Paris Sülh Konfransı

"Böyük dordlük": Devid Lloyd Corc, Vittorio Orlando, Jorj Klemanso, Vudro Vilson

Paris Sülh Konfransı (18 yanvar 1919–21 yanvar 1920) — Birinci dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədilə "Antanta" ölkələri və ABŞ-nin Parisdə çağırdıqları sülh konfransı.[1]

Konfrans 18 yanvar 1919-cu ildə öz işinə başlayır. Bu tarix simvolik bir tarix idi. Alman imperatoru l Vilhelm 1871-ci ilin 18 yanvarında Versalda "Güzgülü zalda" Fransa-Prussiya müharibəsindən qısa müddə sonra öz hakimiyyətini elan etmişdi. Həm də 18 yanvar 1701-ci ildə Prussiya krallığının da yarandığı gün idi. Burada 27 ölkə təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu "Böyük dördlük" — ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniya baş naziri Lloyd CorcFransa baş naziri Jorj Klemanso və İtaliya baş naziri Vittorio Orlando oynayırdı. Konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilənin əsasını V.Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi. Bu maddələrin məğzini dünyanın ədalətli surətdə yenidən qurulması prinsipləri (gizli diplomatiyadan imtina, azad ticarət, silahlanmanın azaldılması, xalqlara öz müqəddaratını təyin etmək hüququnun verilməsi və s.) təşkil edirdi.[1]

Rəsmi nümayəndə heyətləri 4 kateqoriyaya bölünmüşdü:

  1. Döyüşən və qalib gələn iri dövlətlər: ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya. Bu dövlətlər konfransın bütün iclaslarında və komissiyalarda iştirak edirdilər. Onlar ümumi xarakterli maraqlara malik idilər.
  2. "Müəyyən xarakterli maraqları olan" döyüşən dövlətlər: Belçika, Braziliya, Böyük Britaniya dominianları, Hindistan, Rumıniya, Portuqaliya, Serbiya, Çexoslovakiya, Yunanıstan və s. Bu dövlətlər yalnız onlara aid olan məsələlər müzakirə edilən iclaslarda iştirak etmək hüququna malik idilər.
  3. Almaniya ilə diplomatik əlaqələri kəsmək vəziyyətində olan dövlətlər: Peru, Boliviya, Ekvador və Uruqvay. Onlar da özlərinə aid məsələlər müzakirə ediləcəyi iclaslarda iştirak edə bilərdilər.
  4. Bitərəf dövlətlər və yeni yaranmış dövlətlər: Onlar ölkələrinə aid məsələ müzakirə ediləndə ya yazılı, ya da şifahi çıxış edə bilərdilər.

Paris sülh konfransının başlıca məqsədi Almaniya və onun müttəfiqləri ilə sülh müqaviləsi bağlamaq idi. Konfransda qalib dövlətlər arasında dünyanı bölmək uğrunda ziddiyyətlər üzə çıxırdı. ABŞ dünya ağalığına, mənəvi rəhbərliyə can atırdı. O, Almaniya və Türkiyədən alınmış ərazilərin yaradılması nəzərdə tutulan Millətlər Cəmiyyətinin nəzarəti altına verilməsini tələb edirdi. ABŞ Millətlər Cəmiyyətini özünə tabe etməyə ümid bəsləyirdi.

1919-cu il iyunun 28-də Sarayevo qətlinin il dönümündə Parisdə Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. Müqaviləyə görə, Almaniya və onun müttəfiqləri müharibə təqsirkarları elan edildilər. Onlar vurulan ziyana görə təzminat ödəməli idilər.

Paris sülh müqaviləsinin şərtlərinə görə:

  • Almaniyanın Elzas və Lotaringiya vilayətləri, Saar kömür hövzəsi Fransanın mülkiyyəti elan olundu. Fransa həmçinin Almaniyanın Toqo və Kamerun müstəmləkələrinin bir hissəsini, Suriya və Livanı aldı.
  • Saar kömür mədənləri 15 il müddətinə Millətlər Cəmiyyətinin nəzarətinə verildi. Bu müddət bitdikdən sonra onun taleyi yerli əhalinin sorğusu ilə həll olunmalı idi.
  • İngiltərə Toqonun digər hissəsini və Tanqanikanı, Şərqi Akrikadakı alman mülklərini, Fələstini, İraqı aldı.
  • İtaliya Triyesti aldı, Avstriya ilə sərhəd zolağına yiyələndi.
  • Belçika Eyren dairəsini və Malmedi aldı, həmçinin Ruanda və Urundini, Almaniyanın Cənub-Qərbi Afrikadakı müstəmləkələrini ələ keçirdi.
  • Danimarka Şlezviqin şimal hissəsinə sahib oldu.
  • Yaponiya Sakit okeandakı Marşal, Marian və Karolin adalarına sahib oldu.
  • Polşa Poznan, Pomeraniya, Qərbi və Şərqi Prussiya və Sileziyanın yuxarı hissəsinə yiyələndi. Almaniya Poşanın müstəqilliyini tanıyaraq Dansiqdən əl çəkdi. Bu liman Millətlər Cəmiyyətinin himayısi altında azad şəhər elan olundu.[1]

Nümayəndə heyətinin tərkibi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Cümhuriyyətini Paris Sülh konfransında təmsil edən Nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli ziyalılar daxil idilər. Onlar Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı olduqlarını, milli istiqlal uğrunda əzmlə mübarizə apardıqlarını fəaliyyət və bioqrafiyaları ilə dönə-dönə sübut etmişdilər. Nümayəndə heyətinin başçısı, XX əsrin əvvəllərində yalnız azərbaycanlıların deyil, çar Rusiyasındakı türklərin və müsəlmanların sınanmış lideri kimi tanman Əlimərdan bəy Topçubaşov Tiflisdə zadəgan ailəsində doğulmuş, Sankt- Peterburq universitetinin hüquq fakültəsini bitirmişdi. Bir müddət vəkillik fəaliyyəti ilə məşğul olmuşdu. 1897-ci ildə məşhur neft milyonçusu və metsenat H.Z.Tağıyevin maddi vəsaiti hesabına nəşr olunan "Kaspi" qəzetinin redaktoru kimi geniş ictimaisiyasi və ədəbi-publisistik fəaliyyətə başlamışdı. Onun redaktorluğu dövründə qəzet çarizm istibdadı şəraitində ən elementar hüquqları tapdanan Azərbaycan xalqının ruporuna

