Adi ilişgən (lat. Cobitis taenia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Öz fəsiləsinin ən kiçik balığıdır.
Adi ilişgən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Adi ilişgən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bədəni lentvari formanda olub, yanlardan sıxılmış formadadır. Burnunun ucunda və ağzının kənarlarında bığcıqlar vardır. Quyruq üzgəcləri çökəkdir. Uzunluqları 12 sm-dir. Burnu kəsikdir. Alt dodağı iki pərlidir. Rəngi açıq sarıdır. Böyürlərində 10–19 qonur rəngli xal vardır. Bu tip xallar quyruq və bel üzgəclərində olsa da, digər üzgəclərdə rast gəlinmir. Dişilər bir qayda olaraq erkəklərdən iri olur.
Adi ilişgən Şərqi Avropa, Sibir, Primorye, Saxalinin çaylarında, Amur hövzəsində yayılmışdır. Rusiyanın 60° ş. enliyinə qədərki ərazilərdə müşahidə edilir. Avropanın Böyük Britaniyadan başlayaraq Volqa və Kubana qədər olan ərazilərdə yayılmışdır.
Əsasən qumlu-gilli əraziləri üstün tuturlar. Əsasən torpaqda yaşayan kiçik heyvani qidalarla qidalanır. Kürüləri 1,9–3 mm diametrində olur. Əsasən balıq ovunda şikar kimi istifadə edilir. Qida kimi istifadə demək olar ki, edilmir. Onların akvarium şəraitində saxlanılması mümkündür.