Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Dövlət Radiotezliklər İdarəsi — 9 iyul 1998-ci il tarixdən Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin strukturuna daxildir.
Dövlət Radiotezliklər İdarəsi | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 9 iyul 1998 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan Droqal döngəsi 702-ci məhəllə |
Rəhbərlik | |
Rəhbərlik | İlham Əhədov |
dri.az |
Dövlət Radiotezliklər İdarəsi (DRİ) 10 iyul 1968-ci ildə Texniki Radionəzarət Stansiyasının nəzdində fəaliyyət göstərən bir qrup formasında fəaliyyətə başlayıb. Əsas funksiyası – radiorabitə xidmətləri üzrə mövcud normativ sənədlərin tələblərinə nəzarət və elektromaqnit sahə gərginliklərinin ölçülməsi olub. 26 sentyabrda Azərbaycan SSRİ Rabitə Nazirliyinin 253 saylı əmri ilə "Texniki Radionəzarət Stansiyası"nın strukturu təsdiq edilib. 1977-ci ildə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin qərarı və Rabitə Nazirliyinin əmri ilə nazirliyin tərkibində "Dövlət Elektrik Rabitə Müfəttişliyi" yaradılıb. 1979-cu ildə "Texniki Radionəzarət Stansiyası" "Dövlət Elektrik Rabitə Müfəttişliyi"-nin tabeliyinə verilib. 05 noyabr 1988-ci ildə Rabitə Nazirliyinin əmri ilə "Texniki Radionəzarət Stansiyası" bazasında "Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi" yaradılıb.
9 iyul 1998-ci ildə Ədliyyə Nazirliyinin D-213B saylı Şəhadətnaməsi ilə Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi "Dövlət Radiotezliklər İdarəsi" adı ilə dövlət qeydiyyatına alınıb.
Dövlət Radiotezliklər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin tabeliyində olmaqla Azərbaycan Respublikası ərazisində radiotezliklərə aid idarəçiliyi həyata keçirən dövlət təşkilatıdır. Radiotezliklərin, radiotezlik kanallarının hüquqi və fiziki şəxslərin istifadəsinə verilməsi (bölüşdürülməsi), radiotezliklərdən səmərəli istifadə və radioelektron vasitələrin, eləcə də yüksəktezlikli qurğuların elektomaqnit uzlaşmasının təmini, radiotezlik spektrinin qorunması və s. işlər üzrə təşkilati və texniki tədbirlərin həyata keçirilməsi Dövlət Radiotezliklər İdarəsinin fəaliyyətinə daxildir.
Dövlət Radiotezliklər İdarəsi, həmçinin, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU-T), Regional Rabitə Birliyi (RRB), Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransı (CEPT) və s. beynəlxalq, regional və qonşu ölkələrin müvafiq təşkilatları ilə radiotezliklərin idarə olunması sahəsində koordinasiya işlərini aparır.