çevrilmiş, dcmokratik ruhlu və milli əqidəli ziyalıları öz ətrafına toplamışdı. 1905-ci il Birinci rus inqilabından sonra Ə.M.Topçubaşov bütün Rusiya türklərinin və müsəlmanlarının lideri kimi daha ardıcıl və prinsipial siyasi fəaliyyəti ilə tanınmışdı. O, Rusiya müsəlmanlarının 1904–07-ci illərdə keçirilən I–III qurultaylarının əsas təşkilatçılarından və rəhbərlərindən biri olmuş, Üçüncü qurultayın qərarı ilə yaradılan Ümumrusiya müsəlmanları partiyasının-"İttifaqi- Müslüm"ün Məramnamə və Nizamnaməsini hazırlamış, onun Mərkəzi Komitəsinin üzvü seçilmişdi. 1906-cı ildə Bakı quberniyasından Birinci Dövlət Dumasına deputat seçilən Ə.M.Topçubaşov Müsəlman fraksiyasını yaratmış və ona rəhbərlik etmişdi. Çar İkinci Nikolay tərəfindən Dumanın qovulmasına etiraz bildirən məşhur “Vıborq Bəyannaməsi”ni imzalayan 200 deputat içərisində azərbaycanlı siyasi xadim də var idi. Çarizmin süqutundan sonra 1917-ci ilin mayında Rusiya müsəlmanlarının Moskva qurultayının keçirilməsində və burada türk-müsəlman əhalinin Rusiya ilə gələcək münasibətləri barəsində bir sıra prinsipial qərarların qəbul edilməsində Ə.M.Topçubaşovun böyük rolu olmuşdu. Həmin dövrdə o, eyni zamanda Bakıda Transqafqaz Müsəlman ictimai- siyasi təşkilatlarının koordinasiya mərkəzi olan İcraiyyə Komitəsinin işinə də rəhbərlik edirdi. 1918-ci il iyunun 17-də baş nazir Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil olunan ikinci hökumət kabinəsində Ə.M.Topçubaşov portfelsiz nazir vəzifəsini tutmuş, həmin il avqustun 22-də isə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli Naziri kimi Osmanlı imperiyasının paytaxtı İstanbula göndərilmişdi. 1918-ci ilin dekabrında Azərbaycan Parlamenti özünün ilk iclasında onu sədr seçmişdi. Həmin il dekabrın 28-də Parlamentin yekdil qərarı ilə Paris Sülh konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı təyin olunmuşdu. Diplomatik missiyada Ə.M.Topçubaşovun müavini olan Məmməd Həsən Hacınski Bakı real məktəbində və Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almış, uzun müddət Bakı Dumasında şəhər tikintisi idarəsinə başçılıq etmişdi. O, həm də Ə.M.Topçubaşovla birlikdə Müsəlman ictimai-siyasi təşkilatları İcraiyyə Komitəsinin rəhbərlərindən biri idi. Sonralar "Müsavat" sıralarına keçən M.H.Hacınski bu partiyanın I qurultayında Mərkəzi Komitə üzvü seçilmişdi. F.Xan-Xoyskinin qurduğu birinci hökumətdə xarici işlər, ikinci hökumətdə isə maliyyə naziri vəzifələrini tutmuşdu. Azərbaycan Parlamentinin üzvü idi. Nümayəndə heyətinin üzvü Əkbərağa Şeyxülislamov İrəvan gimnaziyasının və Peterburq Yol Mühəndisləri İnstitutunu bitirmişdi. Transqafqaz Seyminin üzvü, Transqafqaz hökumətində daxili işlər nazirinin müavini olmuşdu. Siyasi fəaliyyətini menşevik istiqamətli "Hümmət" partiyasında davam etdirirdi. Azərbaycan Cümhuriyyətinin qurulmasını elan edən İstiqlal Bəyannaməsini imzalayanlar içərisində Ə.Şeyxülislamov da var idi. O, Fətəli xan Xoyskinin ilk hökumətində torpaq və əmək naziri kimi çalışmışdı. Parlamentdə sosialist fraksiyasını təmsil edirdi. Nümayəndə heyətinin üzvü Əhməd bəy Ağaoğlu tanınmış publisist və ictimai xadim idi. Paris Ali Hüquq Moktəbində və Sorbonna universitetində mükəmməl hüquq təhsili almışdı. XX əsrin əvvəllərində "Həyat", "İrşad", "Tərəqqi" qəzetlərinin

redaktoru olmuş, 1905-ci ildə Azərbaycanda ilk siyasi partiya sayılan "Difai"ni qurmuşdu. Rusiya gizli polisinin təqibləri nəticəsində 1909-cu ildə Osmanlı imperiyasına -Türkiyəyə mühacirət etdikdən sonra burada "İttihad və Tərəqqi" partiyasının liderləri ilə yaxınlaşmış, "Türk yurdu" və "Türk ocağı" təşkilatlarının qurucuları sırasında yer almışdı. Nümayəndə heyətinin məsləhətçisi Ceyhun bəy Hacıbəyli Paris Siyasi Elmlər məktəbində və Sorbonnada təhsil almışdı. İstedadlı publisist və gözəl musiqiçi idi. Böyük qardaşı Üzeyir Hacıbəyli ilə birlikdə ilk Azərbaycan operası "Leyli və Məcnun"u bəstələmişdi. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra hökumət ofisi özünün-rus dilində çıxan "Azərbaycan" qəzetinin redaktoru olmuşdu. Rus-dilli Bakı və Qafqaz mətbuatında ciddi ictimai-siyasi problemlərə, mədəniyyət, təhsil, qadın azadlığı və s. məsələlərə dair çoxsaylı məqalələri dərc edilmişdi. Nümayəndə heyətinin məsləhətçisi Məhəmməd Məhərrəmov İrəvan gimnaziyasını bitirmiş, gənc yaşlarından İrəvan azərbaycanlılarının təmsilçilərindən biri kimi tanınmışdı. 1917-ci ilin noyabrında İrəvan quberniyasından Rusiya Müəssislər Məclisinə nümayəndə seçilmişdi. Transqafqaz Seyminin üzvü olmuş, Milli Xartiyanı – İstiqlal Bəyannaməsini imzalayanlar sırasında yer almışdı. Azərbaycan Parlamentində Sosialist fraksiyasının üzvü idi. Heyətinin başqa bir məsləhətçisi Miryaqub Mirmehdiyev Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş, Bakıda vəkillik fəaliyyəti ilə məşğul olmuşdu. Azərbaycan Parlamentinə "İttihad" partiyasından üzv seçilmişdi 1919-cu ilin avqustunda Parlamentin Sosialist fraksiyası Nümayəndə heyəti tərkibindəki üzvlərinin rotasiya qaydası ilə əvəzlənməsi barəsində qərar çıxarmış və M. Məhərrəmovun yerinə Abbas bəy Atamalıbəyov Parisə göndərmişdi.Nümayəndə heyəti arasında Mesenat-müəllim Mirzə Məhəmməd Zamanbəyli də var idi. Lakin həmin dövrdə heyətin başqa bir üzvü — M.H.Hacınski artıq Azərbaycana qayıtdığından həm M.Məhərrəmovun, həm də A.Atamalıbəyovun Parisdə qalmaları məqbul sayılmışdı. Eyni zamanda Nümayəndə heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağı konkret sahə də müəyyən olunmuşdu. Sədr Ə.M.Topçubaşov ümumi rəhbərliklə bir sırada siyasi məsələlər və memorondum hazırlanması üçün məsul idi. O, həm də heyətin təşkilati işlərinə və maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət edirdi. Sədrin müavini M.H.Hacinski missiyanın xəzinədarı idi. Eyni zamanda iqtisadiyyat və maliyyə bölməsinin işinə rəhbərlik edir. Azərbaycan hökuməti adından Fransanın və digər Avropa ölkələrinin biznes dairələri və ayrı-ayrı iş adamları ticari- iqtisadi danışıqlar aparırdı. Ə.Şeyxülislamov daha çox sərhəd məsələləri ilə məşğul olur, Azərbaycana dair statistik göstəricilərin, xəritə və diaqramların hazırlanmasını təşkil edir, nəhayət Nümayəndə heyətinin arxiv və kitabxanasının yaradılması üçün məsuliyyət daşıyırdı. M.Məhərrəmov xalq təsərrüfatı və əkinçiliklə bağlı məsələlər üçün cavabdeh idi, eyni zamanda iclas və danışıqların protokollarının Azərbaycan türkcəsində yazılmasını təmin edirdi. Ticarət və sənaye məsələləri ilə məşğul olan

M.Mirmehdiyevin vəzifələri sırasına heyətin maliyyə hesabatlarının yoxlanması da daxil idi. Ə.Ağaoğlu və C.Hacıbəyli isə daha çox informasiya və təbliğat məsələləri ilə məşğul olmalı, Fransa ictimaiyyəti və fransız mətbuatı ilə əlaqələr qurulmasına kömək etməli idilər. Hər ikisinin Fransada təhsil almaları, fransız dilinə və mədəniyyətinə mükəmməl yiyələnmələri üzərlərinə qoyulan vəzifəni uğurla həyata keçiriləcəyinə təminat yaradırdı. Nəhayət, Ə.Hüseynzadə Azərbaycanla bağlı tarixi-etnoqrafik və ədəbi materialların seçilməsi və təbliğatda onlardan istifadə edilməsi üçün məsul idi. Təəssüf ki, Nümayəndə heyəti Parisə tam tərkibdə gedə bilmədiyindən iş bölgüsündə müəyyən dəyişikliklər aparılması zərurəti yarandı. Bütövlükdə isə heyətin hər bir üzvü lazım bilinən və tapşırılan hər bir işin öhdəsindən gəlməyə tamamilə hazır idi

