Crucifera sinapis

Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü.

Qara xardal
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Brassica brachycarpa P.Candargy
  • Brassica bracteolata Fisch. & C.A.Mey.
    • Brassica elongata var. longipedicellata Halácsy ex Formánek
    • Brassica nigra var. abyssinica Alexander Br.
    • Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
  • Brassica nigra f. breviflora Zapał.
    • Brassica nigra var. carneodentata Kuntze
  • Brassica nigra f. condensata Hausskn.
  • Brassica nigra f. dentifera Zapał.
  • Brassica nigra f. glabrata Zapał.
  • Brassica nigra f. hispida O.E.Schulz
    • Brassica nigra subsp. hispida (O.E.Schulz) Gladis
    • Brassica nigra var. japonica (Thunb.) O.E.Schulz
    • Brassica nigra var. nigra nigra
    • Brassica nigra subsp. nigra nigra
    • Brassica nigra var. subglabra Kuntze
    • Brassica nigra var. tortuosa (Pers.) Alef.
    • Brassica nigra var. torulosa (Pers.) Alef.
    • Brassica nigra var. turgida (Pers.) Alef.
  • Brassica persoonii Rouy & Foucaud
  • Brassica sinapioides Roth ex Mert. & W.D.J.Koch
  • Brassica sinapioides Roth
  • Brassica sinapis Noulet
  • Brassica turgida Rouy & Foucaud [Illegitimate]
  • Crucifera sinapis (L.) E.H.L.Krause
  • Melanosinapis communis K.F. Schimp. & Spenn.
  • Melanosinapis nigra (L.) Calest.
  • Mutarda nigra (L.) Bernh.
  • Raphanus sinapis-officinalis Crantz
  • Sinapis erysimoides Roxb.
  • Sinapis nigra L.
  • Sinapis tetraedra J. Presl & C. Presl
  • Sinapis torulosa Pers.
  • Sisymbrium nigrum (L.) Prantl

Qara xardalın toxumları müxtəlif xuruşların (ədviyyatların) hazırlanmasında istifadə edilir. Xardal tozu (paraşoku) hazırlanmasında daha yaxşı hesab olunur. Toxumla- rından yalnız yemək (ərzaq) xardalı hazırlanmır. Ondan həm də tibdə işlənən yağ əldə edilir. Yağı qəhvəyi-sarı rəngli olmaqla raps yağı iyi verir. Qara xardal dərman bitkisi kimi Ukrayna ərazisində becərilir.

Qara xardal Avropanın qədimi bitkiləri qrupuna aid edilir. Hazırda o Avropa, Asiya, Afrika, AmerikaAvstraliyanın bir çox yerlərində məlumdur. Yaxın vaxtlarda mədəni hala salınmış, soyuğadavamlı bitki kimi məhdud sahələrdə becərilir. Qara xardal Brassica nigra (L.) Koch. Hindistanda "Benar cənnəti" adi ilə məşhur olub Utar-Pradeş, Pəncab, Tamilnad ştatlarında yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Qara xardalın gövdəsi hamar və ya aşağı hissədən tükcüklü, yaşıl antosian rəngli olmaqla yarpaq qoltuqlarından yan budaqlar əmələ gətirir. Meyvəsi 1–2 sm uzunluqda, 4 üzlü, təpəcikli qın meyvədir. Toxumları xırda, qırmızı-qəhvəyi rəngli olmaqla tərkibində 31–33% bitki yağı, 1% -ə qədər efir yağı vardır. Yetişdikdə qını açılır, toxumları tökülür, məhsul itkisi baş verir. 1000 ədədinin kütləsi 1,1–2,3 qramdır (rəngli şəkil 13). Toxum məhsuldar-lığı orta hesabla 0,6–1,0 ton/ha-dır.

Birillik ot bitkisi olub, gövdəsi budaqlanan olmaqla, hündürlüyü 150 sm-ə qədərdir. Yarpaqları növbəli, çılpaq, aşağı hissəsi-liraşəkilli, yarılmış və ya bölümlü, orta hissəsi neştərvari, kənarları girintili-çıxıntılı, yuxarı hissəsi isə bütövkənarlı və ellipsşəkilli formalıdır. Hamaşçiçəkləri fırçaşəkillidir. Çiçəkləri kiçik, qızılı-sarı, tipik xaççiçəkli quruluşundadır. Meyvələri silindrik, çılpaq, qınşəkilli bizəoxşar olub, gövdəsi əyilmişdir. Toxumları demək olar ki, şarşəkilli, diametri 1 mm-ə qədər, sarımtıl-göy, qəhvəyi və ya açıq-sarı, aydın görünən deşik-deşikdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında isə meyvələri yetişir. Qara xardalın toxumları (Brassica nigra (L.) Koch.) xarakterik möhkəm sıxılmış qınşəkilli olur. Ağ xardal (Sinapis alba L.) isə qalınlaşmış və sıx, sərt tükcüklərlə örtülmüşdür. Hər iki növ birillikdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında isə meyvələri yetişir.

