Semyuel Ceyms (Cimmi) Rays (ing. Samuel James Ryce; d. 26 sentyabr 1985-ci il, Florida, Homsted - ö. 11 sentyabr 1995-ci il, Florida, Redlend) — ABŞ-nin Florida ştatındakı Redlend şəhərində Xuan Karlos Çaves tərəfindən qaçırılan, təcavüz edilən və öldürülən amerikalı uşaq. 12 fevral 2014-cü il çərşənbə günü Çaves Şimali Floridadakı Florida Dövlət Həbsxanasında edam edildi.[1]
Semyuel Ceyms Rays | |
---|---|
ing. Samuel James Ryce | |
Digər adı | Cimmi Rays |
Doğum tarixi | |
Doğum yeri | Florida, Homsted |
Vəfat tarixi | (9 yaşında) |
Vəfat yeri | Florida, Redlend |
Vəfat səbəbi | Cinayət qurbanı |
Vətəndaşlığı | ABŞ |
Anası | Klodin Dayan Rays |
Milliyyəti | amerikalı |
Çaves (16 mart 1967 - 12 fevral 2014) Raysın öldürülməsində ittiham edildi və sonda hər şeyi etiraf etdi. 11 sentyabr 1995-ci ildə 10 yaşından 15 gün əvvəl 9 yaşlı Rays məktəbdən avtobusa minirdi. O 10 sinif yoldaşı ilə birlikdə yola düşdü və evinə bir blok qalmış avtobusdan düşdü. Çavesin etirafına görə, o, pikap ilə Raysın yolunu kəsdi və silah gücü ilə onu avtomobilə əyləşməyə məcbur etdi. Çaves Raysı təcavüz etdiyi treylerinə apardı.
Təxminən dörd saat sonra Rays bir vertolyotun uçduğunu eşidəndə qapıya tərəf qaçdı və qapını açmağa çalışdı. Çaves Raysa atəş açdı və oğlan son nəfəsini verənə qədər onu tutub saxladı. Sonra Çaves onun başını kəsdi və parçaladı. Uşağın başı kəsilmiş və parçalanmış cəsədi üç ay sonra Çavesin treylerinin yanında tapıldı. Rays öldürüləndə doğum gününə sadəcə 15 gün qalmışdı.[2]
Çaves Scheinhaus ailəsi üçün çalışırdı. O, onların mülkiyyətində olan bir qoşquda yaşayırdı. Təxminən Raysın yoxa çıxdığı bir vaxtda Scheinhaus evindən cavahirat və tapança da daxil olmaqla bir neçə əşyanın itdiyini bildirdi. Scheinhaus ekstrasenslə məsləhətləşdikdən sonra Çavesdən şübhələndi, amma onun şübhələrini dəstəkləyəcək bir dəlil yox idi. Scheinhaus bir çilingərin köməkliyi ilə Çavesin qoşqusuna daxil oldu.
O, əl silahını və gənc Raysın kitab çantasını tapdı. 5 dekabr 1995-ci ildə tapdıqlarını Federal Təhqiqat Bürosuna bildirdi. Çaves bir gün sonra tapıldı və dindirilmək üçün götürüldü. Hüquqları barədə məlumat verildikdən və 55 saat davam edən sorğu-sualdan sonra Çaves Raysı oğurladığını, təcavüz etdiyini və öldürdüyünü açıqca etiraf etdi. Çaves həmçinin polisi parçalanmış və üç plastik plantatorda gizlədilmiş oğlanın cəsədinə apardı.
1998-ci ilin payızında Çaves adam oğurluğu, təcavüz və qətllərdə ittiham edildi. O, ölümə məhkum edildi. Florida Ali Məhkəməsi 21 noyabr 2002-ci ildə hökm çıxardı və hökmü təsdiqlədi.[3]
2 yanvar 2014-cü ildə Florida ştatının qubernatoru Rik Skott Çavezin ölüm əmrini imzaladı. 46 yaşlı Çavez 12 fevral 2014-cü ildə axşam saat 8:17-də 47 yaşına bir ay qalmış Starkdakı Florida Dövlət Həbsxanasında ölümcül inyeksiya ilə edam edildi.[4]