Nümayəndə heyətinin əzablı Paris səfəri

[redaktə | mənbəni redaktə et]

Müharibəni məğlubiyyətlə başa vuran "Dördlər ittifaqı"nın üzvləri, yaxud neytral ölkələr Azərbaycanın müstəqilliyinin beynəlxalq miqyasda tanınması üçün o qədər də mühüm, həlledici iş görə bilməzdilər. Burada əsas söz sahibi qalib tərəf — Antanta idi. Çox şey onların istək və iradəsindən, ümumi məşvərət əsasında verəcəkləri qərarlardan asılı idi. Görüş və söhbətlərdə dəfələrlə bu mövzuya toxunulsa da, sülh konfransı haqda ilk dəqiq bilgini Ə.Topçubaşov 1918-ci il noyabrın 18-də, Osmanlı dövlətinin yeni xarici işlər naziri Rəşid paşa ilə söhbət zamanı almışdı. Türkiyədəki hökumət dəyişikliklərinin dost Azərbaycana münasibətdə hər hansı fərqli yanaşmaya yol açmayacağını qeyd edən nazir, mövcud şəraitdə əməli yardım göstərə bilməyəcəklərini açıq şəkildə bildirmiş, həmkarını əsas diqqəti sülh konfransına yönəltməyə çağırmışdı: "…indi tək yeni yaranan dövlətlərin deyil, ümumiyyətlə bütün dövlətlərin taleyi sülh konqresinin qərarlarından asılıdır. Konqres, bildiyimə görə, Parisdə keçiriləcək. Amma hələ dəqiq vaxtı məlum deyil. Lakin ora öz nümayəndə heyətinizi məhz indi göndərməlisiniz. Heyət sayca böyük olmalı, Avropanı tanıyan, siyasət məsələlərindən başı çıxan, xarici dilləri bilən adamlardan təşkil edilməlidir. Təbii ki, heyət üzvlərinin siyasi tarix və beynəlxalq hüquq sahəsində də bilgiləri olmalıdır. Avropaya yol açılan kimi belə bir nümayəndə heyəti göndərmək lazımdır". Ə.Topçubaşov bu yenilik barədə 20 noyabr 1918-ci il tarixli məktubunda baş nazir Fətəli xan Xoyskini məlumatlandırmışdı: "Sülh konqresinin vaxtı və yeri hələ dəqiq məlum deyil. Güman edirəm ki, iki-üç aydan sonra Parisdə baş tutacaq. Ermənilər və gürcülərlə əlaqə saxlamağa çalışın: Xüsusən də sülh konqresinə birləşmiş heyət göndərilməsi ilə bağlı onlarla danışıqlar aparmaq lazımdır. İstənilən halda mümkün qədər böyük sayda Azərbaycan nümayəndə heyətini indidən seçmək və onu zəruri materiallarla təmin etmək vacibdir". Heç bir cavab ala bilmədiyindən dekabrın 16-da o, "Paris sülh konfransına hazırlıqla bağlı" yenidən hökumətə müraciət etmək məcburiyyəti qarşısında qalmışdı. Görünür, həmin ərəfədə Ə.Topçubaşov yeni dünya düzəni haqda Vilson prinsipləri ilə daha yaxından tanış olduğundan (ABŞ prezidenti V.Vilsonun sülh konfransının yekunları ilə bağlı əsaslandırdığı 14 prinsipdən biri də dünyanın kiçik dövlətlərə

parçalanmasına imkan verməmək idi) Cənubi Qafqazın Parisə azərbaycanlı, gürcü və ermənilərdən ibarət vahid nümayəndə heyəti göndərməsi ideyasını təkidlə müdafiə edirdi. İstanbulda Ermənistan Milli Şurasının sədri, erməni heyətinin başçısı A.Aqaronyanla görüşündə və sonuncunun gürcü lideri A.Çxenkeliyə məktubunda da bu məsələ qaldırılmışdı. Eyni zamanda, Parisə yollanan İran nümayəndə heyətinin rəhbəri, xarici işlər naziri Mirzə Əliqulu xan Ənsarini Azərbaycan tərəfinin təklifi barədə məlumatlandırmışdı. Lakin vahid "Qafqaz evi" ideyasının qızğın tərəfdarı kimi tanınan və həyatının sonuna qədər amalına sadiq qalan Ə.Topçubaşovdan fərqli olaraq ermənilər və gürcülər məsələyə soyuq yanaşmışdılar. Əslində, müəyyən antiazərbaycan mövqeyindən çıxış etsələr də, onların hadisələrə baxışı reallığa daha yaxın idi: çünki milli dövlətlər qurulub möhkəmlənmədən, siyasi sistemdə yerini tapmadan hansısa konfederasiya, yaxud federasiyada birləşmə belə dövlətin möhkəmliyinə, yaşarılığına təminat vermirdi. Azərbaycanlı, gürcü və ermənilərin 1918-ci il aprelin 22-dən mayın 26-na qədər mövcud olmuş Zaqafqaziya Federativ Respublikasının acı təcrübəsi də bunu göstərirdi. Azərbaycanın göndərdiyi nümayəndə heyətində bəzi ziyalılarımıza qarşı Fransa hökumətinin sərt duruşu var idi. Batum limanından Gürcüstan nümayəndə heyətinin üzvləri ilə birlikdə Türkiyəyə yollanan Azərbaycan parlamentarları yanvarın 20-də İstanbula çatmışdı. Burada isə yollar ayrılmışdı. Yaranmış çətinliyə baxmayaraq, iki aydan bəri sülh konfransına təkbaşına hazırlaşan Ə.Topçubaşov dərhal nümayəndə heyətinin üzvləri arasında iş bölgüsü aparmış, təşkilatdaxili vəzifələri aydınlaşdırmış, tərkibə bir neçə katib, tərcüməçi, texniki işçi qəbul etmişdi. Bundan sonra isə Parisə mümkün qədər tez yola düşmək üçün iş başlanmışdı. İstanbuldakı ingilis və fransız komandanlıqlarının süni maneələri, eləcə də Müttəfiqlərin himayəsinə sığınmış ermənilərin təxribatçı fəaliyyəti də elə bu zaman bütün çılpaqlığı ilə üzə çıxmışdı. Artıq Parisdə olan erməni heyəti də məkrli planların həyata keçirilməsində soydaşlarına bacardığı qədər kömək etməyə çalışırdı . İlk zərbə işgüzarlığına, mükəmməl fransızcasına və Parisdəki əlaqələrinə böyük ümidlər bəslənən Əhməd bəy Ağayevin "zərərsizləşdirilməsi" olmuşdu. Ə.Topçubaşov Nazirlər Şurası sədrinə 4–5 mart 1919-cu il tarixli 1 saylı məlumatda bu haqda yazırdı: "… ingilislərlə fransızlar Əhməd bəy Ağayevin heyətimizin tərkibində olmasına irad tuturlar. Məsələ belədir ki, nümayəndələrimizin gəlişinin az qala ertəsi günü yerli mətbuatın əsasən fransızca çıxan bir qismi, xüsusən də fransız dilli erməni qəzeti "Renaissance" Əhməd bəy Ağayevin əleyhinə böhtan və iftira kampaniyası başladı. Qəzet onu ittihadçıların öncüllərindən biri, türk Parlamentində və mətbuatında türk millətçilərinin alovlu təmsilçisi və fəal nümayəndəsi, Müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verir. İttihad və Tərəqqi partiyasının, xüsusən də Tələt-Ənvər hökumətinin bütün günahları Əhməd bəyin ayağına yazılır".

