Codhpur

Codhpur, Marvar — Hindistanın şimal qərbində, Racəstan ştatında şəhər.[1]

Şəhər
Codhpur
ing. Jodhpur
26°17′40″ şm. e. 73°01′40″ ş. u.HGYO
Ölkə  Hindistan
Tabesində Racəsthan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1459
Sahəsi 78.6 km2 km²
Mərkəzin hündürlüyü 231 m (758 ft)
Saat qurşağı UTCIST (UTC+5:30)
Əhalisi
Əhalisi 10,33,561 nəfər (2011)
Sıxlığı 13,000/km2 (34,000/sq mi)
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 291
Poçt indeksi 342001
Nəqliyyat kodu RJ 19
Digər
jodhpur.rajasthan.gov.in/content/raj/jodhpur/en/home.html
Xəritəni göstər/gizlə
Codhpur xəritədə
Codhpur
Codhpur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 959,6 min (2007). Marvar səhrasının kənarında yerləşmişdir. Nəqliyyat qovşağı.[1]

1459-cu ildə racputların Rathor sülaləsindən olan maharacə Rao Codha tərəfindən salınmışdır. Racəliyin paytaxtı idi. 1818-ci ildə Böyük Britaniyanın Hindistandakı mülklərinə qatıldı. Hindistan müstəqillik qazandıqdan sonra Racəsthan ştatının tərkibindədir (1949-cu ildən). Şəhərdəki təpənin zirvəsində qalın divarları və 7 darvazası olan 1459-cu ildə əsası qoyulmuş, 16–18-ci əsrlərdə tamamlanan Mehranqarh qalası yerləşir (Hindistanda ən böyük qalalardan biri). Daxilində maharacələrin sarayları (o cümlədən Moti-M hal, 1595–1619), zərif naxışlı memarlıq detalları və çoxlu heykəltaraşlıq bəzəkləri ilə seçilən, Çamunda – Mataci məbədi (15-ci əsr) saxlanılmışdır.[1]

Təpənin ətəyində, şəhərin düzən hissəsində təqribən 10 km uzunluğunda divarla (1532–73) əhatə olunmuş 16–19-cu əsrlərə aid məbədlər (divar rəsmləri, 18–20-ci əsrin əvvəlləri), naxışlarla bəzədilmiş yaşayış evləri, Codhpur hökmdarlarının mərmər kenotafı və memorialı (Casvand-Thada, 1899), Can-Mandi örtülü bazarı yerləşir. Möhtəşəm Umayd Bhavan sarayı (1929–44, memar Q.V. Lankaster; hazırda maharacənin iqamətgahı, mehmanxana və muzeydir) özündə hinduist memarlığı və ardeko üslubu element lərini birləşdirir. Codhpuru brahmanların evlərinin rənginə görə “mavi şəhər” adlandırırlar. Mərkəzi quraq zonanın ETİ (1959), universiteti (1962); toxuculuq, metal emalı, kimya-əczaçılıq sənayesi müəssisələri fəaliyyət göstərir. Bədii sənətkarlıq inkişaf etmişdir. Codhpurun şimal qurtaracağında qala, məbəd xarabalıqları, qədim Mandora şəhərinin bağları var. Codhpur yaxınlığındakı qədim Osian şəhərində 8–11-ci əsrlərə aid məbədlərin qalıqları saxlanılır.[1]

  1. 1 2 3 4 Codhpur// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 372-373.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]