Corce Corceksu (12 sentyabr 1887[1] – 1 sentyabr 1964[1], Buxarest) — rumın dirijoru, violonçelçalan.[2]
Corce Corceksu | |
---|---|
ing. George Georgescu | |
| |
Doğum tarixi | |
Doğum yeri | Tulça, Sulina |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Buxarest |
Milliyyəti | rumın |
Fəaliyyəti | dirijor, violonçelçalan |
Vikianbarda əlaqəli mediafayllar |
Buxarest konservatoriyasını (K. Dimitreskunun violonçel sinfini) bitirmiş (1910), Berlində Ali musiqi məktəbində X. Bekkerin violonçel sinfində (1910–14) oxumuş, burada kompozisiya və dirijorluqla da məşğul olmuşdur. 1911–16-cı illərdə simli "Marto-kvartet"in heyətində violonçel ifaçısı kimi çıxış etmişdir.[2]
1916–18-ci illərdə R. Ştraus və A. fon Nikişdən dirijorluq dərsi almışdır. Dirijor kimi debütü Berlin filarmonik orkestri ilə olmuşdur (1918). Buxarest filarmoniyasının orkestrini (1920) yaratmış (hazırda C. Enes ku ad. Simfonik orkestr), 1944-cü ilə qədər və 1954–64-cü illərdə onun baş dirijoru olmuşdur. 1922–40-cı illərdə (fasilələrlə) Buxarest Opera Teatrının dirijoru və direktoru, 1950–53-cü illərdə Buxarest konservatoriyasının professoru idi. Repertuarında müasir musiqi əsas yer tuturdu.[2]