Aydın məsələdir ki, düşmən işğalı altındakı İstanbul mətbuatında başladılan təxribat aksiyası bir şəxs kimi Ə.Ağayevi ləkələməkdən daha çox Azərbaycan nümayəndə heyətinin Parisə yola düşməsini əngəlləmək məqsədi güdürdü. Ə.Topçubaşovun heyət üzvünü və köhnə dostunu xilas etməklə bağlı cəhdləri heç bir nəticə vermədi. Osmanlı imperiyasının bir sıra dövlət adamları və siyasi xadimləri, millət vəkilləri, tanınmış ziyalıları, öz yurdunu sevən, vətənpərvər insanları ilə bir sırada Əhməd bəy də "alman dostu" və "erməni soyqırımını körükləyənlərdən" biri kimi həbs olundu. Ə.Topçubaşov hökumətə göndərdiyi məlumatda daha sonra yazırdı: "Onun haqqında təhqiqat başlanıb. İki dəfə məni də sorğu-suala tutdular. Nəhayət elan etdilər ki, Azərbaycan nümayəndə heyəti Əhməd bəy Ağayevi özü ilə aparmamalıdır. "Bu, bizim məsləhətimizdir. O, türk jurnalisti və türk Parlamentinin üzvü kimi, əleyhimizə danışan və yazan adam kimi arzuolunmaz şəxsdir". Mənim Ə.Ağayevin əslən Qarabağdan olması, Azərbaycan Parlamentinə üzv seçilməsi, nümayəndə heyəti üçün son dərəcə zəruri adam sayılması ilə bağlı bəyanatlarım şübhələri dağıda bilmədi. General V.M.Tomson tərəfindən Əhməd bəy Ağayevə verilən zəmanət məktubu da heç bir rol oynamadı". Yeri gəlmişkən, təkcə Ə.Ağayev deyil, nümayəndə heyətinin digər üzvləri də Bakıda Böyük Britaniya hərbi qüvvələrinin komandanı, özünü Bakı general- qubernatoru elan etmiş V. Tomsondan Parisdəki ingilis səfirliyinin hərbi attaşesinin adına zəmanət məktubu almışdılar. Yanvarın 3-də imzalanan sənəddə deyilirdi: "Məktubu təqdim edən şəxs Azərbaycan nümayəndə heyətinin üzvlərindən biridir. Bu adamlar Azərbaycan hökuməti adından Müttəfiq dövlətlərin təmsilçilərinə Qafqazın gələcək idarəçiliyi ilə bağlı fikirlərini açıqlamaq istəyirlər. Məqsədlərinə çatmaq üçün onların işini asanlaşdırmağı Sizdən xahiş edirəm" . Lakin Bakıda verilən vədlərlə İstanbuldakı münasibət üst-üstə düşmürdü. Ə.Topçubaşovun 5 mart 1919-cu il tarixli məlumatı Osmanlı paytaxtını nəzarət altında saxlayan ingilis və fransız işğal qüvvələrinin Azərbaycan təmsilçilərinə sayğısız yanaşmasını sübut edən epizodlarla doludur: "Mənim ingilis və fransız nümayəndələrinin hər biri ilə iki görüşümdən, heyətimizin bəzi üzvlərinin ingilislərin Baş qərargahına getmələrindən, tərcüməçilərimizin ora göndərilməsindən, nəhayət özümün qərargaha şəxsən gedişimdən sonra aydın oldu ki, Parisə yola düşmək məsələsi texniki çətinliklərdən daha çox digər məsələlərlə əlaqədardır; səfərimizə istisnasız olaraq siyasi xarakterli mülahizələrə görə maneçilik törədilir". Onun gəldiyi nəticəyə görə, "siyasi xarakterli mülahizələr" ilk növbədə "Rusiya məsələsi" ola bilərdi. Bu səbəbdən də "yeni meydana çıxmış hökumətlərin təmsilçilərini Parisə buraxmaq istəmir, ümumrus məsələsinin həlli üçün isə artıq çoxdan Parisdə məskunlaşan Sazonov, Lvov, Maklakov və başqalarının əl altında olmalarını daha üstün tuturdular". Parisə, sülh konfransına can atan nümayəndə heyətlərinin xahiş və tələblərini rədd etmək üçün bütün yanvar ayı ərzində "rus məsələsi" əsas bəhanə olaraq qalırdı. Antanta gücləri Azərbaycan, Dağlılar Respublikası, Kuban, Don, habelə Rusiyadan

ayrıldığını elan etmiş digər ərazilərin təmsilçilərini inandırırdılar ki, yanvarın sonlarında türklər arasında Böyük ada, yaxud Uzun ada kimi tanınan Prinkipo adasında bolşeviklərin, ağ qvardiyaçıların, habelə müstəqilliyini elan etmiş yeni milli dövlətlərin təmsilçilərinin iştirakı ilə ayrıca konfrans keçiriləcək. Fevralın 15-də öz işinə başlamalı olan konfransın təşkili ideyası yanvarın 21-də ABŞ prezidenti V. Vilson tərəfindən irəli sürülmüşdü. İngiltərə baş naziri D.Lloyd Corc da təşəbbüsə tərəfdar çıxmışdı. Onların fikrincə, yalnız "rusiyadaxili" müzakirələrdən sonra yeni milli dövlətlərin nümayəndələrinin Parisə getmək məsələsi qəti həllini tapa bilərdi. Amma bu qeyd-şərt artıq Parisdə olan erməni və gürcü heyətlərinə şamil edilmirdi. İngilislərin ikili oyun oynadıqlarını 1919-cu il yanvarın 22-də Azərbaycana gələn Böyük Britaniya Qara dəniz ordusunun komandanı, general-leytenant G. Milnenin Bakı dəmir yol vağzalında verdiyi bəyanat da təsdiq edirdi. Türklərə, ümumən bölgə xalqlarına isti münasibətilə seçilməyən ingilis hərbçisi onu qarşılamağa gəlmiş Azərbaycan hökuməti nümayəndələri — yollar naziri X.Məlik-Aslanov, daxili işlər nazirinin müavini, general S.Ağabəyov və xarici işlər nazirinin müavini A.Ziyadxanla söhbət zamanı Parisə can atan Azərbaycan heyəti ilə bağlı ağ yalan söyləməkdən çəkinməmişdi. A.Ziyadxanın hökumət adından rəsmi salamlama nitqinin cavabında general Milne demişdi: "Mən bura böyük Müttəfiq dövlətlərin nümayəndəsi kimi gəlmişəm. Vəzifəmiz ölkənizdə sülhün və ədalətin bərpasına yardım etməkdir. Müttəfiq güclərin qələbəsi xalqların öz müqəddəratını təyin etməsi hüququnun ən etibarlı rəhnidir. Bu isə sülh konfransında əksini tapacaq. Sizin simanızda şəxsimə göstərilən yüksək qəbula görə Azərbaycan xalqına və hökumətinə minnətdarlığımı bildirir və Fransaya gedən nümayəndə heyətinizin artıq yolda olması" ilə bağlı sizi bir daha əmin edirəm. Elə həmin gün — yanvarın 22-də Bakıdan Londona, Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi feldmarşal Henri Vilsona şəxsi məktubunda isə general Milne yazırdı ki, "… Britaniya hərbi güclərinin buranı tərk etməsi anarxiyaya gətirib çıxaracaq. Amma yerli sakinlərin biri-birlərinin boğazını üzməsindən dünya o qədər də çox şey itirməyəcək. Onlar hamısı birlikdə tək bir Britaniya əsgərinin həyatına da dəyməz". Ermənilər və gürcülərlə müqayisədə azərbaycanlılar haqqında nisbətən rəğbətlə danışmasına, baş nazir F.Xoyski ilə yanvarın 23-də baş tutan görüşündə Azərbaycan xalqının müstəqil mövcudluq haqqı ilə bağlı vədlər verməsinə baxmayaraq, general Milne də həmkarı general Tomson kimi Cənubi Qafqaz xalqlarının müstəqil dövlətçilik ideyasına yuxarıdan aşağı baxırdı. Belə şəraitdə təbii ki, ingilislərin yardımına bel bağlamaq olmazdı. Yanvarın 29-da Ə.Topçubaşov İstanbuldakı Britaniya işğal qüvvələrinin komandanı admiral Somerset Galtropun qərargahında olmuşdu. Lakin admiral özü onu qəbul etməmişdi. Bu, əslində, Ə.Ağayevin nümayəndə heyətinin tərkibində qaldığı müddət ərzində azərbaycanlıların Parisə buraxılmayacaqları ilə bağlı birmənalı siqnal idi. Ə.Topçubaşovla görüşən Rayan soyadlı qərargah zabiti isə viza məsələsinin yalnız fransızlardan asılı olduğunu bildirmişdi. Eyni zamanda, ittihadçılarla sıx əlaqələrinə görə "adını ləkələmiş müsyö Ağayevi" sülh konfransına göndərməyi

