Ciqli mişarı

Cilyi mişarı

Cilyi mişarı (ing. Gigli saw ; alm. Gigli Säge‎) — florensiyalı ginekoloq Leonardo Cilyi (1863–1908) tərəfindən icad edilmiş[1] iki dəstəkli, yüksək keyfiyyətli, 400–500 mm uzunluğa və 0,5 mm qalınlıqlı paslanmayan polad trost məftil cərrahi mişar. Cərrahiyyədə ondan sümüklərin kəsilib yarılmasında xüsusən sternotomiya, amputasiya, trepanasiya zamanı istifadə edilir.

Son zamanlar texniki imkanların artması nəticəsində Cilyi mişarını elektrik cərrah mişarları əvəz etmişdir.

  1. Roche Lexikon Medizin, München 1998, səf. 634, ISBN 3-541-17134-0  (alm.)