Yabanı bitki olaraq Rusiyanın Avropa hissəsinin cənub rayonlarında yayılmışdır. Mədəni halda geniş şəkildə quraqlığa davamlı bitki yayılmışdır. Əvvəllər mədəni şəkildə əkilən xardaldan yağ və yaxma hazırlanırdı. Qara xardal mədəni şəkildə yalnız Cənub-Qərbi Ukraynada becərilir.

Yabanı şəkildə yayılan bu bitki çırlaşaraq mədənlərin kənarlarında, yaşayış məntəqələrində, yol kənarlarında, alaq və əkin sahələrində, bostan və bağlarda yaşayır.

Bitkinin aşağı qınları yetişən zaman toxumları toplanılır. Saxlanılma yeri quru olmalıdır. Saxlama müddəti 2 ildir.

Bitki məhvolma ərəfəsindədir. Ona görə də bitkini qorumaq vacibdir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Toxumlarının tərkibində qlikozinolatlar-triqlükozidlər vardır. Başlıca olaraq siniqrin qlükozidi, ikili efir olan allil izotiosianit, kalium bisulfat və qlükoza (1,4%) vardır. 30–40ºС temperaturda mirozin fermenti təsir edərək, xardalın toxumları siniqrin komponentinə parçalanır. Hidroliz 2 etapla gedir. İlk olaraq siniqrin kalium bisulfata, sonra isə qlükozid əlaqəsi kükürd atomuna təsir edərək, qlükoza və allil izotiosianitə çevrilir ki, bundan da xardal iyi gəlir. Toxumlarında bolluca miqdarda efirli yağlar (40%), zülal və selik maddələri vardır.

Dərman preparatları — Xardal yaxması. Yerli qıcıqlandırıcı, yayındırıcı dərmandır. "Efkamon" məlhəmi (xardalın efir yağı).

Famakoterapevtik qrup – Yerli qıcıqlandırıcı, yayındırıcı və analgetik dərman olub, eyni zamanda iştahartırıcıdır.

Toxumları təsirli maddə olub, saniqrin qlükozidi şəkəri parçalayaraq kalium bisulfata, allil yağına və suya çevrilir. Bu yağ spesifik iyli və yandırıcı olduğundan dəriyə sürtülən yeri qızardaraq istiləşdirir.

Xardal listi 8×12,5 sm. Yerli keyləşdirici və yayındırıcıdır.

Efkamon məlhəmi. Efiryağlı komponentdir.

Toxumundan sənaye xammalı üçün xardal yağı alınır. Bütün toxumları qabığından azad edildikdən sonra doğrama dəzgahı ilə üyüdülür və xardal yaxması hazırlanır. Qalıq olan jımıx farmakoloji xammal hesab edilir. Üyüdülmüş xardal kauçuk yapışqanın köməyi ilə kağız üzərinə yapışdırılır. Xardal kağızından iltihabi proseslərdə və revmatizmdə istifadə edilir. Bunun üçün dəri isti su ilə silinir, xardal yaxması isti suya salınaraq nəzərdə tutulan yerə yapışdırılır. 5–15 dəqiqə qaldıqdan sonra yaxma qoparılır, yaxmanın yeri nəm dəsmalla silinir. Bronxit, ağ ciyər iltihabı, plevrit, miozit, nevrit, radikulit, revmatizm və digər soyuqdəymə xəstəliklərində tətbiq edilir. Xardal yağının çoxkomponentli məlhəmi "Efkamon" artrit, poliartrit, miozit, lümbaqo, revmatizm, miqren və digər xəstəliklərin müalicəsində işlədilir.

Çoxalması və aqrotexnikası

[redaktə | mənbəni redaktə et]

Toxum vasitəsilə əkilib-çoxaldılır. Aqrotexnikası ağ xardalda olduğu kimidir.

Tibbi əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Toxumlarından rəngsiz və ya sarımtıl rəngə çalan efir yağı alınır. Efir yağı yandırıcı təsirə və acımtıl tama malikdir. Efir yağının əsas tərkib hissəsinin 89–90%-i alil xardal yağı, alil-sianid və karbon-sulfid birləşmələri təşkil edir. Qara xardalın toxumlarının tərkibindən 0,5–1,4%-ə qədər efir yağı tapılmışdır. Yağın kimyəvi tərkibi sarpet və ağ xardaldan alınan efir yağının kimyəvi tərkiblərinə yaxındır. Toxumlarından xardal ədviyyəsi hazırlanır. Xardal tozundan soyuqdəymə və kəskin ağrılara qarşı plastr kimi istifadə edilir.

