Crataegus × pseudoazarolus (lat. Crataegus × pseudoazarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Crataegus × pseudoazarolus | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Crataegus × pseudoazarolus |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qafqazda yayılmışdır.
Hündürlüyü 5-6 m olan ağacdır. Cavan zoğları seyrək-ağ keçəli, sonradan təxminən çılpaq, yaşılımtıl və al qırmızı olur, bir və ikiillik zoğlar isə al-qırmızı-qonur, bir az parlaq, qoca budaqları bozumtul-qonur və ya bozdur. Yarpaq qoltuğunda yerləşən iynələri seyrəkdir. Fertil zoğlarda olan yarpaqlarının uzunluğu 30-70 mm, eni 25-70 mm, yumurtavari və ya bəzən təxminən yumru, enli, uzunsov bünövrəli və iti ucludur. Beş-yeddi enli bölümlüdür, bölümlər yumurtavari olmaqla üstdən ucu biz, mərkəzindən qeyri-bərabər dişlidir. Steril zoğların yarpaqlarının uzunluğu 60-70 mm, eni 60-80 mm, üstü yaşıl rəngli, tutqun, yapışıqlı tükcüklüdür. İri yarpaqları bəzən çılpaq, alt tərəfi açıq yaşıldır. Saplaqları yarpaq ayalarından 2-2,5 (3) dəfə qısa və ya uzundur, çılpaq, seyrək tükcüklüdür. Yalançı zoğlarda olan yarpaqları tez tökülən, oraqvari, kənarları bütöv və ya bölümlüdür. Çiçək qrupu qalxanvari, 8-15 çiçəkli, çılpaq və ya uzun, seyrək tükcüklüdür, erkəkcikləri 16-20, tozluqların rəngi məlum deyil, sütuncuqları 4-5-dir. Meyvələri tünd qırmızı, şarşəkilli və ya təxminən şarşəkilli, uzunluğu 6-15 mm, eni 5-13 mm-dir. Kasayarpaqları enli-üçkünclü, diametri 4-5 mm olan dərin batıqlı, ucu biz, yuxarıya doğru əyilmişdir. Çəyirdkələri 4-5 ədəd, uzunluğu 5-11 mm, eni 4-6 (7) mm, şırımlı və ya yanlardan hamar, tutqun, qonur hipostillidir. İyul ayında çiçəkliyir. Sentyabr-oktyabr aylarında meyvə verir.
Şaxtaya, istiyə, küləyə davamlıdır. Torpağa tələbkar deyildir.
Naxçıvan MR-nın endemikidir, Əznəburd kəndində təbii halda rast gəlinir.
Çox dekorativdir, canlı hasarların salınmasında istifadə edilə bilər, meyvəli bitki kimi maraq doğurur.