Covanni Maria Ancolello – Venesiya səyyahı.
Covanni Maria Ancolello | |
---|---|
Giovanni Maria Angiolello | |
Doğum tarixi | |
Doğum yeri | İtaliya, Viçensa |
Vəfat tarixi | |
Vəfat yeri | İtaliya, Viçensa |
Vətəndaşlığı | İtaliya |
Milliyyəti | italyan |
Fəaliyyəti | tarixçi |
1470-ci ildə Ancolello osmanlı sultanı II Mehmed tərəfindən əsir götürülərək İstanbula gətirilmişdir. Osmanlılarla Ağqoyunlular arasında baş vermiş döyüşlərdə, həmçinin Fateh sultan Mehmedin digər yürüşlərində iştirak etmişdir. 1475–81-ci illərdə Osmanlı dövlətində müxtəlif vəzifələrdə çalışmışdır. 1484-cü ildə Venesiyaya qayıtmış, 1507-ci ildə isə Səfəvilər dövlətinə gəlib 7 il burada yaşamışdır.
Ancolellonun ən məşhur əsəri "İranda Uzun Həsənin həyatı və əməllərinin qısa hekayəsi"dir. "Türk tarixi" adlı əsəri Osmanlı tarixinin 1300–1520-ci illərini əhatə edir. "Eyriboz səyahət naməsi"ndə isə Ancolello Osmanlı dövlətinin hökumət və ordu strukturu haqqında məlumat verir. Onun əsərləri Osmanlı, Ağqoyunlu və Səfəvi tarixi üçün mühüm mənbədir.[1]