Co Uayzberq - amerikalı serial ssenarist-rejissoru, roman yazıçısı və keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı və məktəb müəllimi.[2] Uayzberq əsasən FX kanalında yayımlanan Amerikalılar serialının ideya müəllifi və baş prodüseri kimi tanınır.
Co Uayzberq | |
---|---|
Joseph "Joe" Weisberg | |
Doğum tarixi | XX əsr[1] |
Doğum yeri | Çikaqo, ABŞ |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Culiya Rotvaks |
Atası | Bernard Uayzberq |
Anası | Lois Uayzberq |
Fəaliyyəti | Rejissor, Senarist |
Fəaliyyət illəri | 2011 - indiyədək |
Təhsili | Yel Universiteti |
Tanınma səbəbi | Amerikalılar |
Mükafatları | Emmi mükafatı |
IMDb | ID2913498 |
1987-ci ildə Yel Universitetini bitirən Uayzberq məzuniyyətdən üç il sonra MKİ zabiti olmuş[2] və İdarədəki qısa müddətli karyerasından sonra 2010-cu ildə televiziyada karyeraya başlayana qədər Nyu-Yorkun Kuins borosunda yerləşən özəl xüsusi məktəb olan Summit Schoolda dərs demişdir. Summit School-da son layihələrindən biri məktəb qəzeti olan The Summit Sun-ın qurulmasında şagirdlərə köməklik etmək olmuşdur.[3]
Uayzberq TNT-də yayımlanan yadplanetlilərin istilası mövzulu Enən səma və DirectTV-də yayımlanan hüquqi drama mövzulu Zərərlər üçün seriyalar yazmışdı. O daha sonra 1980-ci illərdə Vaşinqton K.M.-da özlərini ABŞ vətəndaşları kimi göstərən iki DTK agentindən bəhs edən FX serialı Amerikalıları yaratdı.[2] Amerikalıların rejissoru Uayzberq və Ədalətin yaradıcısı Qrem Yost olmuşdu.[4][5]
Uayzberq həmçinin "10th Grade" (10-cu sinif) və "An Ordinary Spy" (Sadə cəsus) adlı iki kitabın da müəllifidir.[6] "10th Grade" kitabı Believer kitab mükafatına nominasiya göstərilmişdi.[7]
Uayzberq Çikaqoda mülki hüquq müdafiəçisi Bernard Uayzberq və keçmiş Mədəniyyət İşləri Komissarı Lois Uayzberqin yəhudi ailəsində böyüyüb.[2][8] O, Slate Group-un baş redaktoru Yakob Ueysberqin kiçik qardaşıdır.[2] Uayzberq prezidentliyə namizəd Bill Klinton və Bill Bredlinin keçmiş mətbuat katibi Culiya Rotvaks ilə 2005-ci ildə evləndi.[2][9] Cütlüyün bir qızı var.[2]