Co Baydenin prezidentliyi onun 20 yanvar 2021-ci ildəki andiçməsi ilə başlayıb.[1][2] Delaver ştatından olan və daha əvvəl Barak Obamanın prezidentliyi dövründə vitse-prezident kimi çalışan Demokrat Bayden o vaxt vəzifədə olan Respublikaçı prezident Donald Trampa 2020-ci il prezident seçkilərində qalib gələrək ABŞ-nin 46-cı prezidenti seçilmiş və bununla da Donald Trampın rekordunu təzələyərək ABŞ-nin ən yaşlı prezidenti olmuşdur. Baydenin vəzifəyə gəldiyi dövrdə ABŞ-də COVID-19 pandemiyası, iqtisadi böhran və siyasi qütbləşmə mövcud idi.[3]
ABŞ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |