Corc fon Lenqerke Meyer (ing. George von Lengerke Meyer; 24 iyun 1858[1][2], Boston[2] – 9 mart 1918[1][2], Boston[2]) – ABŞ diplomatı. ABŞ-ın İtaliya və Rusiyadakı səfiri olmuşdur.
Corc fon Lenqerke Meyer | |
---|---|
ing. George von Lengerke Meyer | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 iyun 1858[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 9 mart 1918[1][2] (60 yaşında) |
Vəfat yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi, iş adamı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Corc fon Lenqerke Meyer 1858-ci ildə ABŞ-ın Boston şəhərində doğulmuşdur. Onun atası Ost-Hind şirkəti üçün çalışan tacir olmuşdur. 1879-cu ildə Harvard Kollecindən məzun olmuşdur. Qısa müddət bankir kimi işlədikdən sonra siyasi karyerasına başlamışdır.[3] 1889-cu ildə Boston Şəhər Şurasına seçilmişdir. 1892–1896-cı illərdə Massaçusetts Ştatının Nümayəndələr Palatasının üzvü kimi xidmət göstərmişdir. 1900-cü ildə ABŞ-ın İtaliyadakı səfiri təyin olunmuşdur. 1905-ci ilin əvvəlində isə Rusiyanın Sankt-Peterburq şəhərindəki səfir vəzifəsini tutmuş və 1907-ci ilə qədər bu vəzifədə qalmışdır.[4]
ABŞ prezidenti Teodor Ruzvelt Rus-yapon müharibəsinin sülh danışıqları üçün vasitəçi rol oynamasında Meyerin də böyük xidmətləri olmuşdur. O, qərar verməkdən məsul olan Rusiya diplomatlarını Portsmut Sülh Konfransında iştirak etmək barədə xəbərdar etmişdir. Rusiyadan qayıtdıqdan sonra 1907–1909-cu illərdə general-poçtmeyster olmuş, 1909–1913-cü illərdə prezident Vilyam Taftın idarəçiliyi altında donanma naziri kimi fəaliyyət göstərmişdir. Bu dövrdə ABŞ donanmasında islahatlar aparmağa çalışmış, 50-dən çox döyüş gəmisi və krayseri yeniləmişdir.[4]