"uğursuz seçim" adlandıraraq nümayəndə heyətini açıq şəkildə Tələt-Ənvər hökuməti haqda mətbuatda açıq, sərt bəyanat verməyə çağırmışdı. Bu təxribatçı təklif Azərbaycan heyətinə çox alçaldıcı görünmüşdü. Təbii ki, bu hökumət ən azı Bakını düşmən işğalından azad etdiyinə görə onun rəhbərlərinə rəğbətlə yanaşan Ə.Topçubaşov vəziyyətdən diplomatik ifadələrlə çıxmağa çalışmış, Əhməd bəyin Azərbaycan təbəəsi olduğunu bir daha vurğulayaraq əgər bütün məsələ yalnız Ə.Ağayevdədirsə, onu Parisə getməsi nəzərdə tutulanların sırasından xaric edə biləcəklərini bəyan etmişdi . Fevralın ilk günlərində Ə.Topçubaşovun İstanbuldakı fransız ali komissarı admiral Ametə ünvanlanan, Azərbaycan Cümhuriyyətinin yaranma tarixi, mövcud vəziyyəti və nümayəndə heyətinin Paris sülh konfransından gözləntiləri haqqındakı geniş məktub-arayışı isə ümumiyyətlə cavabsız buraxılmışdı. Martın 1-də Britaniya xarici işlər nazirliyi İstanbuldakı ingilis ali baş komissarının müavini admiral Vebbə teleqram göndərib "Konstantinopoldakı fransız rəsmilərinin razılığı olduğu təqdirdə Azərbaycan və Şimali Qafqaz nümayəndələrinə viza açılmasının mümkünlüyünü" onun diqqətinə çatdırmışdı. Eyni zamanda, ingilis hərbi qüvvələrinin bu və ya digər səbəbdən şübhəli saydıqları nümayəndələri saxlamaq və onları konfransa buraxmamaq hüququ bir daha təsbit edilmişdi. Fevralın ortalarına qədər nümayəndə heyətini guya fransızların iki nəfərə viza verəcəyi, martın 2 — nə qədər isə Prinkipo adasındakı konfrans haqda şayiələrlə yemləmişdilər. Heç bir nəticənin olmadığını görən Azərbaycan, Şimali Qafqaz Dağlıları, Don və Kuban nümayəndə heyətləri birgə fəaliyyət göstərmək məqsədilə martın ilk günlərində Məsləhət Şurası yaratmışdılar. Liderləri artıq Parisdə olan gürcülər Şuranın işində iştirakdan boyun qaçırmışdılar. Ə.Topçubaşov kollektiv təşəbbüslərin fayda gətirməyəcəyi barədə əvvəlcədən xəbərdarlıq etsə də, əlavə və düzəlişlərinin nəzərə alınması şərti ilə hazırlanmış memorandumu imzalamışdı. Martın 3-də sənəd İstanbuldakı ingilis ali komissarının müavini admiral Vebbə çatdırılmışdı. O da öz növbəsinə fransız ali komissarı general Ametlə danışıb qəti cavab verəcəyini vəd etmişdi. Ə.Topçubaşov bununla kifayətlənməyərək fransız, İtaliya və ABŞ komissarları ilə də ayrılıqda görüşmək qərarına gəlmişdi. Britaniya hərbi komandanlığı isə sanki Azərbaycan nümayəndə heyəti sədrinin əsəbləri ilə oynamaqdan zövq alırdı. Martın 6-da onlar Ə.Topçubaşova teleqram göndərərək "əgər Fransa hökumətindən razılıq ala bilsələr, özlərinin də etiraz etməyəcəklərini bildirmişdilər". Fransızlar isə sədr istisna edilməklə dörd nəfərə viza verməyə hazır olduqlarını bildirmişdilər. Texniki tərkibdən heç kimə icazə verilmirdi. Nəticədə nümayəndə heyəti səmərəli iş qabiliyyətindən məhrum edilərək amorf bir şəklə salınırdı. Təbii ki, İstanbuldakı Fransa ali komissarlığı atdığı addımın fərqində idi. Gürcü əsilli müasir fransız tarixçisi G.Mamuliyanın yazdığına görə, Rusiyaya rəğbətini gizlətməyən ali komissar general Franşe d`Eşpere Azərbaycan missiyasını bilərəkdən parçalamaqla, sədr və tərcüməçilərdən məhrum etməklə onu Parisə getmək fikrindən birdəfəlik çəkindirməyə çalışırdı.

Ə.Topçubaşov rəhbərlik etdiyi heyətlə belə saymazyana, hətta düşməncəsinə davranışın Azərbaycan və Anadolu türklərinin eyni soydan olması ilə bağlılığını başa düşməyəcək qədər sadəlövh deyildi. Məhz Osmanlıya yaxınlıqlarına görə ingilis və fransızlar Birinci Dünya müharibəsində səngərin əks tərəflərində vuruşduqları türklərə qarşı hələ də sönməyən qəzəbi onların azərbaycanlı qardaşlarına yönəltmişdilər. Əks-təqdirdə hətta Rusiyanın əhalisi başdan-başa ruslardan ibarət daxili quberniyalarının — Kuban və Don "respublikalarının" nümayəndələrinə viza verildiyi halda Azərbaycan heyətinin hələ də İstanbulda saxlanmasına başqa izah tapmaq mümkün deyildi. "Güman edirəm ki, icazə əvvəl-axır alınacaq. Lakin hətta Parisdə də çətin ki, Müttəfiq dövlətləri inandırmaq mümkün olsun. Çünki onlar hələ də vahid Rusiya mövqeyində dayanır, Finlandiya və Polşadan başqa yeni yaranmış dövlətlərin müstəqilliyini tanımamaq siyasəti yürüdürlər" — deyə Ə.Topçubaşov hökumətə göndərdiyi ilk məlumata yekun vuraraq yazırdı. Eyni zamanda, zəif də olsa bir işıq ucunun göründüyünü sözlərinə əlavə edirdi. Bu keçici nikbinlik sülh konfransının Cənubi Rusiyanın sosial-siyasi və iqtisadi vəziyyətini araşdırmaq üçün göndərdiyi 30 nəfərdən ibarət komissiyanın Qafqaz bölməsinin şefi, amerikalı polkovnik Benjamin Burges Moorla söhbətdən sonra yaranmışdı. Nümayəndəliyin müvəqqəti ofisində Mooru M.Hacınski ilə birlikdə qəbul edən Ə.Topçubaşov sülh konfransı üçün hazırladığı memorandum əsasında ona Azərbaycanın tarixi, siyasi vəziyyəti, insan resursları, təbii sərvətləri, qonşularla qarşılıqlı münasibətləri, müstəqil yaşama imkanları, Azərbaycan-Osmanlı əlaqələri haqda ətraflı məlumat verərək amerikalı hərbçidə xoş təəssürat oyatmağı bacarmışdı. Bu isə nəticədə vizanın alınmasına təsirsiz qalmamışdı. Bütünlükdə, Ə.Topçubaşovun İstanbuldan Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə göndərdiyi 5 mart, 17–29 mart və 18 aprel tarixli məlumatların böyük bir hissəsi Paris vizası ilə bağlı məsələlərə, daha dəqiq desək, Antanta təmsilçiləri ilə qeyri-bərabər mübarizəyə həsr olunmuşdu. Martın 17-də baş nazir F.Xoyskiyə məktubunda Ə.Topçubaşov Müttəfiq qüvvələr komandanlığının onu İstanbuldan buraxmaq istəmədiyini, M.Hacınski, Ə. Şeyxülislamov və C.Hacıbəyliyə icazə verdiklərini, bu 3 nəfərin çox güman ki, martın 24-də Marselə yola düşəcəklərini bildirirdi. Martın 21-də o, missiyanın rəhbəri kimi çıxılmazlıqdan doğan daha bir addım atmışdı — sülh konfransının sədri, Fransa Respublikasının prezidenti Klemansonun, habelə Ali Şura üzvü olan ölkələrin — ABŞ, İngiltərə və İtaliyanın dövlət başçılarının adına xüsusi nota göndərmişdi. Amma Fransa xarici işlər nazirliyinin reaksiyasından da göründüyü kimi, ən yüksək instansiyaya müraciət işə fayda gətirmək əvəzinə əks effekt doğurmuşdu. Çünki dörd gün sonra, martın 25-də fransız ali komissarının ofisindən Azərbaycan nümayəndə heyətindən heç kimə viza verilməməsi haqqında xarici işlər naziri Pişonun xəbərdarlıq məktubu daxil olmuşdu. Qəfil qərarın motivləri izah edilmirdi.