Fransada qara xardaldan gijon xardalı hazırlanır. Bu ən keyfiyyətli aşxana xardalı (ədviyyəsi) hesab edilir. Bu bütün dünyada ən çox yayılmış və ən sevimli ədviyyə hesab edilir. Cənubi Avropa ölkələrinin əksəriyyətində bundan sarpet xardalı əvəzi kimi istifadə edilir.

Qafqaz xalqları qara xardalın cavan gövdə, yarpaq və çiçəklərindən duza qoyulmuş pendirin tərkibinə qatırlar. Qara xardal qiymətli nektar bitkisi hesab edilir. Belə ki, hər hektar qara xardal sahəsindən 250–260 kq bal məhsulu əldə olunur.

Xardaldan bir neçə ədviyyə növünün hazırlanması.

Süfrə xardalı. Quru xardal (tozu) – 3/4 stəkan, 1 stəkan su, yarım stəkan 9%-li sirkə turşusu, 1 xörək qaşığı şəkər tozu, bir xörək qaşığı bitki yağı, 1 çay qaşığı duz, 1 çay qaşığı darçın, mixək, dəfnə yarpağı götürün.

İsti suya şəkər, duz, darçın, mixək, dəfnə yarpağı əlavə edib şəkər və duz əriyib qurtarana qədər bişirin. Aldığınız məhlulu süzün, soyudub üzərinə sirkə əlavə edərək qarışdırın. Sonra xardal tozunu məhlulun üzərinə töküb qarışdırın. Alınan kütləni daimi qarışdırın, sonra üzərinə bitki yağı əlavə edin. istəyirsinizsə xardal ədviyyəsi yaxşı keyfiyyətli olsun onu bir gün yetişməyə qoyun.

Xardalla alma püresinin hazırlanması. 3 xörək qaşığı xardal tozu, 4 xörək qaşığı alma püresi, 2,5 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 2 çay qaşığı 3%-li sirkə turşusu, darçın və mixək götürün.

Almanı qabığından və toxumundan azad edib, bişirib püre hazırlayın. Sonra xardal tozu əlavə edib qarışdırıb, üzərinə sirkə əlavə edin. Qaynamağa düşən zaman ədviyyə və duz əlavə edin. Üç gün saxlayıb istifadə edin.

Rus xardalının hazırlanması. 1 stəkan xardal tozu, 1 çay qaşığı duz, 3 xörək qaşığı şəkər tozu, 3 xörək qaşığı sirkə, stəkanın 1/3 hissəsi qədər bitki yağı, stəkanın 1/2 hissəsi qədər qaynadılmış su götürün. Xardal tozunu ələkdən keçirib, qaynar suya töküb ehtiyatla qatı xəmir şəklinə düşənə qədər qarışdırın. Sonra xardal tozunun üzərinə yenidən qaynar su əlavə edib qarışdırmadan bir gün sakit halda saxlayın. Sonra yuxarıda göstərildiyi kimi üzərinə duz, şəkər tozu, bitki yağı, sirkə əlavə edin. Hazır olmuş xardal pastasını hermetik qablara doldurub, soyuq yerdə saxlayın.

Fransız xardalının hazırlanması. 1 stəkan xardal tozu, 1 çay qaşığı şəkər tozu, 5 xörək qaşığı çaxır turşusu, bıçağın ucunda darçın, mixək, 100 q soğan, stəkanın 1/2 hissəsi qədər qaynar su götürün.

Xardal tozunu ələkdən keçirib, qaynadılmış suda dəmləyib, qatı xəmir halına düşənə qədər qarışdırın. Üzərinə qaynar su əlavə edib qarışdırmadan 12–18 saat isti yerə qoyub saxlayın. Sonra qaynar suyu xardalla birlikdə süzüb, üzərinə çaxır turşusu, duz, şəkər tozu, darçın və mixək əlavə edin. Sonra bitki yağı, sürtgəcdən keçirilmiş soğan əlavə etməklə alınan kütləni qarışdırın. Hazır məhsulu ağzı kip örtülü qablara doldurun. Qeyd etmək lazımdır ki, həqiqi xardal ədviyyəsi öz kəskin təsirini tez itirdiyindən, hər dəfə onu yenidən hazırlamağı məsləhət görürlər. Hazır məhsulu 10 dəqiqədən artıq qarışdırmaq olmaz.

P.S. Əks təsiri! istənilən kəskin tama malik olan ədviyyədən müəyyən ölçü dərəcəsində istifadə еtmək məsləhətdir. Həkimlər ürək-damar xəstəliklərində, hipеrtoniyada, ağ ciyər, mədə xəstəliklərində, xüsusilə turşuluğu çox olan mədə xəstəliklərində, böyrək nasazlıqlarında, babasil və s. xəstəliklərin müalicəsində xardaldan istifadəni məsləhət görmürlər.

