Vanderbilt Universiteti — ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində özəl tədqiqat universiteti.
Vanderbilt Universiteti | |
---|---|
36°08′51″ şm. e. 86°48′09″ q. u.HGYO | |
Əsası qoyulub | 1873 |
Tələbə sayı | 12.093, 12.962[1] |
Ölkə | |
Sayt | vanderbilt.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet "R1: Doktorantura — Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir. Vanderbilt Universitetində bakalavr, magistr, doktorantura və aspirantura dərəcələri verilir.[3]
Universitet 10 məktəbdən ibarətdir və ABŞ və 70 xarici ölkədən təxminən 13,800 tələbə qəbul edir.[4][5]
Vanderbilt məzunları, professor-müəllim heyəti ABŞ Konqresinin 54 hazırkı və keçmiş üzvü, 18 ABŞ səfiri, 13 qubernator, 8 Nobel mükafatçısı, ABŞ-ın 2 vitse-prezidenti və 2 ABŞ Ali Məhkəməsinin hakimi daxildir. Digər görkəmli məzunlar arasında 3 Pulitzer Mükafatı qalibi, 27 Rodos Alimi, 2 "Oskar" mükafatı qalibi, 1 Qremmi Mükafatı qalibi, 6 MacArtur Təqaüdçüsü, 4 xarici dövlət başçısı və 5 Olimpiya mükafatçısı var. Dünyada universitetin 40 məzun klubu yaradılıb.[6]
Vanderbilt Universiteti 1873-cü ildə gəmiçilik və dəmir yolu maqnatı Kornelius Vanderbilt tərəfindən açılmışdır.
1920–1930-cu illərdə Vanderbilt Universitetində Amerika düşüncəsinə və ədəbiyyatına böyük təsir göstərən iki üst-üstə düşən alimlər qrupu çalışırdı.[7]
1930-cu illərdə Ernest Uilliam Gudpastur və onun Tibb məktəbindəki həmkarları virusların və rikketsiyaların becərilməsi üsullarını icad etdilər.[8] Bu iş canlı hüceyrələrdə çoxalan patogenlərin törətdiyi suçiçəyi, çiçək, sarı qızdırma, tifus və digər xəstəliklərə qarşı peyvəndlər istehsal etməyə imkan verdi.[8] Həmşinin o illərdə universitetin professorları travmatik şokun müalicəsinı ixtira etmişdilər.[9]
Universitet tələbələrə Dəniz Komissiyasına yol təklif edən V-12 Dəniz Hərbi Kollecinin təlim proqramında iştirak etmək üçün ölkədəki 131 kollec və universitetdən biridir.[10]
2021-ci ilə qədər Vanderbilt Universitetində 13,796 tələbə təhsil alırdı.[6]
Universitetin bakalavr proqramları ABŞ-də çox seçicidir.[11][6][12]
Vanderbilt Universiteti özəl bir korporasiya olaraq tamamilə müstəqil, daimi Qəyyumlar Şurası tərəfindən idarə olunur. Şura Rektordan və daimi üzvlərdən (istənilən sayda fəxri qəyyumlardan) ibarətdir.[13]
Milli Elm Fondunun məlumatına görə, Vanderbilt Universiteti 2021-ci ildə Tədqiqat və inkişafa 1 milyard dollar xərcləyib.
İncəsənət və Elmlər Kolleci, Humanitar elmlər bölmələrinin əksəriyyəti, habelə Hüquq fakültəsi, İdarəetmə Kolleci və İlahiyyat məktəbi, həmçinin Heard Mərkəzi Kitabxanası və Surratt Tələbə Mərkəzi Zalı Əsas kampusda yerləşir.[14] Memorial Gimnaziya, Vanderbilt stadionu və bütün digər universitet idman sahələri kampusun uzaq qərb tərəfindədir.[14]
Milli Tarixi Abidələr proqramı 1965-ci ildə Universitetin Peabodi kampusunu tarixi rayon kimi təyin etmişdir.[14]