Mama Kanno məbədi (間々観音?) və ya Ryuon məbədi (龍音寺?) – Yaponiyanın Ayçi prefekturasının Komaki şəhərində yerləşən buddist məbədi. Yaponiyada qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. İnanca görə bu məbəddə dua etmək yol təhlükəsizliyini, yaxşı evliliyi və rahat doğumu təmin edir.[1]
Buddizm | |
Mama Kannon məbədi | |
---|---|
Din | |
İlahi gücü | Kannon |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Prefektura | Ayçi prefekturası |
Şəhər | Komaki |
Memarlıq | |
İnşa tarixi | 1492 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mama Kannon məbədi 1492-ci ildə Komaki dağında qurulmuşdur.[1] Lakin XVI əsrdə Oda Nobunaqanın əmri ilə müasir yerinə köçürülmüşdür.[1]
Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Bundan əlavə, məbəd qadın döşlərinə həsr olunmuş yeganə məbəddir.[1] Buna görə də məbəd "Döş məbədi" kimi də tanınır.[1] Əfsanəyə görə 1665-ci ildə laktasiya problemi olan bir qadın məbəddə dua etdikdən sonra döşlərindən süd gəlməyə başlamış və uşağını əmizdirə bilmişdir.[1] Analarla olan əlaqəsinə baxmayaraq, məbədin adı yerləşdiyi rayonun adından gəlir.[1]
Məbəddə döş formasında heykəllərə və üzərində döş təsviri[1] olan emalara rast gəlinir.[1] Bir çox hamilə qadın rahat uşağ doğumu, sağlam həyat və laktasiya üçün məbədi ziyarət etməyə gəlir.