Daha dörd gün sonra, martın 29-da isə fransız rəsmiləri yuxarıda adları çəkilən 3 nəfərlə bağlı fikirlərinin dəyişdiyini, artıq bütün heyət üzvlərinə viza verilməsi ilə əlaqədar Parisə sorğu göndərildiyini bildirirdilər. Eyni zamanda, sədr özü amerikan və italyan komissarları, Hacınski, Şeyxülislamov və Hacıbəyli isə Britaniya nümayəndəsi ilə əlaqə saxlayıb yeni vədlər almışdılar. Martın 29-da Ə.Topçubaşovun fransız ali komissarı general Franşe d`Eşpere ilə görüşündən sonra iki nəfərə icazə verildiyi barədə xəbər meydana çıxmışdı. Bu göstərişi icra etməli olan fransız missiyasının əməkdaşı Dupareni tapmaq isə müşkülə çevrilmişdi. Qəribə və sirli siyasi gizlənpaç davam etmişdi. Bir aylıq fasiləsiz müraciət və get-gəllərin nəticələri Ə.Topçubaşovun aprelin 7-də ingilis komandanlığı vasitəsilə F. Xoyskiyə göndərdiyi teleqramda öz əksini tapmışdı: "Bakı. Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə. Nümayəndə heyəti yola düşə bilmir. Parisə getmək üçün Hacınskiyə, Ceyhun bəyə və Məhərrəmova icazə verilir. Mən burada qalmağa məcburam. Digər üzvlər Londona getməyə hazırlaşırlar. Yeni adamlar göndərsəniz, onların Parisə səfər icazəsini yerində — Bakıda almağa çalışın. Nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov" . 18 aprel tarixli məlumat mart ayına təsadüf edən digər təşəbbüslər və onların nəticələri haqda da təsəvvür yaradır. Martın 21-də ABŞ, İngiltərə, Fransa və İtaliya dövlət başçılarına ünvanlanan müraciət tam təsirsiz qalmamışdı. Çox güman ki, inciklik, ittiham dolu müraciətin təsiri altında İstanbuldakı ingilis və fransız ali komissarlıqlarında müəyyən hərəkət başlanmışdı. Fransız ali komissarı Franşe de`Eşperenin tapşırığı ilə Fransa missiyasının məsul əməkdaşı Düpare Ə.Topçubaşovla görüşmüşdü. Onun tələbi ilə Azərbaycan nümayəndə heyətinin siyahısı yenidən (üçüncü dəfə!) missiyaya təqdim edilmişdi. Bir neçə gün sonra fransız rəsmiləri telefonla əlaqə saxlayıb əvvəldə adı çəkilən üç nəfərin Parisə getməsinə icazə verildiyini bildirmişdilər. Digərlərinin viza ala bilməməsinin səbəbləri izah edilmədiyi kimi, M.H.Hacınski, M.Məhərrəmov və C.Hacıbəyliyə vizanın nə zaman veriləcəyi barədə yenə də konkret bir şey deyilməmişdi. Ə.Topçubaşov öz növbəsində sülh konfransında iştirak edəcək nümayəndələrin tərkibinin Azərbaycan hökuməti deyil, fransız ali komissarlığı tərəfindən müəyyən edilməsinin yolverilməzliyi ilə bağlı aprelin 8-də etiraz notası göndərmişdi. Eyni tarixlərdə (8–9 aprel) sülh konfransının sədrinə, İngiltərə, Fransa, ABŞ və İtaliya hökumətlərinin başçılarına yeni teleqramla müraciət edilmişdi. Yalnız bundan sonra fransız missiyası yazılı şəkildə üç nəfərə viza verməyə hazır olduğunu bildirmiş, bütün qalan sualları isə cavabsız buraxmışdı. Fransızlar kimi ingilislər də nədənsə nümayəndə heyəti başçısının konfransda iştirakını mümkün saymamış, M.Mehdiyev və Ə.Şeyxülislamovla bağlı isə Londonun fikrini soruşacaqlarını vəd etmişdilər. Lakin sonrakı günlərdə sanki fransızlar da, ingilislər də verdikləri vədi tamam unutmuş kimi görünürdülər. Nümayəndə heyəti yaranmış vəziyyəti müzakirə edib taktikanı dəyişmək, müvəqqəti də olsa konfrans təşkilatçılarının hazırladığı ssenari üzrə hərəkət etmək qərarına

gəlmişdi. Nazirlər Şurası sədrinə göndərdiyi 18 aprel tarixli məlumatda Ə.Topçubaşov yeni taktika ilə bağlı məlumat verərək yazırdı: "Üç nəfərdən — Hacınski, Məhərrəmov və Hacıbəylidən ibarət birinci qrup Parisə, iki nəfərdən — Mehdiyev və Şeyxülislamovdan ibarət ikinci qrup Londona gedəcək, mən isə Konstantinopolda qalıb fəaliyyət göstərəcəyəm. Qüvvələrin bu şəkildə bölündüyü şəraitdə aydın məsələdir ki, artıq bütöv nümayəndə heyətindən danışmağa lüzum qalmır. Ona görə də qərara alındı ki, adları çəkilən şəxslər daha heyət kimi və heyət adından deyil, onun ayrı-ayrı üzvləri kimi danışsınlar və hərəkət etsinlər. Belə bir qərar da çıxardıq ki, Parisə gedənlər var qüvvələri ilə ilkin nümayəndə heyətinin qalan üzvlərinin də Fransa paytaxtına gələ bilmələri üçün icazə almağa çalışmalıdırlar". Aprelin 18-də göndərilən üçüncü məlumat gözlənilməz nikbin sonluqla bitirdi — Paris sülh konfransının işə başlamasından üç ay sonra Azərbaycan nümayəndə heyətinə nəhayət Avropaya viza verilmişdi: "Lakin sonra vəziyyət dəyişildi və indi hamımızın pasportunda əvvəla Romaya yola düşməyə imkan yaradan italyan vizası vardır. Bundan əlavə Mehdiyevlə Şeyxülislamov Marsel və Parisdən keçmək və həmin şəhərlərin hər ikisində dayanmaq hüququ ilə Londona getmək üçün ingilis vizası da alıblar".

Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Paris məktubları

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Paris sülh konfransında iştirakı bu dövrün beynəlxalq münasibətlərində mühüm yer tutdu. Azərbaycanın xarici siyasətinin başlıca məqsədi ölkənin müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Bu vəzifənin həyata keçirilməsi işinə ölkənin ən nüfuzlu şəxsləri cəlb olundu. Azərbaycan parlamenti Paris sülh konfransında iştirak etmək üçün Parisə tam səlahiyyətli nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Parlamentin sədri Ə.M.Topçubaşov nümayəndə heyətinə başçı təyin olundu.

