Cozef Safra

Cozef Safra (ərəb. يوسف صفرا‎, port. Joseph Safra; 1939, Hələb, Suriya — 10 dekabr 2020, San-Paulu, Braziliya) — ərəb əsilli yəhudi Braziliya bankiri[1], oliqarx[2]. 4-cü nəslinin nümayəndəsi[2] olduğu Safra ailəsinin sərvətini idarə edir.

Cozef Safra
ərəb. يوسف صفرا‎, port. Joseph Safra
Doğum tarixi
Doğum yeri Hələb, Suriya
Vəfat tarixi
Vəfat yeri San-Paulu, Braziliya
Vətəndaşlığı SuriyaBraziliya
Fəaliyyəti bankir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cozef Safra 1939-cu ildə Suriyanın Hələb[3] şəhərində anadan olmuşdur.

Braziliya və Livan vətəndaşı olan Cozef Safranın ailəsi 1952-ci ildə Braziliyaya köçərək San-Pauluda "Safra" bankını yaratmışdır. Cozef Safranın təşəbbüsləri sayəsində bu bank Braziliyada öz yerini tuta bilmişdir,

amma uzun illər Braziliyada yaşamasına baxmayaraq o, bu ölkəni öz vətəni hesab etmir. O, heç də həmişə braziliyalılar üçün doğma dil olan portuqal dilində danışmır və bunun əvəzində ərəb, ivrit, ingilis, ispanfransız dillərində danışır[2].

Maliyyə imperiyası

[redaktə | mənbəni redaktə et]
Rio-de-Janeyroda "Safra" bankı

Hazırda onun maliyyə imperiyasının əsasını ilk növbədə "Banco Safra" (Braziliya), "J. Safra Sarasin" (İsveçrə) və "Safra National Bank of New York" (ABŞ) bankları təşkil edir[2]. Bundan əlavə, braziliyalı milyarder bütün dünya üzrə çox sayda daşınmaz əmlaka sahibdir. Ümumilikdə "Safra Group"un strukturlarının nəzarəti altında minimum 200 milyard dollar vardır[2].

Dünyanın ən varlı bankiri

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Cozef Safranın sərvəti 15,7 milyard dollara çatmışdır. Bununla da, o, dünyanın ən varlı bankiri adına sahib olmuşdur[2].

  1. Dünyanın ən varlı 10 ərəbi Arxivləşdirilib 2016-09-24 at the Wayback Machine. publika.az, 22.01.2014  (az.)
  2. 1 2 3 4 5 6 Cozef Safra: Dünyanın ən varlı bankiri Arxivləşdirilib 2017-08-18 at the Wayback Machine. banker.az, 29.06.2016  (az.)
  3. Jerusalem Post: The world's 50 Richest Jews: 11–20 Arxivləşdirilib 2021-03-04 at the Wayback Machine retrieved November 16, 2014