Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Dördlüklər — Hamlet İsaxanlının 2007-ci ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüş kitabı[1]. Kitaba müxtəlif illərdə yazılmış və böyük əksəriyyatı ilk dəfə çap olunan şeirlər — dördlüklər daxil edilmişdir.
Kitab dörd hissədən ibarətdir, hər hissə bir növ dördlüklərdən (dörd misralı şeirlərdən) təşkil olunmuşdur.
"Hamlet İsaxanlı az sözdə vəznli fikir ifadə tmək ustalığına malik şairdir" (Camal Mustafayev -"Dördlüklər" kitabının arxa qabığından)
Dördlüklərin bir hissəsi Alla Axundova tərəfindən ruscaya tərcümə edilmiş və Hamlet İsaxanlının Moskva da nəşr olunan kitabına daxil edilmişdir[2]. Həmin dördlüklər şairin "Təzadlar" kitabının Təbriz nəşrinə də daxil edilmişdir[3].
Rübailər içində dünya işləri, həyat-ölüm mövzusu və sevgi rübailəri xüsusi yer tuturlar.
Nümunələr:
Biri kefsiz, biri kef-damaqdadır
Dünən solçu olan bu gün sağdadır
İlan dərisini dəyişir tez-tez
Kirpi öz kürkünü yamamaqdadır.
Doğru yolla getmək deyilsə asan
Gərək sağa, sola sapmasın insan –
Əqidə nə bığdır, nə də ki, saqqal
Hərdən uzadasan, hərdən qırxasan.
Həya üzdə, ismət canımızdadır
Könül hərarəti qanımızdadır
Sevinc də, kədər də uzaqda deyil
Biri sağ, biri sol yanımızdadır.
Nədəndir gen dünya mənə dar gəlir,
Sevinc üz döndərir, intizar gəlir?
Kişiyə ağlamaq yaraşmasa da
Bəzən ağlamamaq mənə ar gəlir.
Qayda yaradanam, qayda pozanam
Sufiyəm, Dərvişəm, Dəli Ozanam
Şairlik sevdası yoxdur başımda
Məhəbbət coşanda şeir yazanam.
Quş quşa söykənib budağa qonur
Nuru görən yoxsa, nur olmaz ki nur;
Sevgi iki könül, iki can istər
Özünü sevməklə məhəbbət olmur.
Dünya işlərinə və sevgiyə aid bayatılara nümunələr:
Müdriklər tez od almaz
Boş sözü saya salmaz
Hər hürənə daş atsaq
Yurdumuzda daş qalmaz.
Od soyuyub sönərmiş
Sular buza dönərmiş;
Olduğu kimi qalmaq
Demə böyük hünərmiş.
Təbiətdə qayda var:
Geriyə axmaz çaylar.
Könlümsə qayda bilməz
Ötən günü haraylar.
Sevdi, ya sevmədi yar-
Şerə dönür duyğular.
Eşqin tək özündə yox
Sözündə də nəşə var
Aşıb-daşır eşqımız
Sevməsək ölərik biz
Ölüm allah əmridir
Sevməksə – öz işimiz.
Eşq oddur, möcüzədir
İçimizdə közərir
Eşq yanağa hərarət
Gözə parlaqlıq verir.
Nümunə:
Gözümüzü tutur pərdə
Ağı qaradan seçmirik;
Eşq bizi gözləyən yerdə
Yolu düzünə keçmirik.
Nümunələr:
Qaydasız oyundur həyat
Yaxşı oyna, arzuna çat.
İndi də belə zamandır
Bacarana baş qurbandır.
Millətin işləri başından aşır
Gecə-gündüz toyda, ya bazardadır.
Millətə oynayıb gülmək yaraşır
Elmə, fəlsəfəyə vaxtı hardadır?!
Tərifşünas olub tənqidşünaslar
Ürəyə… çörəyə bunun xeyri var.
Tərif xoşhallıqdır, tənqid evyıxmaq
Tənqidə qurşanar, de, hansı axmaq