Azərbaycan nümayəndə heyəti Parisə yola düşdü və 1919-cu il mayın 28-də İstiqlal günü ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, onun 1 illik inkişaf yolu və istiqlal yolunda verdiyi qurbanlardan danışılırdı. Vilsondan Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ-nin Azərbaycana hərbi ləvazimat sahəsində yardım göstərməsi xahiş olunurdu.

Vilson Azərbaycan nümayəndə heyətinə ümidverici bir şey demədi. O, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedi və bildirdi ki, Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz. Erməni nümayəndələrinin pozuculuq fəaliyyəti də bu məsələnin müsbət həllinə mane olurdu. Onlar suverenliyin tanınmasından daha çox ərazi-sərhəd məsələsinə əhəmiyyət verir, Qafqazdakı real vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Erməni təbliğatının əsas hədəfi Osmanlı dövləti və Azərbaycan idi.

Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri "Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri" adlı kitabçası idi. Bu sənəd böyük tirajla fransız və ingilis dillərində çap edilərək yayıldı. Sənəddə Azərbaycanın mənşəyi haqqında məlumat verilir, xanlıqlar, çar Rusiyası dövründə vəziyyət şərh edilir, Azərbaycanın türk yurdu olması göstərilir, Zaqafqaziya Seymi, onun zəifləməsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında tarixi icmal verilir, bolşeviklərin və ermənilərin təcavüzkar hərəkətləri haqqında danışılırdı.

Azərbaycan nümayəndə heyətinin müttəfiq dövlətlərin nümayəndələrinə Azərbaycanın müstəqilliyinin tanınması barədə cavabsız müraciətlər etdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında Azərbaycan və Gürcüstanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu. İstiqlalın tanınmasından 3 gün sonra bu tarixi xəbərin sədasını almış Azərbaycan bayram edirdi.

Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament Fransa, Böyük Britaniya, İtaliya, ABŞ və Polşanın paytaxtlarında fəaliyyət göstərəcək diplomatik nümayəndəliklərin yaradılması haqqında qanun qəbul etdi. Bundan başqa, Azərbaycanın Təbriz, Xoy, Ənzəli, Rəşt, Əhər, Məşhəd, batum, Kiyev, Krım, Aşqabad və başqa yerlərdə konsulluqları fəaliyyət göstərməyə başladı. Bakıda isə Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveç, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və digər ölkələrin müxtəlif səviyyədə rəsmi nümayəndəlikləri fəaliyyət göstərirdi.[1]

Nümayəndə heyətinin taleyi

[redaktə | mənbəni redaktə et]

Nümayəndə heyətinin səylərinə baxmayaraq, Azərbaycan xalqının yüz illik rus əsarətindən sonra nəhayət, müstəqil yaşamaq, milli dövlətini qurmaq, torpağının və taleyinin sahibi olmaq ümidləri doğrulmadı. "Vahid və bölünməz Rusiya" şüarına münasibətdə ağqvardiyaçılarla eyni mövqedə dayanan bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanı yenidən işğal etdilər. Cümhuriyyət mövcudluğunun 23-cü ayında süqut etdi. Parisdə çətinlik və məhrumiyyətlərə qatlaşaraq Azərbaycan davası aparan Nümayəndə heyətinin Vətənə gedən yolları həmişəlik bağlandı. Lakin 1920-ci ilin mayın əvvəllərində Azərbaycanın sovetləşməsi haqqında Sülh konfransında eşitdikləri acı və sarsıdıcı xəbər onları müstəqillik uğrunda mübarizədən əsla çəkindirmədi.

Artıq həmin ilin sentyabrında Ə.M.Topçubaşov Cenevrədə Millətlər Liqasına təqdim etdiyi memorandumda müstəqil yaşamaq yolunu seçmiş və Paris Sülh Konfransında "de-fakto" tanınnıış Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı faktına diqqəti cəlb edir və Liqanın bu kobud hərbi-siyasi müdaxilə aktına münasibət bildirməsini zəruri sayırdı. Eyni ilin noyabr ayında o, Millətlər Liqasının toplantısında çıxış edərək bir daha Azərbaycanın işğalı məsələsini gündəliyə gətirmişdi. Ə.M.Topçubaşovun 1920-ci ildə Genuya və Lozanna, 1923-cü ildə isə London konfranslarında hərbi təcavüzə məruz qalmış Azərbaycan dövlətinin səlahiyyətli təmsilçisi kimi etiraz çıxışları nəticəsiz qalmamışdı. Məsələn, Gcnuya konfransı bolşeviklərin Azərbaycan adından danışmaq haqqı olmadığı barəsində bəyanat qəbul etmişdi. Rusiya imperiyasından olan siyasi mühacirlər arasında kifayət qədər yaxşı tanınan Ə.M.Topçubaşov özünün çoxsaylı məqalə və çıxışlarında bir tərəfdən dünya ictimaiyyətinin diqqətini Azərbaycanın tapdanmış haqlarına cəlb etməyə çalışır, o biri tərəfdən isə hər vasitə ilə mühacirət dairələrinin, ilk növbədə isə keçmiş Qafqaz respublikaları təmsilçilərinin qarşılıqlı əməkdaşlıq və işbirliyini qurmağa, mövcud əlaqələri möhkəmləndirməyə çalışırdı. Onun təşəbbüsü və 12 rəhbərliyi ilə artıq 1921-ci ilin iyununda Azərbaycan, Gürcüstan və Ermənistanın mühacirətdəki səlahiyyətli nümayəndələri Qafqaz regionunun taleyi ilə bağlı məsələlərdə siyasi və iqtisadi müttəfiqlik mövqeyindən çıxış etməyi qərara almışdılar. Azərbaycan siyasi mühacirləri arasında birlik və həmrəyliyin əldə olunması, vahid güc mərkəzinin yaradılması üçün də Ə.M.Topçubaşov bu dövrdə az iş görməmişdi. O, Avropa ölkələrindəki azərbaycanlı siyasi mühacirlərlə Türkiyədəki Azərbaycan Milli Mərkəzi arasında yaranmış ixtilafın qismən aradan qaldırılması da məhz Ə.M.Topçybaşovun nüfuzu və iradəsi sayəsində mümkün olmuşdu. l928-ci ildə Parisdə Məhəmməd Əmin Rəsulzadə ilə danışıqlardan sonra rəhbərlikdəki paralelliyə son qoyulmuş, mühacirətin vahid mərkəzdən idarə olunm 13 naziri kimi Nazirlər Şurasının tərkibində qaldı və milli maraqlara zidd fəaliyyətini davam etdirir. M.H.Hacınskinin tərəfdarları martın 30-da Dağlıq Qarabağda erməni qiyamının yatırılmasında kifayət qədər qətiyyət göstərməmək bəhanəsi ilə N.Yusifbəyli kabinəsinin istefaya göndərməyə nail oldular. Yeni hökumətin təşkili Hacınskiyə tapşırıldı. O, aprelin 20-nə qədər Parlamentdə təmsil olunan partiyaların təmsilçiləri ilə açıq, bolşevik nümayəndələri ilə gizli danışıqlar apardı. XI ordunun Azərbaycana soxulmasına beş gün qalmış isə yeni hökumət qurmaq üçün Parlamentdən aldığı səlahiyyətlərdən imtina etdiyini bildirdi. Beləliklə, M.H.Hacınskinin təkəddüdlü mövqeyi nəticəsində ölkə üçün çox məsul dövrdə süni hökumət böhranı yaradıldı. Bu böhran da həlledici anda milli hökumətin süqutunu asanlaşdırdı. Bolşevik işğalından bir neçə gün əvvəl Müsavat partiyasından çıxdığını və Azərbaycan Kommunist partiyasına üzv olduğunu bildirən M.H.Hacınski sovet hakimiyyəti illərində müxtəlif sovet və təsərrüfat vəzifələrində çalışmışdı. Lakin bütün bu xidmətləri onu sovet cəza maşınının dişlərindən xilas edə bilməmişdi. l930-cu ildə M.H.Hacınski Transqafqaz diyar komitəsinin birinci katibi L.Beriyanın göstərişi ilə həbs olunmuş və 1931-ci il martın 8-də hələ istintaq başa çatmamış Tiflis həbsxanasında qətlə yetirilmişdi. Ə.Şeyxülislamov siyasi fəaliyyətini əvvəlcə

