Clomium

Şeytanqanqalı (lat. Carduus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Şeytanqanqalı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bioloji təsviri

[redaktə | mənbəni redaktə et]

Cinsin nümayəndələrinin əksəriyyəti tikanlı ot bitkiləridir. Bir çox cəhətdən o, qanqala (Cirsium) bənzəyir, əsasən pappus hissəsi ilə fərqlənir, hansı ki, lələkvari tüklərdən deyil, kapilyarlardan ibarətdir və  gövdəsi adətən tikanlıdır; toxumları dördbucaqlı və ya bir qədər yastılaşmş, 5-10 və ya daha çox sinirli və ya sinirsiz.

Bəzi qanqal növləri ilə kəpənək sürfələri və tırtıllar qidalanır.

İqtisadi əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Demək olar ki, bütün qanqallar arılar üçün yaxşı bal bitkiləridir. Bəziləri dekorativdir, lakin eyni zamanda da alaq otlarıdır. Toxumları isə çox yağlıdır.

Simvolizmdə və heraldikada

[redaktə | mənbəni redaktə et]

Qanqal Şotlandiyanın simvoludur. Qanqal ordeni cəngavərlərinin emblemində yazılan devizi latın dilində Nemo me impune lacessit (“Heç kim mənə cəzasızlıqla toxunmayacaq”).

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Onopyxus Bubani

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Clavena DC.
  • Clomium Adans.
  • Orthocentron Cass.
  • Polycantha Hill
  • Pternix Hill