Kostyum

Kostyum — klassik kişi və ya qadın geyimi.

İnsanlar müxtəlif paltarlardan istədiyi kimi yararlana və müasir dəbə uyğun geyinə bilər. Lakin xüsusi şəxslər vardır ki, əsasən də daha yüksək cəmiyyətin nümayəndələri geyimlərinə ciddi yanaşır və ən xırda detalı belə nəzərdən qaçırmırlar. Onlar gecə keçirilən mərasimlərin hamısına uyğun paltarlar hazırlayırlar. Yəqin ki, bunların içərisində ən çətin tikilənlərdən biri kostumdur. Məhz buna görə də bu geyim növünə daha çox diqqət ayrılır.

Kostyumun tarixi

[redaktə | mənbəni redaktə et]

Kostumun tarixi İngiltərədən başlayır, hansı ki, XIX əsrdən formalaşmış və həmin dövrdə "siqaret çəkənlər kurtkası" – "smoking jacket" kimi dəyərləndirilmişdir. Bu səbəbdən kurtka çox soyuq idi, daha əvvəllər isə isti forması da yaradılmışdı. Atlasdan hazırlanan geyim özündə qoxu saxlamırdı. Yeməkdən sonra kişilər adətən siqaret çəkmək üçün qadınlardan uzaq bir yerə yığışardılar. Mərasim üçün onlarda olan paltrarlarını kirlətməmək istəyən şəxslər kostumda yəni smokingdən istifadə edirdilər. İrəli sürülən fikirlərə görə kostum insan həyatına asan formada daxil olan kostum Böyük Britaniyanın baş naziri Benjamin Dizraelinin yardımı ilə olmuşdur. Həmin şəxs kitabxanada oturub siqaret çəkməyi çox sevirmiş.

Digər düşüncələrə görə kostum ilk dəfə gecə mərasimləri üçün nəzərdə tutulmuşdur və 1880-ci ildə Mote Karloda yaradılmışdır. Həmin vaxtı xüsusi yerlərə oyun oynamaq məqsədi ilə gələn insanlar o qədər yorulurmuş ki, əynindəki palıtarlara belə diqqət yetirmirmişlər. Lakin içəri daxil olmaq bu cəhətdən çətinlik törədirmiş. Bu səbəblərə görə insanlar etiket şərəfinə daha yüksək səviyyəli geyinərək başqalarının gözündən pərdə asmağa çalışmışlar.

Kostyum hazırkı dövrdə

[redaktə | mənbəni redaktə et]

Hazırkı dövrdə yalnız qara rəngdə deyil, digər rənglərdə də kostumlara rast gəlmək mümkündür. Çox hallarda ağ rəngdə hazırlanmış təntənəli mərasimlərdə geyinilən kostumlar da insanların diqqətini cəlb edir. Digər rənglər üzərində isə eksperimentlər demək olar heç aparılmamışdır. Bütün bunlara baxmayarq əksəriyyət baboçka və yaxalarında gül də daşımağa üstünlük verir. Kostumu yalnız kişi geyimi hesab etməyin. Baxmayaraq ki, bu siqaret çəkənlər üçün kurtkadır, əvvəllər bu geyim güclü cinsin nümayəndəsi yəni kişilər üçün nəzərdə tutulmuşdu. Bir müddət keçdikdən sonra qadınlar da bu geyimdən istifadə etməyə başladılar. Bunlardan biri Marlen Ditrixdir, hansı ki, öz kişi geyimləri ilə cəmiyyətdə xüsusi mövqe tuturdu. Hələ XX əsrin ortalarında o, özünə ağ rəngdə olan və Berlində böyük ustalıqla hazırlanan kostumlar sifariş edirdi. Parisə gəldikdə isə bu xanımı müəyyən yerlərə öz xarici görünüşünə görə buraxmırdlılar.

Kostyumda haralara getmək?

[redaktə | mənbəni redaktə et]

"Kostyumda haralara getmək?" olar bu sual həmişə insnaları narahat etmişdir. Əgər siz "Black tie" adlanan yerə dəvət almısınızsa, siz əsl centlmen kimi baboçkalı kostyumla ora getməlisiniz. Kostyumun seçimi zamanı xüsusən tünd rənglərə üstünlük verməyiniz məsləhət görülür. Həmçinin bu geyim sizin saat 5 dən sonrakı layihələrin müzakirəsi üçün nəzərdə tutulmuş axşam yeməklərinz üçün də keçərlidir. Bu zaman sizin kostyumunuz 100% qara rəngdə olmalıdır, həmçinin xüsusi keyfiyyətinin də olması mühümdür. Ən yaxşı parça növü "super – 200" sayılır. Bu zaman bir kq yundan 200 metr parça əldə edilir. Həmin parça xüsusi ilə qiymətləndirilir və almaz, qızılı rəngdə olan rənglərlə zənginləşdirilir.

Ağ kostyum yalnız RusiyaAvropada hazırlanır. Çünki yay aylarında isti havalarda bu daha mühüm rol oynayır. Xüsusən evlənən şəxslər çox vaxt ağ rəngli kostyuma yer verirlər. Düzdür, bəzi insanlar pencəyi qara şalvarla da uyğunlaşdırmağı bacarır. Lakin kateqorik cəhətdən qara pencəklə qara baboçka taxmaq məsləhət görülmür. Bu zaman sizi metro işçisinə, ofisanta və orkestr işçisinə bənzədə bilərlər. Baboçkaların ideal forması kənarları dik vəziyyətdə olanlardır və ideal insanlar da bunu taxmağı və bağlamağı bacaranlardır.

Bütün sadaladıqlarımıza baxmayaraq kostyumlar eynidir və modada bu geyimə qarşı heç vaxt köklü dəyişikliklər olmur. Sadəcə kostyumların görünüşlərində xırda detalları dəyişdirirlər. Bunlara varetniklərin müxtəlif formalarda tikilməsi aiddir. "Balıq ağzı", "dairəvi forma" və ingilislərin klassik hazırlanan düz dairəvi kostyum varetnikləri bunlara əyani misaldır. Həmçinin kostyumların tikiliş qaydaları da bir – birindən kəskin surətdə fərqlənə bilər. Hətta kostyunmların tikilməsi zamanı müxtəlif hissələrinə atlas parçadan əlavələr də edilir. Xüsusən ingilis ənənələrinə sadiq qalınaraq qara, qara – goy, ağ və şərab rəngində olan kostyumlara üstünlük verilir. Lakin son zamanlarda kişilər başqa rənglərə üz tutataraq onları da təcrübədən keçirilər. Bu kimi geyimlər də insnaların diqqətini çəkir. Bu növdə olan geyimləri siz daha çox kokteylərə getyinə bilərsiniz. Kostyumun altından geyinilən köynək isə həmişə çalışın ağ rəngdə olsun. İnsanlar daha çox pambıqdan olan köynəklərə üstünlük versələr də, bəzi hallarda ipəkdən olan köynəklər də geyinənlər olur. Bu növdə geyinilmiş köynəklərin qollarında qol düymələrinin olması da vacib şərtlərdən biridir. Geyindiyiniz tuflui qara rəngdə olmalıdır və tünd rəngdə olaraq parıladaya da bilər. Lakin çalışın ki, bu ayaqqabı qara laklı olmasın. Xüsusən az uzunluğa malik olan uc hissəsi, üzəri sapla bağlanan və çox da hündür olmayan dabana sahib olmalıdır. Bu növdə olan ayaqqabılara "oxford" üslubu da deyilir.