Suilanıkimilər (lat. Colubridae) — pulcuqlular dəstəsinə aid ilan fəsiləsi.
Suilanıkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Suilanıkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bədəninin uzunluğu 3,5 m-dək olur. Çənə, qanadvarı və damaq sümükləri üzərində çoxlu dişi var. Bəzilərinin dişləri zəhərli olur. Rəngi çox vaxt əlvandır. 1500 növü əhatə edən 300-dək cinsi məlumdur. Azərbaycanda 18 növü var.
Bütün materiklərdə (Antarktidadan başqa) yayılmışdır. Yerdə, ağacda, suda-quruda və suda yaşayır. Bəzi növləri insanı dişlədikdə ölümlə nəticələnir. İri suilanları balıq, kərtənkələ, quş və onun yumurtaları, xırda suilanları isə müxtəlif onurğasızlarla, o cümlədən molyusk və soxulcanla qidadanır. Əsasən, yumurtaqoymaqla, bəzən də yumurta diridoğmaqla çoxalır.