Corc Nataniel Kerzon (ing. George Curzon; 11 yanvar 1859[2][3][…] – 20 mart 1925[2][3][…], London) – Böyük Britaniya dövlət xadimi, diplomat, markiz.
Corc Kerzon | |
---|---|
KERZON Corc Nataniel | |
Doğum tarixi | |
Doğum yeri | Derbişir, Böyük Britaniya |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | London, Böyük Britaniya |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], siyasətçi, diplomat, səyyah |
Partiyası | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Oksford Universitetini bitirmişdir. 1891–1892-ci illərdə Hindistanın işləri üzrə nazir müavini,[4] 1898–1905 illərdə Hindistanın vitse-kralı, 1919–1924-cü illərdə B. Britaniyanın xarici işlər naziri olmuşdur. 1911-ci ilden parlamentin lordlar palatasının üzvü idi. Sovet-Polşa sərhədlərini müəyyənləşdirən "Kerzon xətti"ni 1920 ildə Antanta adından təklif etmişdir.[5] Birinci dünya müharibəsindən (1914–18) əvvəl Qafqazda olmuş və regionu dərindən öyrənmişdir. 1920 il yanvarı 10-da Paris Sülh Konfransı (1919–20) Ali Şurasının iclasında Azərbaycan və Gürcüstan hökumətlərinin Antanta ölkələrindən kömək istəmələri haqqında məlumat vermiş, bu respublikalarm müstəqil dövlətlər kimi dərhal de-fakto tanıması təklifıni irəli sürmüşdür. Onun təklifi ilə yanvarın 11-də Antanta Ali Şurası Azərbaycan və Gürcüstan respublikalarının de-fakto tanınması barədə qərar qəbul etmişdir. Kerzon Azərbaycanın dövlət müstəqilliyini qorumaq məqsədilə ona yardım göstərilməsini təklif etmiş, müttəfiq ordularının çıxarılmasının əleyhinə olmuşdur. Kerzon 1920 ilin əvvəllərində İngiltərə parlamentində azərbaycanlılara və Anadolu türklərinə qarşı soyqırımları törətmiş ermənilər barədə belə demişdi:
"Mənə elə gəlir ki, siz erməniləri səkkiz yaşında təmiz və məsum bir qız kimi zənn edirsiniz. Bu fikirdə çox yanılırsınız, halbuki ermənilər özlərinin son vəhşi davranışları ilə nə qədər qantökən olduqlarını büsbütün isbat etmişlər."