Müəyyən edilmişdir ki, xardalı qəbul edən zaman sanki orqanizmin daxilində istilik əmələ gəlməyə başlayır. Xardalı çaxırla qarışdıırb soyuqdəymələrdə baş verən boğaz ağrılarında qar-qara kimi, ayaqların qızdırılmasında, toxumundan mədə-bağırsaqda olan pozuntuların aradan qaldırılmasında və gözün görmə qabiliyyətinin artırılmasında, eşitmənin yaxşılaşdırılmasında istifadə edilir. Qədim Roma həkimi Dioskorid "xardal plastr"ından müxtəlif xroniki xəstəliklərin müalicəsində istifadə etməyi məsləhət görmüşdür.

Hazırda elmi əsaslarla isbat olunmuşdur ki, xardal əsəb sisteminin, piy, zülal və karbohidrat mübadiləsinin nizama salınmasında, toxumaların inkişaf və bərpa olunmasında mühüm əhəmiyyət kəsb edir.

Xardalın toxumu mikrob əleyhinə, mədə-bağırsaqda olan və patogen xəstəliklər törədən mikrobların neytrallaşdırılmasında, zəhərli maddələrin orqanizmdən kənarlaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Xardal yağından ürək-damar xəstəliklərində, o cümlədən ateroskleroz, trombun azaldılmasında istifadə edilir. Tərkibində zəngin maddələr olduğundan cinsi prosesləri stimullaşdırır, orqanizmin qocalmasını gecikdirir. Xərçəng xəstəliklərinin yaranmasının qarşısını alır. Hələ uşaqlıq dövrlərində baş verən soyuqdəymələrin aradan qaldırılmasında xardal plastrlarından geniş istifadə edilirdi. Xardal plastrı qoyulan zaman əzələ nahiyələrində güclü qızartılar əmələ gəlməklə oraya çoxlu miqdar qan toplanmasına səbəb olurdu. Bu hal xardalı isti suda isladan zaman özünü büruzə verir. Xardal toxumlarının tərkibində olan siniqrin maddəsi parçalanaraq (hidroliz olunaraq) şəkər, turş xassəli sulfat turşusunun kalium duzu və xardal yağını əmələ gətirir. Bu da öz növbəsində xardala yandırıcı kəskin iy verdiyindən göz yaşardıcı xassəyə malik olub, toxumaya güclü qan axınını təşkil etməklə soyuqdəymə zamanı əmələ gələn əzələ ağrılarının aradan qaldırılmasına səbəb olur. Xardalın nəinki bronxit, ağ ciyər soyuqdəymələrində, plevritdə, eləcə də döş şişkinliklərində, əzələ ağrılarında, əsəb, sinir düyünlərində və ürək döyüntülərində baş verən nasazlıqların aradan qaldırılmasında da istifadə edilir. Sizdə qripin nişanəsi baş verdiyi anda ayağınızın daban hissəsinə xardal plastrı qoyub, yun corab geyinsəniz, səhərə qədər sizdə qripin əlamətlərinin belə qalmamasının şahidi olacaqsınız.

Xardaldan müalicəvi preparatların hazırlanması

[redaktə | mənbəni redaktə et]

Revmatizm, radukulit zamanı: 10 q xırdalanmış xardal toxumunu 150 ml spirtə töküb 14 gün dəmləyib süzüb istifadə edin.

Xardal sarğısının hazırlanması: sarğıdan hipertoniya, baş ağrıları zamanı istifadə etməyi məsləhət görürlər. Bunun üçün 2 xörək qaşığı xardal tozunu, 2 litr qaynar suya töküb ehtiyatla qarışdırıb, 5 dəqiqədən sonra süzün. Alınan məhluldan tənzifə çökdürüb, ağrıyan nahiyələrə qoyub bağlayın (sarğını çox saxlamaq olmaz). Xardal tozunu 1:1 nisbətində buğda unu ilə qarışdırıb isti suya tökün, üzərinə azca sirkə turşusu əlavə edin. Alınan sıyığı tənzifə yaxıb boyun nahiyənizə qoyun. Xardal sarğısını 15 dəqiqədən artıq saxlamaq olmaz.

Əzələ və sümük ağrıları zamanı: bunun üçün xardal yağının tərkibinə 2%-li spirt əlavə edin.

Soyuqdəymələrin aradan qaldırılması zamanı: 1 çay qaşığı xardal tozundan götürüb 100 q bal ilə qarışdırın. Aldığınız məlhəmdən gündə 3 dəfə, yeməkdən sonra 1 xörək qaşığı qəbul edin.

Qəbizlik zamanı: 10 ədəd xardal toxumunu 2 xörək qaşığı suya əlavə edib yeməyə 30 dəqiqə qalmış qəbul edin.