Corc Aslan (1958, Mardin ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Corc Aslan | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Mardin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1958 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya |
Corc Aslan 1958-ci ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub. İbtidai və orta təhsilini Midyat ilçəsində alıb.[1]
Bir müddət mühasib olaraq çalışıb. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 2 il hərbi həbsxanada saxlanılıb. 1984-cü ildən Niderlandda yaşayır.[1]
Niderlandda və digər Avropa dövlətlərində Süryani/Aysorlarla bağlı olan institutların qurucusu olub. Shemsho jurnalının təsisçisi olub.[1]
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Kürdcə, süryanicə, hollandca və ərəbcə bilir. Evli və 5 uşaq atasıdır.[1]