Corcio Armani

Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri.

Corco Armani
it. Giorgio Armani
Moskva 2009
Moskva 2009
Doğum tarixi (90 yaş)
Doğum yeri İtaliya İtaliya, Pyaçentsa
Təhsili
Fəaliyyəti sahibkar, dəb dizayneri
Fəaliyyət illəri 1960-cı ildən
giorgioarmani.com/index.…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişiqadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir.[1]

"Olimpia Milano" basketbol yığımın prezidentidir.[2] Britaniyanın sportsmenlərin geyimi ilə işləyirdi.[3] "Çelsi" oyunçuları üçün kostyumlar yaratdı.[4]

Fəxri Legion ordeninin kavaleri.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 58. ISBN 978-9952-441-05-5.
  2. "Giorgio Armani, The Father Of Italian Fashion". 2009-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08. (#redundant_parameters); (#redundant_parameters)
  3. "Giorgio Armani Presents New England Football Team Off-Field Wardrobe for European Championships". 2011-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. "An Excellent Pitch". 2007-08-03. 2012-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-04-25.