Crataegus atrofusca

Qaraqaşlı yemişan (lat. Crataegus atrofusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Qaraqaşlı yemişan
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Crataegus atrofusca

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3-5 m-ə qədər olan koldur. Gövdə qabığı qəhvəyi və ya bozdur. Çətiri kürəvi və ya yumurtavari, tikanlıdır. Yarpaqları növbəli, adətən dilimlidir. Çiçəkləri mürəkkəb qalxanvarı çiçək qrupuna toplanmaqla budaqların ucunda yerləşmişdir. Kasayarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-2-5 meyvə yarpaqcığından əmələ gəlmişdir. 1-2 yuvalıdır. Çiçək yatağı bir qədər qapalı və meyvə yarpaqcıqlarına bitişikdir. Meyvələri ətli, almayaoxşar olub, qaramtıldır, daxilində 1-5 çəyirdəyi vardır.

Rütubətə, işığa, kölgəyə davamlıdır. Torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Talışda, Lənkəranda təbii yayılmışdır.

Ballı bitkidir, dadı xoşagələndir və yeyilir. Meyvələrindən kisel, kompot, qəhvə surroqatı hazırlanır, qurudulub döyülmüşündən isə şirin çörək bişirilməsində istifadə edilir.

Yemişanın saxlanılmış maye ekstraktı preparatlarından sinir xəstəliklərində, ürək nevrozlarında və yüksək qan təzyiqi xəstəliklərinin müalicə edilməsində istifadə edilir.

Yaşıl yarpaqları mal-qara üçün yararlı deyildir, payız yarpaqlarını və xəzəlini keçi və qoyunlar yeyir. Qışda meyvələri quşlar üçün yemdir.