Dönüklər (ing. The Departed) — 2006-cı ildə rejissor Martin Skorsezenin çəkdiyi bədii film. Əsər dörd "Oskar mükafatına" layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenariyə görə, ən yaxşı montaja görə.
Dönüklər | |
---|---|
ing. The Departed | |
Janr | dram filmi[1][2][…], kriminal triller[d], cinayət filmi, müəmma filmi, triller filmi, qanqster filmi[d] |
Əsas mövzu | mütəşəkkil cinayətkarlıq |
Rejissor | |
Prodüserlər | |
Baş rollarda | |
Operator |
|
Bəstəkar | |
İstehsalçılar | Plan B Entertainment[d], Warner Bros. |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 26 sentyabr 2006[6][7], 7 dekabr 2006[8], 6 oktyabr 2006[7] |
Müddət | 152 dəq. |
Büdcə | 90.000.000 $[9] |
Gəlir | 291.480.452 $[10], 132.399.394 $[9] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID0407887 |
Mükafatları |
Film ABŞ və Honq Konq istehsalıdır.
Çəkilişlər hadisələrin cərəyan etdiyi Bostonda aparılmalı idi. Amma maliyə məsələləri ilə əlaqədar filmin əsas hissəsi Nyu-Yorkda lentə alınıb. Roluna daha yaxşı hazırlaşmaq üçün Mett Deymon bir müddər Massaçusetsin polis bölmələrindən birində xidmət göstərib. Cek Nikolson əvvəlcə filmə çəkilməkdən imtina edib. Ancaq Martin Skorseze və Leonardo Di Kaprio ilə görüşən aktyor fikrini dəyişib. Eyni vaxtda çəkilən "Ən xoş arzularla" filmində rol almalı olan Leonardo Di Kaprio layihədən imtina edərək bu filmdə Billi Kostiqan rolunu oynamağa üstünlük verib. Robert De Nironun filmdə oynaması nəzərdə tutulmuşdu. Medelin rolunu Keyt Uinslet, yaxud Hilari Suonk ifa edə bilərdilər. Film "Rolling Stones" qrupunun "Gimme Shelter" adlanan klassik melodiyası ilə başlayır.