Cordan Devis

Cordan Dincelo Deyvis (ing. Jordan Deangelo Davis; 6 iyun 1997, Las-Veqas, Nevada) – AzərbaycanABŞ basketbolçusu. Sonuncu dəfə Almaniyanın "Hamburq Tovers" klubunda çıxış etmişdir. Şimali Kolorado Universitetində kollec basketbolu oynamışdır.

Cordan Devis
Boyu 188 sm[1]
Çəkisi 84 kq, 84 kq[1][1]
Vətəndaşlığı
Doğum tarixi 6 iyun 1997(1997-06-06) (27 yaş)
Doğum yeri
Təhsili
  • Şimali Kolorado Universiteti[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kollec karyerası

[redaktə | mənbəni redaktə et]

Deyvis "Şərqi Vaşinqton" komandası üçün müraciət etsə də, karyerasına "Şimali Kolorado" komandasında başlamışdır.[3] Deyvis starter kimi başladığı mövsümdə hər oyun başına 11 xal, 3,6 ribaund və 2,1 ötürmə ilə yadda qalmışdır. Növbəti iki mövsüm ərzində Big Sky Konfransının adlarına layiq görülmüşdür. O, komandası ilə 2018-ci ildə CollegeInsider.com postmövsüm turnirinin qalibi olmuşdur. Həmin mövsümdən sonra Deyvis 2018-ci ilin NBA draftına göstərilmiş, lakin "Şimali Kolorado" komandasında oynamağı seçmişdir.[4]

O, yeni mövsümdə bir sıra uğurlara imza atmışdır. O, "Cənubi Yuta"ya qarşı oyunda 2000 karyera xalını keçmiş, oyunda 36 xalla (karyerası üçün rekord) yadda qalmışdır.[5] Növbəti mövsüm komandasının ən məhsuldar oyunçusu olmuş, 16 fevral 2019-cu ildə "Şərqi Vaşinqton"a qarşı məğlub olduqları oyunda Mayk Hiqqinqsin 2.112 xallıq göstəricisini keçmişdir.[6] Həm mövsüm Deyvis oyun başına 23,4 xal, 4,7 ribaund və 4,7 xalla yadda qalmış, karyerasını 2.270 karyera xalı ilə yekunlaşdırmışdır. Mövsümün sonunda Deyvsin İlin Big Sky Oyunçusu adına layiq görülmüşdür.[7][8]

Peşəkar karyerası

[redaktə | mənbəni redaktə et]

2019 NBA draft mövsümündə draft olunmamış qaldıqdan sonra 2019 NBA Yay Liqasında "Denver Naqqets" komandasına qatılmışdır.[9] 15 iyul 2019-cu ildə "Baksi Manresa" komandası ilə müqavilə imzalamışdır.[10]

20 noyabr 2019-cu ildə Almaniya çempionatında çıxış edən "Rasta Vexta" komandasına keçmişdir.[11] Klubda oyun başına 11,2 xal və 2,4 ötürmə ilə yadda qalmışdır. 18 may 2019-cu ildə Deyvis "Hapoel Tel-Əviv" klubu ilə müqavilə imzalayaraq İsrail çempionatında çıxış etməyə başlamışdır.[12] 24 iyul 2020-ci ildə İspaniyanın "UCAM Mursiya" klubuna keçmişdir.[13] O, 15 dekabrda komandası ilə üçillik müqavilə imzalamışdır. 16 fevral 2023-cü ildə Almaniyanın "Hamburq Tovers" klubuna keçmişdir..[14]

2017-ci ildə Azərbaycan Basketbol Federasiyası 2017 FIBA U-20 Avropa Çempionatının B Divizionunda Azərbaycan adına yarışması üçün Deyvisə müraciət etmişdir. O, Azərbaycan pasportu əldə etmiş və turnirə qatılmışdır. Oyun başına 26,8 xal və 10,2 ribaundla yadda qalsa da, komanda növbəti mərhələyə keçə bilməmişdir.[15]

  1. 1 2 3 https://www.easycredit-bbl.de/spieler/fd99195c-0b3b-41d4-9b4f-a1037f474710 (alm.).
  2. College Basketball at Sports-Reference.com.
  3. Moss, Irv. "Northern Colorado freshman guard Jordan Davis playing with a chip on his shoulder". Buffzone.com. December 12, 2015. March 31, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
  4. Delaney, Anne. "University of Northern Colorado's Davis explains return to Bears for senior season". Greeley Tribune. December 28, 2018. İstifadə tarixi: March 31, 2019.
  5. Ronan, Ryan. "Davis sets a career high and @UNC_BearsMBB snaps the Thunderbirds four-game winning streak". Northern Colorado Bears. January 24, 2019. İstifadə tarixi: March 31, 2019.
  6. Mustari, Samuel. "Jordan Davis is king of the hill despite a loss by University of Northern Colorado men's basketball team on the road at Eastern Washington". Greeley Tribune. February 16, 2019. İstifadə tarixi: March 31, 2019.
  7. "UNC's Jordan Davis Tabbed #BIGSKYMBB MVP; All-Conference Team Announced" (Press-reliz). Big Sky Conference. March 12, 2019. İstifadə tarixi: March 31, 2019.
  8. Keeler, Sean. "How Northern Colorado's Jordan Davis, "a miniature Russell Westbrook," is going to destroy your NCAA Tournament bracket". Denver Post. February 10, 2019. İstifadə tarixi: March 31, 2019.
  9. Ewing, Brandon. "Former UNC star Jordan Davis to play for Nuggets summer league team". Mile High Sports. June 21, 2019. İstifadə tarixi: July 15, 2019.
  10. Lupo, Nicola. "Jordan Davis signs with BAXI Manresa". Sportando. July 15, 2019. İstifadə tarixi: July 15, 2019.
  11. "Rasta Vechta announces Jordan Davis". Sportando (ingilis). November 20, 2019. İstifadə tarixi: November 20, 2019.
  12. "Hapoel Tel Aviv signs Jordan Davis". Sportando. May 18, 2020. İstifadə tarixi: May 19, 2020.
  13. "Jordan Davis signs with UCAM Murcia". Sportando (ingilis). July 24, 2020. İstifadə tarixi: July 24, 2020.
  14. "Jordan Davis signs contract extension with Murcia". Sportando. December 15, 2021. İstifadə tarixi: December 15, 2021.
  15. Winn, Luke. "How a 20-year-old, Las Vegas-born combo guard joined the Azerbaijan national team". Greeley Tribune. July 13, 2017. İstifadə tarixi: March 31, 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]