Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Corc Kokborn (ing. George Cockburn; 22 aprel 1772 – 19 avqust 1853)—ingilis hərbi və dövlət xadimi.
Corc Kokborn | |
---|---|
ing. George Cockburn | |
Müqəddəs Yelena adasının qubernatoru | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | London, Böyük Britaniya |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Royal-Leminqton-Spa, Böyük Britaniya |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, donanma zabiti[d] |
Hərbi xidmət | |
Qoşun növü | Krallıq donanması[1] |
Döyüşlər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Corc Kokborn 22 aprel 1772-ci ildə Londonda anadan olmuşdu.
1814-cü ilin avqustunda Britaniya ekspedisiya korpusu Çesapik buxtasında sahilə çıxıb Vaşinqtona yürüş etdi. Prezident Ceyms Medison Vaşinqtonu müdafiə etmək üçün heç bir plan hazırlamamışdı. Özü maliyyə nazirindən bir cüt duel tapançasını borc götürüb, faytonda vuruşmağa yollandı. Lakin işlərin necə getdiyini görüb əks istiqamətə tələsdi. Onun arvadı Dollinin Ağ evdən xilas etdiyi şeylər arasında rəssam Cilbert Styuart tərəfindən çəkilmiş və çərçivəsindən çıxardığı Vaşiqtonun portreti, gümüş boşqab, bir fayton yükündə rəsmi sənədlər və öz tutuquşusu var idi. Digər bütün şeylər, onun velvetdən olan xalatları və qızıl boyunbağısı da itmişdi.
Düşmən qoşunu Ağ evə gələndə, onlar mətbəxdə qırx nəfər üçün bişirilmiş nahar xörəklərini tapdılar. Britaniya admiralı Corc Kokborn prezidentə məxsus olan şlyapanı oğurladı və "Cemmi sarayı"nın qalan hissəsinin yandırılmasına razılıq verdi. Əlli Britaniya dənizçisi pəncərələrdən binaya yanan qatran kürələrini atırdılar. Belə bir dağıntı Kapitolidə də baş verdi, onun mərkəzi günbəzi o vaxtlar hələ tikilməmişdi. Qəzet redaksiyalarının binaları, bütün şəhər körpüləri və bir neçə ev bu taleyi yaşadı. Belə deyirlər ki, Kapitolidə qaraguruhun ardınca Nümayəndələr Palatasının zalına daxil olub, spiker kürsüsünə dırmaşan Kokborn belə sualla müraciət etdi: "Yanki demokratiyasının bu limanı yanacaqdırmı?" Yekdil təsdiq nidaları səsləndi və burada da məşəllərdən istifadə olundu.
Ağ evin içərisi bütünlüklə yanmışdı. Başlayan yağış onun divarlarını salamat saxlamışdı. Gənc dövlətin paytaxtı belə təhqirlə üzləşməli olmuşdu. İngilislərin bu hərəkəti təkcə Amerikada deyil, ingilislərin bəzi dairələrində də qəzəb doğurmuşdu. Paytaxtın vəhşicəsinə dağıdılması amerikanların döyüş əzmini qırmadı. Bundan sonra onlar ilk qələbəni Pittsburqda, ikinci qələbəni isə Baltimorda qazandılar. Paytaxtın taleyi xalqa ibrət dərsi vermişdi. Birləşmiş Ştatlar şərəfli sülh bağlamağa nail oldu. Britaniyalılar deyil, amerikalılar müharibədən çox şey əldə etdilər. Birləşmiş Ştatlara birinci növ dövlət olmaq yolu açıldı, müharibədən sonra ölkəyə immiqrasiya axını başladı.
Britaniya ordusu paytaxtın üstünə yürüş edəndə Vaşinqton səkkiz min əhalisi olan kənd idi. Prezident və Kabinet paytaxta qayıtmışdı və indi əsir düşməkdən yayınmaq üçün müxtəlif istiqamətləri götür-qoy edirdilər. Xanım Medison Ağ evi tərk edəndə Vaşinqtonun Styuard tərəfindən çəkilmiş məşhur portretini və İstiqlaliyyət Deklarasiyasının orijinal layihəsini özü ilə götürüb ehtiyatlı qaydada qoruyurdu. Britaniya ordusu gecə düşəndə Kapitolidən bir mil aralıdakı kvartalda düşərgə salmışdı, bu vaxt qoşun dəstəsi Rossun və bədnam admiral Kokbornun başçılığı altında ictimai binaları yandırmaqda davam edirdi. Kokborn qaraguruhun ardınca Nümayəndələr Palatasının zalına daxil olub, məşəllə binanın yandırılmasına başçılıq etmişdi. Sonra isə Ağ ev oda verildi.
Corc Kokborn Napoleon Bonapartı Müqəddəs Yelena adasına aparmaq müəssər olmuşdu.
Belə ki, Napoleon 20 aprel 1814-cü ildən Aralıq dənizindəki Elba adasına imperator titulu saxlanılmaqla sürgün edilir.[3] 26 fevral 1815-ci ildə sürgündən qaçaraq 20 martda maneəsiz Parisə dönən Napoleon[4]. əldən verilmiş mövqeləri qaytarmaq istəyirdi. Lakin yüz günlükdən, Vaterloo döyüşündəki məğlubiyyətdən sonra onu ikinci dəfə imperatorluqdan imtina etməyə vadar edirlər və Müqəddəs Yelena adasına sürgün edilir.[5]
Müqəddəs Yelena adasında ikən Napoleon öz memuarlarını yazır. Səhətinin get-gedə pisləşməsilə 5 may 1821-ci ildə vəfat edir. Meyidi yarıldıqdan sonra 9 mayda dəfn edilir. Atopsiyanın nəticəsinə görə Napoleon qanaxma ilə fəsadlaşmış mədə xərçəngindən vəfat etmişdir.[6]
Onun zəhərlənməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.
Corc Kokborn 19 avqust 1853-cü ildə vəfat edib.