Cozef Pristli (ing. Joseph Priestley; 13 (24) mart 1733[2][4] – 6 fevral 1804[5][6][…], Nortamberlend[d], Pensilvaniya[2][3]) — Böyük Britaniya kimyaçısı, filosofu.
Cozef Pristli | |
---|---|
ing. Joseph Priestley | |
Doğum tarixi | |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | filosof, ilahiyyatçı, kimyaçı, maarifçi, siyasi nəzəriyyəçi[d], Diletantlıq, kitabxanaçı, müəllim, fizik, siyasətçi, ixtiraçı, yazıçı, xristian din xadimi[d], dilçi, təbiətşünas |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
İngilis kimyaçısı Cozef Pristli 13 mart 1733-cü ildə anadan olmuşdu.
Qazlı içkiləri ilk dəfə britaniyalı kimyaçı Cozef Pristli kəşf edib. O çox hərtərəfli insan idi: təbii elmlərdən əlavə fəlsəfə, ruhaniliklə də maraqlanırdı. Cozef Pristli fotosintez prosesini öyrənib, "şənləndirici" qaz və oksigeni kəşf edib. Bu kəşflərin əksəriyyəti digər tədqiqatçıların əhəmiyyət vermədikləri prosesləri izləməklə baş verib. Qazlı içkilərin kəşfi də bu qəbildəndir. Pivə istehsalı ilə məşğul olan yerli sexdə Pristlini belə bir sual düşündürürdü: qıcqırdılma zamanı yaranan köpüklərin tərkibi nədən ibarətdir? O təxmin edir ki bu qaz suda yaxşı həll olmalıdır və buna görə də hazırlanan pivə üzərində su qabları yerləşdirir. Su doğrudan da bu köpüklərlə "yüklənir" və alim müəyyən edir ki bu köpükləri yaradan qaz karbon qazıdır. Cozef karbon dioksid məhlulunun dadına baxır, bəyənir və nəticə etibarıyla 1767-ci ildə dünyada ilk dəfə bir şüşə qazlı su içkisi hazırlayır. Maraqlı fakt: Cozef Pristlinin bir çox ixtiraları təqdirəlayiqdir, lakin 1772-ci ildə fransız Elmlər Akademiyasına məhz qazlı içkiləri kəşf etdiyi üçün qəbul edilib. Növbəti 1773-cü ildə isə alimə bu ixtiraya görə Kral Cəmiyyətinin medalı təqdim edilib.
Cozef Pristli 6 fevral 1804-cü ildə vəfat edib.