Cozef Hardi Niisima

Niicima Co[a] (新島 襄?, 12 fevral 184323 yanvar 1890, Oiso[d]) və ya Cozef Hardi Niisima (ing. Joseph Hardy Neesima) – Yaponiya protestant missioneri və pedaqoqu. Yaponiyanın ilk rütbəli protestantıdır. 1875-ci ildə Doşişa Universitetinin əsasını qoymuşdur.

Cozef Hardi Niisima
yap. 新島襄
Doğum tarixi 12 fevral 1843(1843-02-12)
Vəfat tarixi 23 yanvar 1890(1890-01-23) (46 yaşında)
Vəfat yeri
Vəfat səbəbi peritonit
Təhsili
  • Filips Akademiyası[d]
Fəaliyyəti missioner, müəllim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri və ABŞ

[redaktə | mənbəni redaktə et]

1843-cü ildə Edo şəhərində doğulmuşdur. Doğum adı Niicima Şimeta idi. Samuray olan atası Niicima Tamici Kozuke əyalətinində Annaka daymyosunun qulluqçusu idi.[1] Holland dilini öyrənməyə seçilmiş və şoqunluğunun donanma məktəbinə qəbul olunmuşdur. Daha sonra cəbr, həndəsə və naviqasiya öyrənmişdir. Yaradılış kitabının Çin dilindəki tərcümələri və Eliya Kolman Bricmanın "Amerika Birləşmiş Ştatlarının tarixi coğrafiyası" əsəri ilə tanışlığı onun xarici dünyaya maraq göstərməsinə səbəb olmuşdur.[2]

Xaricə səfər etməyən istəyən Niicima 1864-cü ildə Hakodate limanına getmiş və gizlicə bir gəmiyə minmişdir. 1865-ci ilin iyulunda "The Wild Rover" gəmisinin göyərtəsində Bostona çatmışdır. Gəminin sahibi olan Alfey Hardı qatı xristian olmaqla yanaşı, Andover şəhərində yerləşən Filips AkademiyasınınAmherst Kollecinin qəyyum üzvü idi. O, Niicimanı bu iki instituta göndərməyə qərar vermişdir. Niicima 1866-cı ildə Andoverdə xristian kimi vəftiz olunmuş, 1870-ci ildə Amherts Kollecindən məzun olaraq Andover Teologiya Seminariyasına daxil olmuşdur. 1872-ci ildə Yaponiyanın ABŞ-dəki səfiri Mori Arinorinin təkidi ilə ABŞ və Avropaya göndərilmiş İvakura missiyasının tərcüməçisi olmuşdur. Niicima təhsil haqqında rəsmi hesabatlar yazdıqdan sonra dini təhsilini tamamlamaq üçün Andoverə qayıtmışdır.[2]

Yaponiyaya qayıdışı

[redaktə | mənbəni redaktə et]

1874-cü ilin oktyabrında Vermont ştatının Ratlend şəhərində baş tutmuş lazarçıların illik görüşündə Yaponiyada xristian məktəbinin yaradılması üçün müraciət etmiş və 5.000 dollar məbləğində vəsait əldə etmişdir. Yaponiyaya qayıtdıqdan sonra xristian məktəbinin açılması üçün işlərə başlamışdır. Hökumət lideri Kido Takayoşi məktəbin Osakada açılması üçün icazə versə də, Osaka qubernatorunun etirazından sonra məktəbin Kioto şəhərində yaradılmasına qərar vermişdir.[2] Qurduğu Doşişa İngilis Məktəbinin 1875–1890-cı illərdə müəllimi olmuşdur. Məktəb 1921-ci ildə Doşişa Universitetinə çevrilmişdir.[3]

Niisima Yaponiyada qızlar məktəbi qurmuşdur. 1884-cü ildə Avropa və ABŞ-yə səfər etmiş, 1888-ci ildə universitet qurmağı planlaşdırdığını açıqlamışdır. Bu məqsədlə elmi məktəb açmışdır.[4] 1889-cu ildə Amherst Kollecinin dərəcəsini əldə etmişdir.[3] Kodo Ozaki, Tokio Yokoi, Danco Ebina, Soho Tokutomi, İso Abe kimi şəxslər onun tələbəsi olmuşdur.[4] 1890-cı ildə ölmüş, Kiotonun şərqində yerləşən Nyakocidə dəfn olunmuşdur.[3]

  1. Doğum adı Niicima Şimeta.[1] Digər adı Niicima Noboru.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. İstifadə tarixi: 13 sentyabr 2024.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 386. ISBN 0-87011-625-8. İstifadə tarixi: 13 sentyabr 2024.
  • Frédéric, Louis. Japan Encyclopedia (ingiliscə). Harvard University Press. 2002. səh. 711. ISBN 9780674017535. İstifadə tarixi: 13 sentyabr 2024.