Corrigia skrjabini (lat. Corrigia skrjabini) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.
Corrigia skrjabini | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Trematodlar nisbətən uzun silindrik bədən quruluşuna malik olub, (14,8-21,7 mm), enləri isə toxumluq sahəsində maksimal böyüklükdə 0,79-0,83 mm-dir. Ağız sormacı suterminal yerləşmişdir, onun diametri 0,315х0,420 mm-dir. Qarın sormacının diametri 0,367-0,420 mm olub, bədənin ön qurtaracağının 0,787-0,840 mm məsafədə yerləşir. Girdə farinksin diametri 0.157 mm-dir. Qida borusuna malikdir. Girdə və oxşar formaya malik olan yumurtalıqlar bir-birinin ardınca median boyunca yerləşir. Arxa toxumluğun uzunluğu 0.60-0.85 mm, eni isə 0.55-0.75 mm-dir. Ön toxumluq qarın sormacından 1.26-2.1 mm məsafədə yerləşən uzunluğu 0,60-0,75 mm, eni isə 0,50-0,75 mm çatır. Cinsi bursa qarın sormacından öndə yerləşir. Yumurtalıqlar tam kənarlı, girdə toxumluqdan kiçik olub, arxa toxumluqdan 0,210-0,126 mm arxada yerləşərək, 0,28-0,34 mm uzunluğa, 0,31-0,42 mm enə malikdir. Onların arxa qurtaracaqları bədənin arxa tərəfində, müxtəlif səviyyələrdə yerləşir sağ 5,25-9,24 mm, sol 8–11 mm-dir. Balalıqda çoxsaylı iri, köndələn qarmaqlar yerləşir. Yumurtalıq sarı-qızılı rəngdə olub, uzunluğu 0,032 mm, eni isə 0,022 mm-dir.[1]
Azsaylı növdür, növdaxili müxtəlifliyi Politipdir, Parazit orqanizm olub quşların (Tetragallus caucasicus, Alectoris kakelik) mədəaltı vəzidə, bağırsağın nazik və yoğun şöbəsində yaşayır. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayiət edilir. Epiteli hüceyrələri ilə qidalanır. Düşmənləri yoxdur. Hermafrodit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Ontogenezi məlum deyil. Reproduktivliyi və Xromosom göstəriciləri öyrənilməmişdir. Üçüncü dərəcəli konsumentdir. İnsan həyatına təsiri məlum deyil. Mühafizəsinə ehtiyac yoxdur.[2]
Dünyada-11, Qafqazda-2, Azərbaycanda-2 növü yayılıb. Əsasən Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Ermənistanda, Azərbaycanda isə Böyük Qafqazda yayılmışdır.[3]