Cit Kun Do

Citkundo

Citkundo və ya Cit Kun-Do (ing. Jeet Kune Do, Jeet Kun Do və ya Jeet Kuen Do) — döyüş sənətləri növüdür.

1967-ci ildə Brüs Li tərəfindən yaradılmışdır. "Jeet Kune" mənası yumruğu qabaqlamaq və ya kəskin surətdə zərbə və hücumu zərərsizləşdirmək; "Do" isə - yol mənasını verir. Vaxtı ilə İp Manın ona öyrətdiyi Vin Çun və həmçinin mükəmməl öyrəndiyi boksun əsasında yaratmışdır. O bura başqa idman növlərini də: aykido, dayto-ryu Ayki-ciucitsu, ciu-citsu, dzü-do, sambo, güləş, kunq-fu (müxtəlif stilləri), karate, taekvondo, muay tay, savat (fransız boksu), kendo, eskrime (silahli doyüş) və s. daxil edərək onlar arasındakı fərqlərə əsasən tətbiq etmişdir.

Citkundo bir sistem deyil. Bir döyüş texnikasi deyil. Konkret zərbələri, fəndləri yoxdur. Citkundo Brus Linin stili deyil, Citkundo Brus Linin fəlsəfəsidir. Məsələn, yaxın məsafədə Vin Çun, uzaq məsafədə isə savat istifadə edilir. Lakin citkundo heç bir limit qəbul etmir, istər yaxın məsafə, istərsə də uzaq məsafədə rəqibinə su kimi axır.