Fransada, İkinci Dünya müharibəsindən sonra isə bir müddət Almaniyada davam etdirmişdi. 20-ci illərin sonunda onun Ə.M.Topçubaşovla münasibətləri kəskinləşmişdi. Ə.Şeyxülislamov yalnız Parisdəki Nümayəndə heyətinin üzvlərini Azərbaycan adından danışmağa səlahiyyətli sayır və Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinə qarşı müxalifətdə dayanırdı. O, Azərbaycan siyasi mühacirətinin birləşməsi və vahid mərkəzdən idarə olunması tərəfdarı kimi çıxış edən və bu zəmində qarşılıqlı kompromisi zəruri sayan Ə.M.Topçubaşova qarşı çıxırdı. Ə.Şeyxülislamov 1943-cü ildə keçmiş sovet zabiti, hərbi əsir Ə.Fətəlibəyli Düdənginskinin yaratdığı siyasi təşkilatın — Azərbaycan Milli Birlik Məclisinin rəhbərliyinə seçilmiş, 1951-ci ildə C.Hacıbəyli və İ.Əkbərlə birlikdə Azərbaycan adından Rusiya Millətlərinin Qurtuluş Şurasının təsis edilməsi haqqındakı Visbaden Bəyannaməsini imzalamışdı. Həyatının sonuna qədər (1961-ci il martın 2-də Parisdə yoxsulluq içərisində vəfat etmişdi) Azərbaycanın azadlığı və müstəqilliyi Ə.Şeyxülislamovun idealı olmuşdu. C.Hacıbəyli siyasi baxışlarına görə Ə.Şeyxülislamovla eyni mövqedə dayanırdı. 1943-cü ildə o da ABMB-nin rəhbərliyinə seçilmiş, 1952-ci ildən isə bu qurumun Münxendə nəşr etdiyi "Azərbaycan" jurnalının redaktoru olmuşdu. Həm siyasi publisist, həm də tədqiqatçı- alim kimi fəaliyyəti hərtərəfli və məhsuldar sayıla bilər. Hələ 1919-cu ilin dekabrında jurnalında onun Azərbaycan Cümhuriyyətinin yaranma tarixinə həsr olunmuş "İlk müsəlman respublikası" adlı böyük həcmli məqaləsi çap edilmişdi. "Journale Asiatique" 14 məcmuəsi səhifələrindəki Azərbaycan tarixinə, dilinə, ədəbiyyatına, etnoqrafiyasına dair çoxsaylı məqalələr də Ceyhunbəyin qələmindən çıxmışdı. 1926-cı ildə C.Hacıbəyli zəngin dilçilik və etnoqrafik materialların toplandığı "Qarabağ (Qafqaz Azərbaycanı) dialekti və folkloru" kitabını çap etdirmişdi. Qardaşı Üzeyir Hacıbəylinin "Arşın mal alan" komediyasını ingilis və fransız dillərinə çevirərək Parisdə nəşr etdirmiş, 1925-ci ildə fransız teatr xadimlərinin iştirakı ilə əsərin Fransa paytaxtında tamaşaya qoyulmasına nail olmuşdu. Çoxşaxəli elmi fəaliyyətinə görə Fransa Şərqşünaslıq Akademiyasının — "Sosiete Asiatique"nin həqiqi üzvü seçilmişdi. Həyatının sonuna qədər Münhendəki SSRİ-ni öyrənmə İnstitutunda çalışan C.Hacıbəyli İnstitutun nəşrlərində kommunist ideologiyasının antibəşəri mahiyyətini və SSRİ-də milli zülmü ifşa edən məqalələrlə çıxış edirdi.Onun oğlu, hərbi təyyarəçi T.Hacıbəyli İkinci Dünya müharibəsi zamanı Fransa səmasını alman faşistlərindən qoruyarkən qəhrəmancasına həlak olmuşdu. Miryaqub Mirmehdiyev (mühacir dairlərində o, daha çox Mir Yaqub adı ilə tanınırdı) Nümayəndə heyətinin üzvləri içərisində Ə.M.Topçubaşova ehtiram və sədaqətini sona qədər qoruyub saxlayan yeganə əqidə dostu sayıla bilər. O, Nümayəndə heyətinin tərkibindəki əsas işi ilə birlikdə 1919-cu ilin avqustunda Parisdə yaradılan "Fransa-Qafqaz Komitəsi"ndə də fəaliyyət göstərirdi. Fransanın Transqafqaz ölkələri, ilk növbədə isə Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələrini canlandırmaq məqsədilə yaradılmış bu Komitədə Fransanı diplomat və şərqşünas E.Uplo (sədr), Gürcüstanı knyaz M.Sumbatov (sədr müavini), Azərbaycanı M.Mirmehdiyev (sədr müavini) təmsil edirdilər. Mühacirət dövründə də siyasi fəaliyyətindən çəkilməyən Mir Yaqub eyni zamanda Parisdə rus

dilində çap olunan "Qafqaz" jurnah ilə yaxından əməkdaşlıq edirdi. 1926-cı ildə onun "Sovet rejimi: mənbələri və mahiyyəti", 1933-cü ildə isə "Qafqaz problemləri" kitabları Parisdə, fransız dilində çap olunmuşdu. Birinci kitabda müəllif sovet rejiminin xalqa zidd, antibəşəri mahiyyətini açıqlamağa çalışırdı. "Qafqaz problemləri" kitabında isə çar Rusiyası tərəfindən bu regionun işğalından tutmuş 1920-ci ilə qədər Qafqazda cərəyan edən əsas hadisə və prosesləri izlənilmiş, yeni işğal faktının — sovetləşdirmənin mahiyyəti və xarakteri diqqətlə təhlil edilib araşdırılmışdı. Kitabda bütövlükdə böyük Qafqazın problemləri işıqlandırılsa da, əsas diqqət müəllifin vətəninə — Azərbaycana yönəldilmişdi. Mir Yaqub tam əsasla Paris Sülh konfransındakı Azəbaycan Nümayəndə heyətinin fəaliyyətini obyektiv işıqlandıran ilk tarixçi-politoloq da hesab oluna bilər. İkinci Dünya müharibəsi ərəfəsində Parisdən İrana köçən M.Mirmehdiyevin sonrakı həyatı və taleyi haqqında hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Nümayəndə heyətinin ən gənc üzvü Məhəmməd Məhərrəmov hələ 20-ci illərin əvvəllərində siyasi səhnədən uzaqlaşmış və kiçik də olsa öz biznesini qurmağa çalışmışdı. Sonralar o, daha çox bibliofil və antikvar əşyalar üzrə mütəxəsis kimi tanınmışdı. Hətta məşhur rus yazıçısı A.Gertsenin Londonda çap etdiyi "Kolokol" 15 jurnalının tam komplektini və eyni müəllifin İsveçrədə işıq üzü görən nadir külliyyatını ötən əsrin 60-cı illərində Moskvadakı keçmiş Lenin kitabxanasına bağışlamış və bunun müqabilində Sovet İttifaqının Xarici ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin xüsusi mükafatına layiq görülmüşdü. 70-ci illərdə Azərbaycan EA-nın müxbir üzvü A.Zamanov vasitəsilə doğma vətəni ilə əlaqələr yaradan M.Məhərrəmov Azərbaycanın kitabxana və kitab fondlarına da bir sıra nadir çap məhsulları təqdim etmişdi. Məhəmməd Məhərrəmov Azərbaycan Nümayəndə heyətinin həyatda qalan sonuncu üzvü olmuşdu. O, 1982-ci ildə Parisdə 87 yaşında vəfat etmişdi.

  1. 1 2 3 4 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 287-292. ISBN 9952-417-44-4.