • Dəstə: Disteriida Deroux, 1976
    • 2. Yarımsinif: Rhynchodida Chatton, Lwoff, 1939
      • Dəstə: Hypocomatida Deroux, 1976
    • 3. Yarımsinif: Chonotrichia Wallengren, 1895
      • Dəstə: Exogemmida Jankowski, 1972
      • Dəstə: Cryptogemmida Jankowski, 1975
    • 4. Yarımsinif: Suctoria Claparede, Lachmann, 1858
      • Dəstə: Exogenida Collin, 1912
      • Dəstə: Endogenida Collin, 1912
      • Dəstə: Evaginogenida Jankowski, 1978
    • 5. Sinif: Nassophorea Small, Lynn, 1981
      • Dəstə: Synhymeniida Puytorac et al., 1974
      • Dəstə: Nassulida Jankowski, 1967
      • Dəstə: Microthoracida Jankowski, 1967
    • 6. Sinif: Colpodea Small, Lynn, 1981
      • Dəstə: Cyrtolophosidida Foissner, 1978
      • Dəstə: Bryometopida Foissner, 1978
      • Dəstə: Bryophryida Puytorac et al., 1979
      • Dəstə: Bursariomorphida Fernandez-Galiano, 1978
      • Dəstə: Colpodida Puytorac et al., 1974
      • Dəstə: Sorogenida Foissner, 1985
    • 7. Sinif: Prostomatea Schewiakoff, 1896
      • Dəstə: Protostomatida Schewiakoff, 1896
      • Dəstə: Protodontida Corliss, 1974
    • 8. Sinif: Plagiopylea Small, Lynn, 1985
      • Dəstə: Plagiopylda Small, Lynn, 1985 dəstəsi
    • 9. Sinif: Oligohymenophorea Puyrorac et al., 1974
    • 1. Yarımsinif: Peniculia Faure-Fremiet inCorliss, 1956
      • Dəstə: Peniculida Faure-Fremiet inCorliss, 1956
      • Dəstə: Urocentrida Puytorac et al., 1987
    • 2. Yarımsinif: Scuticociliatia Small,1967
      • Dəstə: Philasterida Small, 1967
      • Dəstə: Pleuronematida Faure-Fremiet in Corliss, 1956
      • Dəstə: Thigmotrichida Chatton, Lwoff, 1922
    • 3. Yarımsinif: Hymenostomatia Delage, Herouard, 1896
      • Dəstə: Hymenostomatida Delage, Herouard, 1896
    • 4. Yarımsinif: Apostomatia Chatton, Lwoff, 1928
      • Dəstə: Apostomatida Chatton, Lwoff, 1928
      • Dəstə: Astomatophorida Jankowski, 1966
      • Dəstə: Pilisuctorida Jankowski, 1966
    • 5. Yarımsinif: Peritrichia Stein, 1859
      • Dəstə: Sessilida Kahl, 1933
      • Dəstə: Mobilida Kahl, 1933
    • 6. Yarımsinif: Astomatia Schewiakoff, 1896
      • Dəstə: Astomatida Schewiakoff, 1896
  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Sarkodinlər

Heyvan qamçılıları

  1. Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521
  2. Doflein F. T. Die Protozoen als Parasiten und Krankheitserreger nach biologischen Gesichtspunkten dargestellt (alm.). Jena: 1901. S. 227. 300 s. doi:10.5962/BHL.TITLE.1043
  3. "Arxivlənmiş surət". 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-06.
  4. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.