Cuvarlinskilər

CuvarlinskilərAzərbaycan xalqının soylarından biri.

Cuvarlinskilər
Titul Bəy
Əcdadı Kərbəlayı İmamverdi bəy Cuvarlı
Mənşəyi Qarabağ, Füzuli
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Cuvarlı

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

Bu soy Dizaq mahalının Cuvarlı kəndinə bağlıdır. Soyun ulu babası Kərbəlayı İmamverdi bəy 1760-ci ildə Qarabağın Dizaq mahalının Cuvarlı kəndində dünyaya göz açmışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsə də oxumuşdu. Sarayda xidmət etmiş, sonra İbrahimxəlil xan Sarıcalı-Cavanşir onu quşçu təyin etmişdi.

Kəndlərinə köçmüş, burda yaşayan 5 ailə ilə xanın ov quşlarını saxlayıb təlim vermişdi. Xan onu təliqə ilə vergi və mükəlləfiyyətlərdən azad etmişdi. Üstəlik ona Cavanşir-Dizaq mahalının ərazisində olan Tarxan yurdunu mülk kimi vermişdi.

Kərbəlayı İmamverdi bəyin Məhəmməd bəy, Yaqub bəy, Yusif bəy, Hüseynqulu bəy, Rzaqulu bəy və Nəcəfqulu bəy adlı oğulları vardı.

Soyun tanınmış nümayəndələri

[redaktə | mənbəni redaktə et]
  • Ənvər Çingizoğlu, Cuvarlinskilər, "Soy" dərgisi, 5 (25), 2009, səh.17–21.
  • M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.