Con Camper

Con Camper (ing. John M. Jumper; 1985[1], Litl-Rok[1]) — Amerikalı kimyaçı və kompüter alimi. Hal-hazırda DeepMind Technologies-də direktor vəzifəsində çalışır. Camper və onun həmkarları yüksək dəqiqliklə amin turşusu ardıcıllığından protein strukturlarını proqnozlaşdırmaq üçün süni intellekt (AI) modeli olan AlphaFold yaratmışlar. O bildirib ki, AlphaFold komandası 100 milyon protein strukturu istehsal etməyi planlaşdırır. Nature elmi jurnalı Camperi 2021-ci ildə Nature's 10-un illik siyahısına elmdə "önəmi olan on insan"dan biri kimi daxil etmişdir. Camper zülal strukturlarına dair proqnozlarına görə 2024-cü il Kimya üzrə Nobel Mükafatına layiq görülmüşdür.[4]

Con Camper
ing. John Michael Jumper
Doğum tarixi 1985[1]
Doğum yeri
İş yeri
Təhsili
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Camper 2007-ci ildə Vanderbilt Universitetində fizika və riyaziyyat üzrə bakalavr dərəcəsi, 2010-cu ildə Kembric Universitetində nəzəri qatılaşdırılmış maddə fizikası üzrə fəlsəfə magistri, və nəzəri kimya üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 2017-ci ildə Çikaqo Universitetində onun doktorluq məsləhətçiləri Tobin R Sosnick və Karl Freed olmuşdur.[5] (Demis Hassabis və Devid Bayker ilə birgə)

Mükafatlar və fəxri fərmanlar

[redaktə | mənbəni redaktə et]
  • 2020-ci ilin noyabr ayında AlphaFold Struktur Proqnozunun Kritik Qiymətləndirilməsi (CASP) müsabiqəsinin qalibi seçildi. Bu beynəlxalq yarışma alqoritmləri müqayisə edir ki, hansının zülalların strukturunu ən yaxşı proqnozlaşdıra bilsin. AlphaFold digər alqoritmləri geridə qoyaraq, zülalların strukturunu dəqiq proqnozlaşdıran ilk maşın öyrənmə alqoritmi oldu.
  • 2024-cü ildə Jumper David Baker və Demis Hassabis ilə birlikdə kimya üzrə Nobel mükafatına layiq görüldü.[6][7].


  1. 1 2 3 4 https://www.nobelprize.org/prizes/chemistry/2024/press-release/.
  2. 1 2 https://deepmind.google/discover/blog/demis-hassabis-john-jumper-awarded-nobel-prize-in-chemistry/.
  3. 1 2 (unspecified title). doi:10.6082/M1BZ647N
  4. Browne, Grace. "DeepMind's AI has finally shown how useful it can be". wired.com. 2021. İstifadə tarixi: December 24, 2021.
  5. Jumper, John Michael. New methods using rigorous machine learning for coarse-grained protein folding and dynamics. chicago.edu (Tezis). University of Chicago. 2017. doi:10.6082/M1BZ647N. OCLC 1237239279. ProQuest 1883866286.
  6. "The Nobel Prize in Chemistry 2024". Nobel Media AB. 9 October 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2024.
  7. "Press release: The Nobel Prize in Chemistry 2024". NobelPrize.org (ingilis). October 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2024.