Yena

Yena (alm. Jena[ˈjeːna]) — Almaniyanın Türingiya torpağında, Zal çayı sahilində Erfurtdan sonra ikinci böyük şəhər olan universitet şəhəri. Şəhərin əhalisi 110.321 nəfərdir. (2016).

Yena
Jena
Bayraq Gerb
Bayraq Gerb
50°55′38″ şm. e. 11°35′11″ ş. u.HGYO
Ölkə Almaniya Almaniya
Torpaq (Almaniya) Türingiya
Başçı Tomas Nitşe[1]
Tarixi və coğrafiyası
Sahəsi 114,29 km²
Mərkəzin hündürlüyü 143 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 110.791 nəf. (31 dekabr 2023)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 03641, 036425
Poçt indeksi 07751, 07743, 07745, 07747, 07749
Nəqliyyat kodu J
Digər
jena.de
Xəritəni göstər/gizlə
Yena xəritədə
Yena
Yena
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər 1558-ci ildə açılmış, hazırda 20 mindən çox tələbənin təhsil aldığı universiteti ilə məşhurdur. 1874-cü ildə dəmir yolunun inşası ilə Yena sənaye mərkəzi kimi inkişaf etdi. ADR dövründə burada optik-mexaniki sənayenin mərkəzi - təxminən 60 min nəfərin işlədiyi ən böyük müəssisə olan Carl Zeiss zavodu yerləşirdi. 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən sonra Yena sənaye şəhərindən elm və təhsil mərkəzinə çevrildi.

Yenada bir çox tədqiqat laboratoriyası və institutu var. Şəhərin öz planetarisi, rəsədxanası, botanika bağı və dəqiq mexanika, oftalmik optika və tibb sahəsində mütəxəssis hazırlayan bir məktəbi var. Yenanın göydələn JenTower, yeni federal əyalətlərdə ən yüksək ofis binaları arasında ikinci yeri tutur.

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]